Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fəryad (ing. "The Scream", norv. "Skrik") — norveçli rəssam Edvard Munk tərəfindən 1893-cü ildə çəkilmişdir və hazırda rəsm Norveç milli qalereyasında sərgiləni

Fəryad

  • Ana Səhifə
  • Vikipediya
  • Fəryad

Fəryad (ing. "The Scream", norv. "Skrik") — norveçli rəssam Edvard Munk tərəfindən 1893-cü ildə çəkilmişdir və hazırda rəsm Norveç milli qalereyasında sərgilənir.

Fəryad
norv. "Skrik"
Rəssam Edvard Munk
Tarixi 1893
Texnikası yağlı boya, pastel, tempera (kətan üzərində)
Ölçüləri 91 sm × 73,5 sm
Saxlanıldığı yer Norveç milli qalereyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu əsər dəli bir insanın hallüsinasiyasıdır sanki. Belə ki, Edvard Munkun “Çığırtı”sı heç də dəhşətin spontan ifadəsi olmayıb, real bir hadisənin tam dəqiqliklə kətan üzərinə köçürülməsidir.

Mündəricat

Əsərin təsviri

Əsərdə rəssama yaxşı tanış olan yer, Ekeberq təpələrinə gedən yol təsvir olunub. Kətan üzərinə köçürülən bu mənzərə barədə Munk hələ öz gündəliklərində, 22 yanvar, 1892-ci il tarixində, yazır:

" “Mən iki yoldaşımla gəzintiyə çıxmışdım. Günəş qüruba doğru yaxınlaşırdı. Məni həzin bir qüssə bürüdü. Birdən səma al-qırmızı rəngə boyandı. Mən dayandım və barmaqlığa söykəndim. Tünd-mavi səmada və şəhərin üstündə sanki alov dilləri oynayırdı. Dostlarım yollarına davam elədilər, lakin mən yerimdə donub qaldım. Qorxudan titrəyərək, təbiətin dəhşət dolu çığırtısını bütün qəlbimlə eşidirdim sanki.” "

Əsər haqqında

Bütün bu yaşananlar, həmin dəqiqə rəsmə köçürülmədi. Munkun arxivindəki sənədlərə nəzər salaq, rəssamın öz əliylə yazdığı qeydlərdən birində deyilir ki, 1893-cü ildə yaradılmış “Çığırtı”, onun 1884-cü ildəki xatirələri əsasında yaradılıb. Bəs nəyə görə Munk, üzərindən 9 il keçsə də, bu hadisəni belə yadında saxlayıb və onu rəsmə çevirməyi qərara alıb?

Yalnız 2003-cü ildə fizik Rassel Dyoşer və astrofizik Donald Olson buna aydınlıq gətirə bildilər. 1883-cü ilin avqustunda İndoneziyada 36 min insanın ölümü ilə nəticələnən Krakatau vulkanının püskürməsi baş vermişdi. Bunun nəticəsində atmosferin yuxarı təbəqələrinə vulkanik mənşəli kül yığılmışdır ki, bu da günəş şüalarının təsiri nəticəsində, qürub zamanı səmada al-qırmızı rəngin əmələ gəlməsinə səbəb olurdu. Bu qeyri-adi hadisə dünyanın müxtəlif yerlərində təzahür eləmişdir. Belə ki, rəssam Vilyam Eskroft Temza sahilində apokaliptik qürubu müşahidə elədiyini öz qeydlərində bildirmişdir. Pensilvaniya ştatındakı qəzetlərdən birində isə, göydə Amerika bayrağının zolaqlarının görünməsi barədə yazı getmişdir. Beləliklə vulkanın izlərini 1883-cü ilin noyabrından 1884-cü ilin fevralına qədər, Norveçin paytaxtı da daxil olmaqla, dünyanın müxtəlif yerlərində insanlar səmada müşahidə edə bilmişdilər. Beləliklə, Krakatau vulkanı nəinki atmosferdə həmçinin incəsənətdə də böyük iz buraxmışdır.

Əsərdə ön plana çəkilən üz elə əslində Munkun özüdür. Əsas cizgilər burda tam təsvir olunmasa da, dəhşət hissi yaşıyan hər bir insana xas olan ümumi cizgilər burda dəqiq aydın təsvir olunub. Munkun yaradıcılığını araşdıran prof. Robert Rozemblyumun araşdırmasına görə uzunsov, sərt formada olan baş və ona sıxılmış əllər, həmin vaxtlarda Fransa muzeylərində insanlara təqdim olunan “Peru mumiyası”dan götürülmüşdür.

Əsərdə diqqət çəkən bir an da var. Munkdan uzaqlaşan dostlar. Bu əsərdəki tənhalıq hissini daha da qabarıq ifadə edir. Alman incəsənət tarixçisi Ulrix Bişofa görə, Munkun yaradıcılığında kölgə elementi, keçmiş və ölümü təsvir edir. Bu hardasa onun uşaqlıq xatirələriylə bağlıdır. Belə ki, rəssam anasının və bacısının vərəm xəstəliyindən ölümünün şahidi olmuşdur.

Qalereya

  • 1893: pastel ilə kətan üzərində çəkilib. "Çığırtı"nın erkən versiyasıdır.
    1893: pastel ilə kətan üzərində çəkilib. "Çığırtı"nın erkən versiyasıdır.
  • 1893: yağlıboya, tempera and pastel ilə kətan üzərində çəkilib. Ən çox tanınan versiyası sayılır, Oslo, Norveçdəki milli qalereyada saxlanılır.
    1893: yağlıboya, tempera and pastel ilə kətan üzərində çəkilib. Ən çox tanınan versiyası sayılır, Oslo, Norveçdəki milli qalereyada saxlanılır.
  • 1895: Litograf versiyası.
    1895: Litograf versiyası.
  • 1895: pastel ilə kətan üzərində çəkilib, 2012-ci ildə Sotheby's-də baş tutan incəsənət auksionunda 120 milyon amerikan dollarına satılıb.
    1895: pastel ilə kətan üzərində çəkilib, 2012-ci ildə Sotheby's-də baş tutan incəsənət auksionunda 120 milyon amerikan dollarına satılıb.
  • 1910: tempera ilə kətan üzərində çəkilib, 2004-cü ildə Munk muzeyindən oğurlanıb, lakin 2006-cı ildə tapılıb.
    1910: tempera ilə kətan üzərində çəkilib, 2004-cü ildə Munk muzeyindən oğurlanıb, lakin 2006-cı ildə tapılıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fəryad haqqında məlumat. Fəryad nədir? Fəryad nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dreön

  • Fevral 25, 2026

    Ətraf mühit

  • Fevral 23, 2026

    Qədim Yunanıstan

  • Fevral 11, 2026

    Krakov

  • Fevral 27, 2026

    Fransız Polineziyası

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst