Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Komatiit — qədim ultramafit-mafit vulkanik süxur komplekslərinin ümumi adı. Komatiit bir sıra kratonlarda (Cənub Afrika, Kanada, Avstraliya) arxeyin yaşıldaş qu

Komatiit

  • Ana Səhifə
  • Vikipediya
  • Komatiit

Komatiit — qədim ultramafit-mafit vulkanik süxur komplekslərinin ümumi adı. Komatiit bir sıra kratonlarda (Cənub Afrika, Kanada, Avstraliya) arxeyin yaşıldaş qurşaqları kəsilişlərinin bünövrəsini təşkil edir. Komatiit seriyası ayrı-ayrı lava axınlarından, diferensiasiyaya uğramış qalın lava örtüklərindən və təbəqələnmiş sillərdən ibarətdir. Bu seriyanın ayrı-ayrı üzvləri tərkibcə peridotitlərdən andezitlərədək dəyişir. Kəsilişin daban süzxurları çox zaman yüksəkmaqneziumlu olivinli kumulatlardan (89–94% forsterit molekulları) təşkil olunur, onların üstündə peridotitli, piroksenli və bazaltlı komatiit uyğun olan və ardıcıl bir-birini əvəz edən olivinli, piroksenli və piroksen-plaqioklazlı lavalar yatır. Bütün komatiit üçün, mineraloji tərkibcə eyni olan, lakin fərqli geoloji-tektonik şəraitdə əmələ gələn süxurlarla müqayisədə dəmirliliyin, qələviliyin, alminiumluğun, titanlığın az, kalsium-karbonatlığın isə yüksək olması ümumi cəhət hesab olunur. Komatiit başqa oxşar vulkanitlərdən fərqləndirən ən mühüm xüsusiyyət onların quruluşdur. Komatiit vulkanitləri afir olub spinifeks quruluşludur. Bu quruluş "quş ləpiri" kimi də tanınır, şüşəli və ya devitrifikasion əsas kütlədə bir-birinə bitişmiş olivin və klinopiroksenlərin çox uzun mikrolitlərinin və kristallarının skelet və dendiritlərinin olması ilə müəyyən olunur. Spinifeks — quruluş əsasən lava axınlarının üst və həmçinin kiçik intruziv kütlələrin (subvulkanların) ətraf hissələrində inkişaf tapır. Hesab olunur ki, belə quruluşlar süxurların sürətlə bərkiməsi nəticəsində əmələ gəlir. Komatiit seriyasının əsas üzvlərinin yatımı və onların quruluşunun unikal xüsusiyyətləri ultraəsasi maqmanın Yerin geoloji tarixinin hələ ilkin mərhələsində əmələ gəlməsini və yer qabığının üst horizontlarına maye halında nüfuz etməsini göstərir. 30% MgO olan belə peridotit ərinti ilkin məhlul hesab olunur və bundan bütün Komatiit əmələ gəlir. Komatiit seriyası tərkibinə bazalt, peridotit və piroksenit komatiit daxildir. Sinonim: Komatit.

Komatiit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Komatiit haqqında məlumat. Komatiit nədir? Komatiit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azərbaycanda vergilər

  • Fevral 27, 2026

    Uppsala kafedralı

  • Fevral 27, 2026

    UNİCEF

  • Fevral 26, 2026

    Qondvana

  • Fevral 25, 2026

    Alxanlı (Füzuli)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst