Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fərəh Əbdülrəhim qızı Şəkinskaya (28 aprel 1929, Bakı – 20 aprel 2016, Bakı) — Azərbaycan ictimai-siyasi və mədəniyyət xadimi, Azərbaycan Respublikasının əməkda

Fərəh Şəkinskaya

  • Ana Səhifə
  • Vikipediya
  • Fərəh Şəkinskaya

Fərəh Əbdülrəhim qızı Şəkinskaya (28 aprel 1929, Bakı – 20 aprel 2016, Bakı) — Azərbaycan ictimai-siyasi və mədəniyyət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (1998). Fərəh Şəkinskaya 1989–1993-cü illərdə mədəniyyət nazirinin müavini vəzifəsində işləmişdir.

Fərəh Şəkinskaya
Fərəh Şəkinskaya, 1977
Fərəh Şəkinskaya, 1977
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
5 fevral 1991 – 22 yanvar 1993
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıMəlahət Babayeva
Azərbaycan SSR mədəniyyət nazirinin müavini
27 yanvar 1989 – 5 fevral 1991
Sonrakıvəzifənin adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 28 aprel 1929(1929-04-28)
Doğum yeri
  • Bakı, Bakı dairəsi, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 20 aprel 2016(2016-04-20) (86 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Həyat yoldaşı
  • Əkrəm Şəkinski
Uşağı
  • Emin Şəkinski

Təltifləri "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 19981998

Həyatı

Fərəh Şəkinskaya 28 aprel 1936-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib. 1958-ci ildə ilk əmək fəaliyyətinə Bakı Şin Zavodunda mühəndis kimi başlayıb. Azərbaycan LKGİ və Azərbaycan Kommunist Partiyasının üzvü olmuşdur.

Fərəh Şəkinskaya 1960–1970-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inspektoru, 1970–1978-ci illərdə Azərbaycan KP Nərimanov Rayon Komitəsinin katibi, 10 avqust 1978 – 27 yanvar 1989-cu illərdə Bakı Şəhər Soveti İcrayyə Komitəsinin Mədəniyyət İdarəsinin rəisi vəzifələrində işləmişdir.

Azərbaycan KP MK birinci katibi Heydər Əliyev Fərəh Şəkinskayanı təltif edərkən. 1975-ci il, Bakı.

27 yanvar 1989-cu ildə Fərəh Şəkinskaya Azərbaycan SSR Nazirlər Sovetinin fərmanı ilə Azərbaycan SSR mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilmiş və təqaüd yaşına qədər, 1993-cü ilədək mədəniyyət nazirinin müavini vəzifəsini tutmuşdur.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yeni yeni formalaşdırılan Azərbaycan Respublikası Nazirlər Kabinetində, Baş nazir Həsən Həsənovun təkidi ilə, Fərəh Şəkinskaya Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilmişdir

Fərəh Şəkinskaya 1993-cü ildən 2012-ci ilədək Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru olaraq bu önəmli mədəniyyət ocağına rəhbərlik etmişdir.

Fərəh Şəkinskaya Azərbaycan milli mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.

Ailəsi

Fərəh Şəkinskaya görkəmli alim-geoloq, 1991–1998-ci illərdə Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin Sədri Əkrəm Şəkinskinin (1929–1998) həyat yoldaşı idi.

Oğlu — polis general-mayoru Emin Şəkinski Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində çalışıb. 2020-ci ildə vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fərəh Şəkinskaya haqqında məlumat. Fərəh Şəkinskaya nədir? Fərəh Şəkinskaya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nobelium

  • Fevral 27, 2026

    Torshavn

  • Fevral 26, 2026

    Tənəffüs sistemi

  • Fevral 27, 2026

    Ceff Bezos

  • Mart 01, 2026

    Xose Marti

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst