Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fikrət Əhməd oğlu Seyidov (9 may 1930, Aslanbəyli, Gəncə dairəsi, Azərbaycan SSR, SSRİ – 27 avqust 2011, Bakı) — alim, müəllim, pedoqoji elmlər doktoru, profess

Fikrət Seyidov

  • Ana Səhifə
  • Vikipediya
  • Fikrət Seyidov

Fikrət Əhməd oğlu Seyidov (9 may 1930, Aslanbəyli, Gəncə dairəsi, Azərbaycan SSR, SSRİ – 27 avqust 2011, Bakı) — alim, müəllim, pedoqoji elmlər doktoru, professor, Azərbaycan Dillər Universitetinin 2 illik xarici dillər kursunun ilk direktoru, İngilis dili fakültəsinin dekanı, Qori (Qazax) Müəllimlər Seminariyasını ardıcıl araşdırmış və nailiyyət qazanmış ilk alim. Mükəmməl təhsil sistemini və şəxsiyyəti formalaşdıran tərbiyə üsullarını araşdıran ilk alimdir. Xarici dil üzrə texniki vasitələrin tətbiqi sahəsində öncüllərdən biri, ingilis dili dərsliklərinin (5, 6, 7 və 8-ci siniflər üçün) müəlliflərindən biri olmuşdur. Universitetdə Xarici dil kafedrasının müdiri və fakültə dekanı vəzifələrində çalışmışdır. Bir çox dövlət mükafatlarına layiq görülmüşdür. Əhməd Seyidovun oğlu, Səməd Seyidovun əmisidir. Seyidovlar soyundandır.

Fikrət Seyidov
Fikrət Əhməd oğlu Seyidov
Doğum tarixi 9 may 1930(1930-05-09)
Doğum yeri
  • Aslanbəyli, Gəncə dairəsi, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 27 avqust 2011(2011-08-27) (81 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Əhməd Seyidov
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu

Mündəricat

Həyatı

Fikrət Seyidov 1930-cu ilin 9 may tarixində Qazax qəzasının Aslanbəyli kəndində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin xarici dil (İngilis dili) fakültəsinə daxil olmuşdur. 1950-ci ildə universiteti fərqlənmə diplomi ilə bitirmişdir. Universiteti bitirdikdən sonra Şamxor (Şəmkir) rayonuna təyinat verirlər. Lakin hərbi çağırışçı olduğundan və Bakıda qeydiyyata düşdüyündən geri qayıtmaq məcburiyyətində qalır və Bakının 193 saylı orta məktəbində müvəqqəti müəllim işləyir (2 ay). Sonra Ukraynanın Lvov şəhərində hərbi xidmətdə olmuşdur. Əsgərlikdən qayıtdıqdan sonra həmin məktəbdə bir neçə ay dərs dedi və sonra 199 saylı məktəbdə dərs deməyə başladı. Pedoqoji sahə üzrə Aspiranturanı bitirmişdir. Sonralar 1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində işləməyə başladı, ancaq bununla yanaşı, xeyli vaxt orta məktəbdədə çalışıb. 2011-ci ildə vəfat etmişdir.

Elmi fəaliyyəti

1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində işləməyə başladı. Qori (Qazax) Müəllimlər Seminariyasını ardıcıl araşdırmış və nailiyyət qazanmış ilk alimdir. 1988-ci ildə Tbilisidə "Qori seminariyası və onun məzunları" mövzusu ilə dissertasiyanı müdafiə edərək Elmlər namizədi elmi dərəcəsi alır. Elə həmin il müsabiqə elanı ilə Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasına keçdi. Azərbaycan Dillər Universitetinin 2 illik xarici dillər kursunun ilk direktoru, fakültə dekanı, kafedra müdiri, məktəblə əlaqə komissiyasının üzvü olmuşdur. Dərsliklərin (xarici dillər) yaranması ilə əlaqədar ümumdünya seminarında Azərbaycan Respublikasının təmsilçisi olmuş, Moskva, Almatı, Tbilisi və s şəhərlərdə elmi məruzələrlə çıxış etmişdir. Tədris sahəsində ictimai vəzifələr aparmışdır.

Mükəmməl təhsil sistemini və şəxsiyyəti formalaşdıran tərbiyə üsullarını araşdıran ilk alimdir.

Professor Fikrət Seyidov 100-dən artıq elmi-metodik əsərin, bir çox elmi məqalələrin, "Qori semenariyası və onun məzunları" (1988), "Türk xalqlarının tərbiyə və məktəb tarixinə dair" (1998), "Xarici dil dərslərində maqnitafon" (1968), "İngilis dilində şifahi nitq çalışmaları" (1966), "İngilis dili dərslikləri üçün metodik rəhbərlik" (1964), "Nitq inkişafına dair metodik izahat" (1965), "Səkkizillik məktəblərdə xarici dillərin metodikası" (1967) və.s monoqrafiya və orijinal dərsliklərin müəllifidir. Bir çox elmi kadrların hazırlanmasında iştirak etmiş, uzun illər tələbə elmi işlərinə rəhbərlik etmişdir. Pedaqogika tarixi, İxtisasa giriş, Tərbiyə işlərinin metodikası, Peşə oriyentasiyası fənlərindən mühazirələr oxuyub, seminar və praktik məşğələlər aparıb. Sonralar ölkənin ən qabaqcıl ali məktəblərindən olan Odlar Yurdu Universitetində və Təfəkkür Universitetindədə çalışıb.

Kitabları

  • "Azərbaycan pedaqoji fikir tarixindən səhifələr"
  • "Aslanbəylidən başlanan xatirələr"Bakı: 2000, 350 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fikrət Seyidov haqqında məlumat. Fikrət Seyidov nədir? Fikrət Seyidov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hassa

  • Fevral 27, 2026

    Şuşa Bəyannaməsi

  • Fevral 26, 2026

    Əsl suitilər

  • Fevral 27, 2026

    Tayka Vaytiti

  • Fevral 27, 2026

    Qızılvəng (Basarkeçər)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst