Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin kərəvizkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü.

Adi razyana

  • Ana Səhifə
  • Vikipediya
  • Adi razyana

Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin kərəvizkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü.

Adi razyana
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Kampanulidlər
Dəstə:
Kərəvizçiçəklilər
Fəsilə:
Kərəvizkimilər
Yarımfəsilə:
Kərəvizkimilər
Triba:
Apieae
Cins:
Razyana
Növ:
Adi razyana
Beynəlxalq elmi adı
  • Foeniculum vulgare Mill., 1768
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  29509
NCBI  2849586
EOL  585008

Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur. Şüyüd və cirəyə bənzəyir.

Mündəricat

Botaniki təsviri

Hündülüyü 1–2 m olan çılpaq, çoxillik ot bitkisidir, gövdəsi silindrik, nazik şırımlı, budaqlıdır. Yarpaqları saplaqsız, lələkvari parçalanmışdır. Sarı rəngli xırda çiçəkləri mürəkkəb çətir formalı çiçəkqrupu əmələ gətirir. Meyvəsi (ikitoxum) 5–7 mm, uzunsov, yaşımtıl-boz rənqdədir. Toxumları özünün ətirli, şirin-ədviyyəli iyi ilə xırda zirəni xatırladır. İyul-avqust aylarında çiçəkləyərək sentyabr-oktyabr aylarında meyvə verir.

Mənşəyi və yayılması

Adi raziyana kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Atlantik və Orta Avropa, Apalıqdənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Şimali və Cənubi Afrika, Çin, Yaponiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda adi raziyana Kiçik Qafqazın cənub rayonları, Abşeron, Qobustan, Xəzəryanı, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqları, eləcə də Naxçıvan düzənliyində, aran və dağ ətəyi (dəniz səviyyəsindən 400 m qədər) ərazilərdə bitır.

Ekoloji qrup və bitdiyi yerlər

Mezokserofitdir, quru-bozqır və psammofit-litoral bitkilik tiplərində rast gəlir. Əsasən otlu yerlərdə, dəniz kənarı qumluqlarda, su axarları və yol kənarlarında zolaqlar əmələ gətirir.

Kimyəvi tərkibi

Adi raziyana kumarin, flavonoid, efir və piyli yağlar, steroid, antosian və digər bioloji aktiv maddələrlə zəngindir. Meyvələrinin tərkibində 6% efir yağı, başlıca komponent olan anetol (60%-ə qədər) fenxon, pinen, metilxavikol və 18% piyli yağlar vardır. Keyfiyyətli xammal yetişmiş meyvələri hesab olunur.

Təsiri və tətbiqi

Adi raziyana farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki və eksperimental təbabətdə, Tibet, Koreya və xalq təbabətində geniş tətbiq edilir. Əsasən böyrək, mədə, sidik kisəsi, nəfəs yolları, göz, nevroz, bronxit və bronxial astma, irinli yaralarda, çinədan (zob) və s. xəstəliklərə qarşı istifadə olunur. Antibakterial, estrogen, hərarəti salan və sidikqovucu təsirə malikdir.

İstifadəsi

Raziyana ətirli ədviyyat kimi də yeyinti sənayesində işlədilir. Diş pastalarının tərkibinə xoş ətir vermək üçün qatılır. Gövdələrindən tərkibində 20% zülal olan heyvandarlıqda istifadə olunan jmıx alınır.

Müalıcə məqsədi ilə bitkinin meyvələri istifadə edilir. İstifadə formaları cövhər və efir yağı şəklindədir.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

Tərəvəz bitkisidir. Meyvələri və yarpaqları ədviyyə kimi istifadə olunur. Yeyinti və qənnadı sənayesində meyvələri, əczaçılıqda və ətriyyat sənayesində isə efir yağı aromatizator kimi istifadə edilir.

Tibb

Raziyana meyvələrində müalicə əhəmiyyətli maddə əsasən efir yağı sayılır. Efir yağına xoş iy verən tərkibindəki anetol maddəsidir. Anetol aromatik birləşmə olub, razyana meyvəsinin ən qiymətli tərkib hissəsidir. Elmi təbabətdə razyana meyvəsindən soyuqdəymələrdən baş verən tənəffüs yolları xəstəliklərində iltihabı aradan qaldıran, yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərində, həzm prosesini yaxşılaşdırıcı və köpmənin qarşısını alan vasitə kimi istifadə olunur.

Tərkibindəki fitoestrogenlər analarda südün miqdarını və yağlılığını artırır. Süd vəzisinin böyüməsinə də təsir edə bilir. Bundan başqa, razyana meyvəsindən dəmləmə formasında öd kisəsi iltihabının və böyrək xəstəliklərinin müalicəsində geniş istifadə edilir.

Xalq təbabəti

Xalq təbabətində çox qədimdən razyana meyvəsindən çay kimi dəmləyib, uşaqlarda baş verən qarın ağrılarında ağrıkəsən və köpmənin qarşısını alan dərman kimi işlədilir. Bu məqsədlə razyana meyvələri çox vaxt qurudulmuş nanə yarpağı ilə bərabər hissədə götürülür, sonra çay dəmləyib xörək qaşığı ilə qəbul edilir. Razyana şirəsi (Şüyüd suyu) xalq təbabətində qarın ağrısında (köpməsində), mədə-bağırsaq traktı pozulduqda və eləcə də bəlğəmgətirici öskürək dərmanı kimi istifadə edilir.

Sinonimləri

  • Anethum dulce DC.
  • Anethum foeniculum L.
  • Anethum minus Gouan
  • Anethum panmori Roxb.
  • Anethum panmorium Roxb. ex Fleming
  • Anethum pannorium Roxb.
  • Anethum piperitum Ucria
  • Anethum rupestre Salisb.
  • Foeniculum azoricum Mill.
  • Foeniculum capillaceum Gilib. [Invalid]
  • Foeniculum divaricatum Griseb.
  • Foeniculum dulce Mill.
  • Foeniculum foeniculum (L.) H.Karst. [Invalid]
  • Foeniculum giganteum Lojac.
  • Foeniculum officinale All.
  • Foeniculum panmorium (Roxb.) DC.
  • Foeniculum piperitum C.Presl
  • Foeniculum rigidum Brot. ex Steud.
    • Foeniculum vulgare var. capillaceum Burnat
    • Foeniculum vulgare subsp. capillaceum (Burnat) Holmboe
    • Foeniculum vulgare var. dulce (Mill.) Batt. & Trab.
    • Foeniculum vulgare var. inodorum Maire
    • Foeniculum vulgare subsp. piperitum (C.Presl) Bég.
    • Foeniculum vulgare var. piperitum (C.Presl) Ball
    • Foeniculum vulgare var. sativum C.Presl
    • Foeniculum vulgare subsp. sativum (C.Presl) Janch. ex Holub
  • Ligusticum foeniculum (L.) Roth
  • Ligusticum foeniculum (L.) Crantz
  • Meum foeniculum (L.) Spreng.
  • Selinum foeniculum E.H.L.Krause
  • Seseli foeniculum Koso-Pol.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adi razyana haqqında məlumat. Adi razyana nədir? Adi razyana nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şahverdi xan

  • Fevral 27, 2026

    Açıq bucaq

  • Fevral 27, 2026

    Böyük Pirəli

  • Fevral 27, 2026

    Esterqom

  • Fevral 27, 2026

    Voloqda vilayəti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst