Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Razyana (lat. Foeniculum) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin kərəvizkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü.

Foeniculum

  • Ana Səhifə
  • Vikipediya
  • Foeniculum

Razyana (lat. Foeniculum) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin kərəvizkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü.

Razyana
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Kampanulidlər
Dəstə:
Kərəvizçiçəklilər
Fəsilə:
Kərəvizkimilər
Yarımfəsilə:
Kərəvizkimilər
Triba:
Apieae
Cins:
Razyana
Beynəlxalq elmi adı
  • Foeniculum Mill., 1754
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  29508
NCBI  48037
EOL  71412

Razyana meyvələri bütöv halda yeyinti sənayesində və tibdə istifadə olunur. Razyana toxumlarının tərkibində 4–6 % efir yağı vardır. Ona görə də razyana efir yağı almaq üçün də becərilir. Efir yağının ən qiymətli tərkib hissəsi anetol adlanan ətirli maddədir. Efir yağı və onun tərkibində olan anetol yeyinti, ətriyyat — kosmetika və əczaçılıq sənayesində işlədilir. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvəsini sentyabr ayında yetişənə az qalmış toplayıb açıq havada bir müddət qurudur, xüsusi maşında başqa qarışıqlardan təmizləyib ayırır, aptek anbarına təhvil verirlər. Meyvəsinin tərkibində efir yağından başqa 16–18 % piyli yağ və 27 % zülal maddəsi vardır.

Mündəricat

Növləri

Azərbaycanın dərman bitkiləri

  • Adi razyana (Foeniculum vulgare Mill.)

Əhəmiyyəti

Razyana meyvəsindən elmi təbabətdə soyuqdəymədən baş verən xəstəliklərdə, xüsusən tənəffüs yollarının iltihabında yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də mədə-bağırsaq xəstəliyində həzm prosesini yaxşılaşdıran və köpmənin qarşısını alan vasitə kimi geniş istifadə olunur. Razyana meyvəsi dəmləmə və bişirmə şəklində öd kisəsinin iltihabında və böyrək xəstəliklərində də qəbul edilir.

Ana südü və sperma istehsalını artırır.

Yağı

İki və ya çoxillik çətirşəkilli olub, sarı rənglidir. Bitkisinin bütün orqanları ətirlidir. İyun-iyul aylarında çiçək açır, avqusta isə toxumları yetişir. Toxumlarından alınan efir yağının miqdarı 2.5-3.5% olur. Efir yağının əsas tərkib hissəsi 50-60% anetoldan ibarətdir. Anetol – şirintəhər, özünə məxsus iyə malikdir.

Tərkibi

Razyana yağında 10-12%-ə qədər fenxona, pinenə, dipentenə, kamfenə, anis (cirə) aldehidinə, metilxavinol və anis turşusuna rast gəlinir. Razyana toxumlarından alınan efir yağının tərkibində rəngli maddələr, doymuş yağlar (18-23%) doymamış olein yağı (22%) kəhraba, alma turşuları vardır.

İstifadə sahələri

Razyana toxumlarından alınan efir yağı farmokopeyada mədə ağrılarına və öskürəyə qarşı istifadə olunan dərman kimi istifadə olunur. Onun toxumlarını əzib dəmləmək öskürək üçün təbii məlhəmdir. Razyana və şüyüd suyu südəmər uşaqlarda həzm sistemini yaxşılaşdırır, köpü aradan qaldırır. razyananın yağından yeyinti sənayesində ətirli maddə kimi də istifadə olunur. ondan qənnadi və şirniyyat məmulatlarının hazırlanmasında təravətləndirici kimi istifadə olunur .

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, foeniculum sözünün mənası, foeniculum haqqında məlumat. foeniculum nədir? foeniculum nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Abakan

  • Fevral 27, 2026

    Kenterberi kafedralı

  • Mart 03, 2026

    Xoznavar

  • Fevral 27, 2026

    Itanium

  • Mart 05, 2026

    Cennifer Konnelli

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst