Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Futurama — Mett Qreyninqin Fox televiziyası üçün yaratdığı elmi fantastik, sitkom cizgi serialı. Serialın baş qəhrəmanı Filip C. Fray pizza sifarişini çatdırark

Futurama

  • Ana Səhifə
  • Vikipediya
  • Futurama

Futurama — Mett Qreyninqin Fox televiziyası üçün yaratdığı elmi fantastik, sitkom cizgi serialı. Serialın baş qəhrəmanı Filip C. Fray pizza sifarişini çatdırarkən ehtiyatsızlıqdan dondurucu cihazın içərisinə düşür, nəticədə 1000 il müddətində donmuş vəziyətdə qalır. Fray diriləndə planetlərarası çatdırılma şirkətində işə düzəlir, burada o, yadplanetli Lila və robot Bender ilə birlikdə işləyir. Qreyninq serialı yaratmağı 1990-cı illərdə "Simpsonlar" serialı üzərində işləyərkən düşündü, o personajları və hekayəni qurmaq üçün həmkarı Devid X. Koen ilə birlikdə çalışdı.

Futurama
ing. Futurama
Rolları səsləndirənlər Billi Vest[d], Con Di Macio, Fil LaMarr, Tom Kenni, Bob Odenkerk[d], Pamela Anderson, Siqurni Uiver, Leonard Nimoy, Lüsi Lyu, Stiven Hokinq, Corc Takei, Klaudia Şiffer, Con Qudmen, Mark Mazersbo[d], Coolio, Oldrin Bazz, Petton Osvalt[d], Patrik Stüart, Emiliya Klark, Set Makfarleyn
Studiya Fox Broadcasting Company
Ölkə
  •  ABŞ
Dil ingilis dili
Mövsümlərin sayı 10
Seriyaların sayı 170
Seriyanın müddəti 22 dəq
Telekanal Fox Broadcasting Company, Comedy Central, Hulu[d]
IMDb ID0149460
Rəsmi saytı

Fox serialı yayımlamaqdan imtina etdikdən sonra, "Futurama" 2003–2007-ci illər arasında Adult Swim-də yayımlandı. Sonralar Comedy Central, 20th Century ilə müqavilə bağlayaraq yeni mövsümü nümayiş etməyə başladı.

Sonuncu epizodu 2013-cü ildə yayımlanan "Futurama" 10 ildən sonra yeni mövsümlə ekranlara qayıtdı. Serialın səkkizinci mövsümü 2023-cü ilin iyulunda Hulu-da buraxılmağa başlandı.

"Futurama" yayımladığı dövrlərdə geniş müvəffəqiyət qazandı, 17 "Enni" mükafatı nominasiyasından doqquzunu, 12 "Emmi" mükafatından isə altısını qazandı. Serial 2013-cü ildə TV Guide tərəfindən tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 60 cizgi serialı" siyahısında yer tutdu.

Mündəricat

Məzmun

Serial pizza kuryeri olan Frayın təsadüfən 1 yanvar 2000-ci il saat 00:00-da dondurulub, 1 yanvar 3000-cü ildə oyanması ilə başlayır.

Personajlar

  • Filip C. Fray — Təmiz qəlbli, uşaq kimi olan pizza kuryeri. 2000-ci ildə ehtiyatsızlıqdan dondurucu cihaza düşüb 2999-cu ilin Yeni il ərəfəsində oyanır. Yaşayan yeganə qohumu olan professor Farnsvortun "Planet Eskpress" adlı çatdırılma şirkətində işə düzəlir.
  • Turanqa Lila — Tək gözlü və mötəbər "Planet Ekspress Gəmisi"nin kapitanı.
  • Bender Bendinq Rodrigez — Söyüşçül, əyyaş, siqaret çəkən, kleptomaniyak, insansevməz, eqoist və xoşagəlməz robot. Frayın ən yaxşı dostudur və onunla birlikdə yaşayır.
  • Professor Hübert C. Farnsvort — Frayın uzaq qardaşoğlu və nəticəsi. "Planet Ekspress" şirkətininin təsisçisi, dəli alim kimi bilinir. O parlaq zəkası ilə müxtəlif ixtiralara imza atıb. Professor "A Clone of My Own" seriyasında davamçı yaratmaq üçün özünü klonlayaraq Kübert Farnsvörtü yaradır.
  • Dr. Con A. Zoydberq — Dekapod 10 planetindən gələn və "Planet Ekspress Gəmisi"də işləyən xərçəngə bənzər yadplanetli həkim. Özünü peşəkar həkim hesab etməsinə baxmayaraq insan anatomiyasından heç bir məlumatı yoxdur. Evsiz və imkansız olduğuna görə şirkətin yaxınlığındakı zibilxanada yaşayır.
  • Emi Vonq — Çox varlı, həyasız və "Planet Ekspress Gəmisi"ndə uzun müddət təcrübə keçən praktikant. O Mars Universitetində astrofizika tələbəsidir. Marsda anadan olub və milliyətçə çinlidir, kantonca söyüş söyür və 31-ci əsr jarqonlarından istifadə edir.
  • Hermes Konrad — "Planet Ekspress Gəmisi"nin buxalteri. Milliyətcə yamaykalıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, futurama sözünün mənası, futurama haqqında məlumat. futurama nədir? futurama nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Gültəpə (Ərdəbil)

  • Fevral 26, 2026

    Namibiya

  • Fevral 27, 2026

    Kafe

  • Fevral 27, 2026

    Hotakilər

  • Fevral 27, 2026

    Serqoqala rayonu

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst