Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fridrix Şleyermaxer (alm. Friedrich Daniel Ernst Schleiermacher‎; 21 noyabr 1768[…], Vrotslav, Prussiya, Müqəddəs Roma imperiyası – 12 fevral 1834, Berlin, Prus

Fridrix Şleyermaxer

  • Ana Səhifə
  • Vikipediya
  • Fridrix Şleyermaxer

Fridrix Şleyermaxer (alm. Friedrich Daniel Ernst Schleiermacher‎; 21 noyabr 1768[…], Vrotslav, Prussiya, Müqəddəs Roma imperiyası – 12 fevral 1834, Berlin, Prussiya) — alman ilahiyyatçı, filosof və hermenevtika elminin banilərindən biri. O, həm müasir protestant teologiyasının, həm də fəlsəfi hermenevtikanın formalaşmasında böyük rol oynamışdır. Şleyermaxer insanın dini təcrübəsini və mətnin mənasını anlama prosesini fəlsəfi müstəviyə daşıyan ilk düşünürlərdən sayılır.

Fridrix Şleyermaxer
alm. Friedrich Schleiermacher‎
Doğum tarixi 21 noyabr 1768(1768-11-21)[…]
Doğum yeri
  • Vrotslav, Prussiya, Müqəddəs Roma imperiyası
Vəfat tarixi 12 fevral 1834(1834-02-12) (65 yaşında)
Vəfat yeri
  • Berlin, Prussiya
İstiqaməti Alman klassik fəlsəfəsi
Əsas maraqları teologiya, etika, Dialektika, pedaqogika, fəlsəfə, Hermenevtika
Təsirlənib romantizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiyası

Fridrix Daniel Ernst Şleyermaxer 21 noyabr 1768-ci ildə Prussiyanın Sileziya vilayətində yerləşən Breslau (indiki Vrotslav, Polşa) şəhərində anadan olmuşdur. Onun atası Moraviya icmasına bağlı protestant ruhani idi və Fridrix erkən yaşlarından dərin dini və intellektual tərbiyə ilə böyüdü. Uşaqlıqdan fəlsəfi suallara maraq göstərən Şleyermaxer əvvəlcə Moraviya qardaşlıq icmasının internat məktəbində təhsil aldı. Lakin bu məktəbin sərt dini qaydaları onu narahat etdiyindən, sonradan həmin icmadan uzaqlaşdı.

1787-ci ildə Hall Universitetinə daxil olaraq protestant teologiyası və klassik filologiya üzrə təhsil almağa başladı. Burada o, İmmanuel Kantın fəlsəfəsi ilə tanış oldu və Kantın rasionalizmi ilə dini təcrübə arasındakı gərginlik onun sonrakı düşüncə tərzinə dərindən təsir etdi. Bu dövr onun həm teoloji, həm də fəlsəfi əsaslarını formalaşdırdı.

1796-cı ildən etibarən Şleyermaxer Berlin şəhərində pastor kimi fəaliyyət göstərməyə başladı və intellektual dairələrlə sıx əlaqə qurdu. O, romantizm hərəkatının nümayəndələri — xüsusilə Fridrix Şleqel və Novalis kimi filosof və yazıçılarla yaxın əməkdaşlıq etdi. Berlinin mədəni həyatında fəal iştirak edərək, həm ilahiyyat, həm də fəlsəfi mövzularda çıxışlar etdi. 1799-cu ildə çap etdirdiyi "Din: Onun mahiyyəti və mövqeyi haqqında savadlılara müraciət" (Über die Religion) əsəri ilə o, həm müasir teologiya, həm də romantik fəlsəfə üçün yeni perspektivlər açdı.

1804-cü ildə Hall Universitetində professor kimi fəaliyyətə başlayan Şleyermaxer burada ilahiyyat və fəlsəfə dərsləri verdi. Lakin Napoleon müharibələri dövründə universitet bağlandıqdan sonra o, fəaliyyətini Berlin Universitetində davam etdirdi. Şleyermaxer bu universitetin yaradılmasında fəal iştirak etmiş və ilk professor heyətində yer almışdır. O, burada həm ilahiyyat, həm də fəlsəfi hermenevtika sahəsində dərs demişdir.

Fridrix Şleyermaxer öz fəaliyyətində din, dil və məna məsələlərinin fəlsəfi əsaslarını araşdırmağa çalışmışdır. O, hermenevtikanı yalnız Müqəddəs Kitab və hüquq mətinlərinin şərhi ilə məhdudlaşdırmayaraq, istənilən mətnin və ya ifadənin anlama prosesinin ümumi prinsiplərini müəyyənləşdirməyə çalışmışdır. Bu baxış onu müasir hermenevtika elminin qurucularından birinə çevirmişdir. Onun fikrincə, anlama prosesi həm dilin strukturuna, həm də müəllifin psixoloji və tarixi kontekstinə əsaslanmalıdır.

Şleyermaxer həmçinin "dini təcrübə"nin rasional bilikdən fərqli bir idrak forması olduğunu vurğulamışdır. O, dini hissin insanın varoluşsal təcrübəsindəki əhəmiyyətini qabartmış və dini inamı mövcudluğun hissi dərk forması kimi təqdim etmişdir. Bu ideyalar daha sonra ekzistensializm, dialektik teologiya və liberal protestantizm kimi cərəyanlara güclü təsir göstərmişdir.

Fridrix Şleyermaxer 12 fevral 1834-cü ildə Berlin şəhərində vəfat etmişdir. O, bu gün də fəlsəfə, teologiya və dilçilik sahələrində böyük intellektual irs qoymuş bir alim kimi tanınır. Onun hermenevtik yanaşması müasir Vilhelm Diltey, Hans-Georg Qadamer və Pol Rikör kimi filosofların əsərlərində əsas istinad mənbələrindən biri olmuşdur.

Həmçinin bax

  • Hermenevtika
  • Protestant teologiyası
  • Fəlsəfi antipozitivizm

Ədəbiyyat

ingilis dilində
  • Barth, Karl. The Theology of Schleiermacher. trans. Geoffrey Bromiley. Grand Rapids, Michigan: Eerdmans, 1982.
  • Barth, Karl. "Schleiermacher," in Protestant Theology from Rousseau to Ritschl. New York: Harper, 1959. Ch. VIII, pp. 306–354.
  • Brandt, R. B. The Philosophy of Schleiermacher: The Development of his Theory of Scientific and Religious Knowledge. Westport, CT: 1968.
  • Crouter, Richard. Friedrich Schleiermacher: Between Enlightenment and Romanticism. Cambridge: Cambridge University Press: 2008.
  • Dawson, Jerry F. Friedrich Schleiermacher: The Evolution of a Nationalist. Austin: University of Texas Press, 1966. ISBN 978-0-292-74073-0
  • Dole, Andrew. Schleiermacher on religion and the natural order (AAR: Religion, Culture & History, 2010).
  • Dole, Andrew. "What is ‘religious experience’ in Schleiermacher’s Dogmatics, and why does it matter?." Journal of Analytic Theology 4 (2016): 44-65. online
  • Gadamer, Hans-Georg. Truth and Method, 2nd revised ed. tr. Joel Weinsheimer and Donald . Marshall. New York: Continuum, 1994.
  • Kenklies, K. "Educational theory as topological rhetoric. The concepts of pedagogy of Johann Friedrich Herbart and Friedrich Schleiermacher". Studies in Philosophy and Education. 31 (3). 2012: 265–273. doi:10.1007/s11217-012-9287-6.
  • Kenklies, Karsten. "Schleiermacher, Friedrich Daniel Ernst". In Encyclopedia of Educational Theory and Philosophy. Edited by D.C. Phillips. Thousand Oaks: SAGE Publications, 2014, pp. 733–735.
  • Kerber, Hannes. "Strauss and Schleiermacher. An Introduction to 'Exoteric Teaching". In Reorientation: Leo Strauss in the 1930s. Edited by Martin D. Yaffe and Richard S. Ruderman. New York: Palgrave, 2014, pp. 203–214.
  • Kirn, O. "Schleiermacher, Friedrich Daniel Ernst." The New Schaff-Herzog Encyclopedia of Religious Knowledge. Vol. X. New York: Funk and Wagnalls, 1911. pp. 240–246.
  • Mariña, Jacqueline, ed. The Cambridge Companion to Schleiermacher. Cambridge: Cambridge University Press, 2005.
  • Munro, Robert. Schleiermacher: Personal and Speculative. Paisley: A. Gardner, 1903.
  • Niehbuhr, Richard R. Schleiermacher on Christ and Religion: A New Introduction. New York: Scribners, 1964.
  • Park, Jae-Eun. "Schleiermacher's Perspective on Redemption: A Fulfillment of the coincidentia oppositorum between the Finite and the Infinite in Participation with Christ." Journal of Reformed Theology 9/3 (2015): 270-294.
  • Pedersen, Daniel James. The eternal covenant: Schleiermacher on God and natural science (de Gruyter, 2017).
  • Pedersen, Daniel J. Schleiermacher’s Theology of Sin and Nature: Agency, Value, and Modern Theology (Routledge, 2020)
  • Poe, Shelli M. Essential Trinitarianism: Schleiermacher as Trinitarian Theologian (Bloomsbury, 2017).
  • Poe, Shelli M., ed. Schleiermacher and sustainability: a theology for ecological living (John Knox Press, 2018).
  • Robinson, Matthew Ryan. Redeeming relationship, relationships that redeem: free sociability and the completion of humanity in the thought of Friedrich Schleiermacher (Mohr Siebeck, 2018).
  • Selbie, W. E. Schleiermacher: A Critical and Historical Study. New York: Dutton, 1913.
  • Stratis, Justin. God's Being Towards Fellowship: Schleiermacher, Barth, and the Meaning of ‘God is Love’. (Bloomsbury, 2019).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fridrix şleyermaxer sözünün mənası, fridrix şleyermaxer haqqında məlumat. fridrix şleyermaxer nədir? fridrix şleyermaxer nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Ana səhifə

  • Fevral 27, 2026

    I Vladimir

  • Mart 03, 2026

    Sərkar

  • Fevral 28, 2026

    Adilə Səfərova

  • Mart 06, 2026

    Qriqor Magistros

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst