Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən

Yəmən

  • Ana Səhifə
  • Vikipediya
  • Yəmən

Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır.

Yəmən Respublikası
الجمهوريّة اليمنية
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
الله ،الوطن، الثورة، الوحدة, God, Country, Revolution, Unity, Бог, държава, революция, единство, Duw, Gwlad, Chwyldro, Undod
Himn: Vahid Respublika
(ərəb. الجمهورية المتحدة‎)
Birlik
 • Yəmən Xalq Demokratik Respublikasın və Yəmən Ərəb Respubikası arasında 22 may 1990
Rəsmi dili Ərəb dili
Paytaxt Səna
Ən böyük şəhəri paytaxtı
İdarəetmə forması Prezidentli respublika
Prezident Rəşad əl-Alimi
Baş nazir Shaea əl-Zindani
Sahəsi Dünyada 50-ci
 • Ümumi 527970 km²
Əhalisi
 • Əhali (2016) 27 milyon nəfər (49-cu)
 • Siyahıyaalma (16.XII.2004) 19 684 603 nəf.
 • Sıxlıq 51 nəf./km²
Valyuta Yəmən rialı
İnternet domeni .ye
ISO kodu YE
Telefon kodu 967
Saat qurşaqları
  • UTC+03:00
Nəqliyyatın yönü sağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Yəmən

Mündəricat

Dini vəziyyət

Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir. Əhalisinin əksəriyyətini sünni müsəlmanlar təşkil edir, lakin Səudiyyə Ərəbistanı ilə sərhəd bölgələrdə şiə müsəlmanlar da yaşayırlar.

İqtisadiyyat

Yəmən iqtisadiyyatı əkinçilik və heyvandarlığa əsaslanır. İşləyən əhalinin 71,5%-i əkinçiliklə məşğul olur. Taxıl, pambıq, xurma, banan, darı, qəhvə, müxtəlif növ meyvə və tərəvəzlər əsas əkinçilik məhsullarıdır. 1992-ci ildə 820 min ton taxıl, 80 min ton paxlalı bitkilər, 320 min ton meyvə və 560 min ton tərəvəz istehsal olunmuşdur. Eyni ildə ölkədə təqribən 100 min baş dəvə, 1 milyon 200 min baş inək, 3 milyon 850 min baş qoyun və 2 milyon 250 min baş keçi vardı. 1991-ci ilə 86 min ton balıq və digər dəniz məhsulları ovlanmışdır. Şimali Yəməndə ildə orta hesabla 65 min ton duz istehsal olunur. Cənubi Yəməndə neft və təbii qaz hasil olunur. Yəmən bunlardan başqa önəmli bir təbii sərvətə sahib deyildir. 1992-ci ildə neft hasilatı 69 milyon barel olub. 1993-cü ildə açıqlanan neft ehtiyatları 2 milyard 10 milyon barel, təbii qaz ehtiyatları isə 430 milyard m³idi.

Vətəndaş müharibəsi

Yəməndə vətəndaş müharibəsi 2004-cü ildə alovlanıb. İmam Əbdül Malek əl-Husinin (عبدالمالک حوثی) başçılıq etdiyi şiə üsyançıları rəsmi Sananın siyasətinə qarşı üsyan qaldırıblar. Bundan sonra şimaldakı Saad əyalətində döyüşlər başlayıb. Üsyançıları isə İran və "Hizbullah" tərəfindən dəstəklənirlər.

2012-ci il fevral ayının 27-də Səna şəhərində Yəmənin yeni Prezidenti Əbdürəba Hadinin (عبد ربه هادي) təntənəli inaqurasiya mərasimi keçirilmişdir.

Xarici siyasəti

Yəmən Respublikası 26 iyun 2014-cü ildə tarixində Ümumdünya Ticarət Təşkilatının tamhüquqlu üzvü olmuşdur.

Həmçinin bax

  • 2011-ci il Yəmən iğtişaşları
  • Yəmən rabitəsi

Həmçinin bax

 Yəmən ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yəmən haqqında məlumat. Yəmən nədir? Yəmən nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Roma

  • Fevral 23, 2026

    Oğuz dilləri

  • Fevral 23, 2026

    14 iyun

  • Fevral 23, 2026

    Haiti

  • Fevral 23, 2026

    28 avqust

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst