Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələsgərov Abbas Abbas oğlu (13 dekabr 1937, Bakı – 18 fevral 2018, Bakı) — "Azərbaycan SSR əməkdar mühəndisi" (1987), "Azərbaycan Respublikasının əməkdar memarı

Abbas Ələsgərov

  • Ana Səhifə
  • Vikipediya
  • Abbas Ələsgərov

Ələsgərov Abbas Abbas oğlu (13 dekabr 1937, Bakı – 18 fevral 2018, Bakı) — "Azərbaycan SSR əməkdar mühəndisi" (1987), "Azərbaycan Respublikasının əməkdar memarı" (2007), Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri (4 aprel 2007–18 fevral 2018)

Abbas Ələsgərov
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
4 aprel 2007 – 18 fevral 2018
SonrakıSamir Nuriyev
Azərbaycan Memarlar İttifaqının sədri
7 sentyabr 2007 – 6 noyabr 2012
SonrakıElbəy Qasımzadə
Şəxsi məlumatlar
Doğum tarixi 13 dekabr 1937(1937-12-13)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 18 fevral 2018(2018-02-18) (80 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Azərbaycan Texniki Universiteti
Fəaliyyəti memar

Təltifləri "Şərəf nişanı" ordeni
"Xalqlar dostluğu" ordeni "Şöhrət" ordeni 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20172017
"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 19871987 "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı — 20072007

Mündəricat

Həyatı

Abbas Ələsgərov 13 dekabr 1937-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.

16 mart 1959-cu ildən 11 mart 1960-cı ilə qədər Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının "Təchizat və satışı" Respublika Kontoru "Sovnarxozmaşsnabsbıt"da mühəndis, həmin tarixdən 16 iyun 1961-ci ilə qədər isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının İxtisaslaşdırılmış "Tikinti mexanizasiyası sənayesi" Trestində mühəndis və usta vəzifələrində çalışmışdır.

Abbas Ələsgərov 25 sentyabr 1961-ci ildən 29 oktyabr 1962-ci ilə qədər Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Əsaslı tikinti şöbəsində mühəndis, həmin tarixdən 22 noyabr 1976-cı ilə qədər Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Tikintidə yeni texnikanı tətbiq edən trest "Orqtexstroy"də Layihənin baş mühəndisi, şöbə müdiri və trestin baş mühəndisi, 5 avqust 1977-ci ilə qədər isə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li Trestinin 42 №-li Tikinti İdarəsində baş mühəndis kimi vəzifələrdə işləmişdir.

5 avqust 1977-ci ildən 21 iyun 1982-ci ilə kimi SSRİ Dövlət Tikinti Komitəsinin "Azərdövlətsənayelayihə" İnstitutunda baş mühəndisin müavini, 17 noyabr 1983-cü ilə qədər "Bakıbaştikinti"nin Layihə — Konstruktor Texnoloji Bürosunda direktor və 4 aprel 2007-ci ilə qədər isə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutunda direktor olmuşdur.

4 aprel 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışır.

7 sentyabr 2007-ci ildən 6 noyabr 2012-ci ilə qədər Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur.

18 fevral 2018-ci ildə axşam saatlarında vəfat etmişdir.

Təltifləri

  • "Şərəf nişanı" ordeni — 1971.
  • Xalqlar Dostluğu ordeni — 1986.
  • "Şöhrət" ordeni — 2012.
  • "Azərbaycan SSR əməkdar mühəndisi" — 1987.
  • "Azərbaycan Respublikasının əməkdar memarı" — 9 noyabr 2007

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, abbas ələsgərov sözünün mənası, abbas ələsgərov haqqında məlumat. abbas ələsgərov nədir? abbas ələsgərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Cahangir Qurbanov

  • Fevral 26, 2026

    Zirehsizlər

  • Fevral 27, 2026

    Daniel Defo

  • Fevral 27, 2026

    Klassik mexanika

  • Fevral 27, 2026

    Kale

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst