Fender Stratocaster və ya Strat — Elektrogitara ailəsinə aid simli musiqi aləti. Fender şirkətinin məhsulu. Bu 1954-cü ildə Corc Fullerton, Leo Fender və Freddi Tavares tərəfindən hazırlanmış və bu gün də istehsalda olan məşhur elektrik gitara modelidir. Stratocaster bir çox gitaraçı tərəfindən istifadə edilmişdir və bir çox tarixi səsyazmalarda eşidilə bilər. Gibson Les Paul, Gibson SG və Fender Telecaster ilə yanaşı, dünyanın ən məşhur və geniş yayılmış elektrik gitara modellərindən biridir.
| Fender Stratocaster | |
|---|---|
| |
| Təsnifat | simli musiqi aləti |
| Əlaqəli alətlər | Elektrogitara Bas-gitara |
| Mənşə ölkəsi | ABŞ |
Stratocaster geniş şəkildə kopyalanmışdır və istehsalçısından asılı olmayaraq eyni texniki xüsusiyyətlərə malik istənilən gitaraya aid etmək üçün "Stratocaster" və ya "Strat" adından istifadə edilməyə başlanılmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fender Stratocaster haqqında məlumat. Fender Stratocaster nədir? Fender Stratocaster nə deməkdir?
