Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xış — şumlamada istifadə olunan kənd təsərrüfatınin aləti. Torpağın asan şumlanmasını təmin edən, dəmir xışın ucu, bir qayda olaraq küt üçbucaq formasında olub,

Xış

  • Ana Səhifə
  • Vikipediya
  • Xış

Xış — şumlamada istifadə olunan kənd təsərrüfatınin aləti. Torpağın asan şumlanmasını təmin edən, dəmir xışın ucu, bir qayda olaraq küt üçbucaq formasında olub, burnu nazik və ensiz, küpü isə enli və qalın olurdu, lakin hansı növ torpaq sahəsinin şumlanmasından, yaxud hansı bitki növü üçün şum ediləcəyindən asılı olaraq, xış gavahınları böyük və ya kiçik olurdu. Bundan əlavə, gavahınların ucunun oval və yaxud iti olması ilə də onlar bir-birindən seçilirdi.

Bir qayda olaraq gavahın sifarişlə yerli dəmirçilərə düzəltdirilirdi.

Azərbaycanda xış növləri

Azərbaycanda istifadə olunmuş xışlar quruluş və formalarına görə, bir sıra məhəlli xüsusiyyətlərə malik olmuşlar. Bunların ən təkmil növü "ulamalı xış", "qollu xış", "çatma xış", "işkilli xış" və s.adlarla tanınmışdır. Xışın bu növlərinə Azərbaycanın, demək olar ki, əksər etnoqrafik bölgələrində rast gəlinirdi.

Ulamalı xış Şəki-Zaqatala, Qarabağ, Naxçıvan bölgələrində, xüsusilə, geniş yayılmışdır. Ulamalı xışın qolu, adətən, onun bazısına calaq əlavə etməklə düzəldilirdi. Bazı calağı Azərbaycanın ayrı-ayrı bölgələrində "ulama", "çilə", "çatma", "məsənə", "uzatma" və s. adlandırılırdı. Xışın bu növü çox vaxt elə həmin adlarla da fərqləndirilib tanınırdı.

Ulamalı xış, adətən, kötüyünün arxadan "qulaqlı", dəstəyinin iki əlcəkli düzəldilməsi və metal qılınca malik olması ilə fərqlənirdi. Xışın qılıncı torpağı kəsmək, qulaqları torpaq layını çevirmək məqsədi güdür, onun qoşa dəstəyi isə alətin sanballığını tənzimləməyə xidmət edirdi. Ulamalı xış nisbətən təkmilləşmiş şum aləti olub, torpağı daha yaxşı şumlayırdı. Belə xışlardan dağavar və dəmyə torpaqların şumlanmasında daha çox istifadə edilirdi. Adətən, ona iki, üç, bə’zən isə dörd boyun öküz qoşulardı.

Çəltikçilik təsərrüfatında istifadə edilən xış yüngül və kiçik ölçülü olması ilə fərqlənirdi. Suvarılan torpaqların şumlanması nisbətən çətin olduğundan qaim torpağı kəsmək üçün xışların qoluna həm də "qılınc" bərkidilirdi. Bundan əlavə xışın kötüyündə "qulaq" adlanan ayaq yeri düzəldilirdi. Torpağı dərin şumlamaq üçün dəstəçi (majgəl) ayağı ilə arabir həmin "qulağı"n üstündən aşağı basırdı. İkinci il təkrar əkilən çəltik sahəsi nisbətən yüngül xışla şumlanırdı. Xalq arasında çəltik gərinin şumlanması əməliyyatı "gərvanlama" adlandığından xışın bu növünə, adətən, "gərvan xış" da deyilirdi.

Həmçinin bax

  • Kotan
  • Cüt

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xış haqqında məlumat. Xış nədir? Xış nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rassel Krou

  • Fevral 27, 2026

    Üzeyir Hacıbəyli

  • Fevral 27, 2026

    Tulyaremiya

  • Fevral 27, 2026

    Latviya Seymi

  • Fevral 27, 2026

    Fərqanə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst