Fransua-Henri Pino (28 may 1962, Ren; fr. François-Henri Pinault) — Fransa biznesmeni, lüks brend konqlomeratının prezidenti Fransua Pinonun oğlu və varisi. 2018-ci il 18 avqust etibarilə ailəsinin sərvətinin 30,5 milyard dollar olduğu təxmin edilən biznesmen dünyanın ən varlı adamlarından biri hesab olunur.
| Fransua-Henri Pino | |
|---|---|
| fr. François-Henri Pinault | |
| |
| Doğum tarixi | 28 may 1962 (63 yaş) |
| Doğum yeri | |
| Həyat yoldaşları |
|
| Təhsili |
|
| Fəaliyyəti | sahibkar, iş adamı |
| Fəaliyyət illəri | 1989-cu ildən |
| Mükafatları | |
Erkən həyatı
O, HEC Parisdə təhsil alıb. 1989-cu ildə "Pinault Distribution"dan sonra "France Bois Industries"in baş meneceri oldu.
1993-cü ildə xaricə işləməyə getdi (Afrika, DOM-TOM). 1997-ci ildə FNAC-ın baş direktoru təyin edilib. 2005-ci ilin mart ayında o, atasını əvəz edərək Pinault-Printemps-Redoute (PPR) prezidenti təyin edilərkən böyük bir sıçrayış etdi. 20 iyun 2007-ci ildə o, PPR qrupu tərəfindən törəmə şirkəti Sapardis vasitəsilə satın alındıqdan sonra Almaniyanın idman avadanlığı şirkəti Puma-nın idarə heyətinin sədri vəzifəsini icra etdi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, françois-henri pinault sözünün mənası, françois-henri pinault haqqında məlumat. françois-henri pinault nədir? françois-henri pinault nə deməkdir?
