Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dolğanlar (Dolğanca: һакалар, hakalar, saxa дулҕаннар, тыа киhилер, dulğannar, tıa kihiler) — Sibirdə yaşayan türk xalqlarından biri.

Dolğanlar

  • Ana Səhifə
  • Vikipediya
  • Dolğanlar

Dolğanlar (Dolğanca: һакалар, hakalar, saxa дулҕаннар, тыа киhилер, dulğannar, tıa kihiler) — Sibirdə yaşayan türk xalqlarından biri.

Dolğanlar
Cəmi say 7 261
Əhəmiyyətli sayda yaşadığı bölgələr
  • Rusiya RusiyaRusiya Federasiyası
Dil Dolğan dili
Din Pravoslavlıq Şamanizm
Daxildir Türk xalqları

Dolğanlar, Rusiyanın şimalında yerləşən Taymır yarımadası ətrafında yaşayan Türk xalqıdır, Krasnoyarsk diyarının Taymır Dolğan-Nenets rayonunun əsas etnik toplumudur. 20-ci əsrə qədər Sibirdə əsasən köçəri, ovçu həyat sürürdülər.

Dolğanlar Saxada (Yakutiya)da yaşayan saxalarla (yakutlarla) çox yaxın qohumluq əlaqəsi olan bir xalqdır.

Mündəricat

Əhali sayı

Rusiyanın 2002-ci il əhali siyahıya almasına əsasən, Rusiyada 7,261 dolğan yaşamaqdadır. Onların 5,517 nəfəri Krasnoyarsk diyarının Taymır Dolğan-Nenets rayonunda, qalan hissəsi isə digər bölgələrdə yaşayırlar.

Ukraynada isə 2001 Ukrayna siyahıya almasında cəmi 26 nəfər dolğan təsbit edilmişdir.

Dil

Əsas məqalə: Dolğan dili

Dolğan dili, türk dilləri ailəsinin sibir qrupuna daxildir, və xüsusiyyətlərinə görə saxa (yakut) dilinə ən yaxın dildir. Vaxtilə dolğan dili yakut dili ilə bir olub, lakin dolğanların coğrafi baxımdan yakutlardan uzaq yaşamaları onların dilinin müstəqil şəkildə inkişaf etməsinə və beləlikcə ayrıca bir dil halına gəlməsinə səbəb olub.

Dolğan dilinin yazılışında kiril qrafikasından istifadə olunur. Dolğan dili Norilskiy, Pasinskiy, Avamskiy, Xatanqskiy və Popiqayskiy ləhçələrindən ibarətdir. Dolğan dilinə, yakut dilindəki kimi, onlarla birlikdə qonşu olaraq yaşadıqları evenk dilindən də çox sayda söz girmişdir.

Dolğan dilindəki ilk şeir kitabı 1973-cü ildə nəşr olunan, dolğan əsilli sovet şairəsi Oqdo Aksyonovanın "Baraksan" əsəridir.

Din

Dolğanlar, rusların təsiri ilə xristianlığı qəbul edib, rus pravoslav kilsəsinə bağlanmışlar, ancaq (Sibirdə yaşayan bir çox xalqlardakı kimi) şamanizmə və qədim türk dini inanclarına aid bir çox amillər hələ də yaşadılmaqdadırlar.

Qaynaq

  1. . 8 yanvar 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2009.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dolğanlar haqqında məlumat. Dolğanlar nədir? Dolğanlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mişşi Sespel

  • Fevral 27, 2026

    1915-ci il

  • Fevral 26, 2026

    Vani bələdiyyəsi

  • Fevral 27, 2026

    Bədr Şirvani

  • Fevral 27, 2026

    Ramiz Cəbrayılov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst