Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fuad Xəlil oğlu Quliyev (6 iyul 1941, Bakı) — Azərbaycan dövlət və siyasi xadimi, Azərbaycanın 5-ci Baş naziri (1995–1996), Azərbaycan Baş nazirinin birinci müa

Fuad Quliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Fuad Quliyev

Fuad Xəlil oğlu Quliyev (6 iyul 1941, Bakı) — Azərbaycan dövlət və siyasi xadimi, Azərbaycanın 5-ci Baş naziri (1995–1996), Azərbaycan Baş nazirinin birinci müavini (1994–1995), Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Fuad Quliyev
Azərbaycan Respublikasının Baş naziri
2 may 1995 – 20 iyul 1996
PrezidentHeydər Əliyev
ƏvvəlkiSurət Hüseynov
SonrakıArtur Rasizadə
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
5 mart 1994 – 2 may 1995
PrezidentHeydər Əliyev
Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı
24 noyabr 1995 – 24 noyabr 2000
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyul 1941(1941-07-06) (84 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Neft və Kimya İnstitutu (1958–1963)
Fəaliyyəti siyasətçi, neft mühəndisi[d]
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
Azərbaycan SSR Dövlət mükafatı Azərbaycan SSR əməkdar mühəndisi

Həyatı

Fuad Quliyev 1941-ci il iyulun 6-da anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda ali təhsil alıb.

Fuad Quliyev ailəlidir, 2 övladı var.

Fəaliyyəti

Fuad Quliyev Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1994-cü il tarixli 114 nömrəli Fərmanı ilə Azərbaycan Baş nazirinin birinci müavini vəzifəsinə təyin edilib. Surət Hüseynovun 1994-cü il oktyabrın 7-də vəzifəsindən azad edilməsindən sonra Fuad Quliyev Azərbaycanın Baş naziri vəzifəsinin müvəqqəti icraçısı olmuşdur.

1995-ci il mayın 2-də Azərbaycan Respublikası Ali Sovetinin sədri Rəsul Quliyevin Qərarına əsasən Azərbaycanın Baş naziri vəzifəsinə Fuad Quliyevin namizədliyi təsdiq edilmişdir. Bununla da Fuad Quliyev Azərbaycanın 5-ci Baş naziri olmuşdur.

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində Yeni Azərbaycan Partiyasının siyahısı üzrə 3-cü sırada olan Fuad Quliyev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Fuad Quliyev Milli Məclisin Mədəniyyət məsələləri Daimi Komissiyasının və Azərbaycan—Estoniya, Azərbaycan—Latviya, Azərbaycan—Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

1996-cı il iyulun 20-də Fuad Quliyev Azərbaycanın Baş naziri vəzifəsindən azad edilmişdir.

Fuad Quliyevə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmiş və 26 aprel 1986-cı ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fuad Quliyev haqqında məlumat. Fuad Quliyev nədir? Fuad Quliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Komatiit

  • Fevral 27, 2026

    Türkmənbaşı

  • Fevral 27, 2026

    Qış

  • Fevral 27, 2026

    Dallas Qraflığı

  • Fevral 27, 2026

    Eynəlqüzat Miyanəci

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst