Ernest Andre Gellner (ing. Ernest André Gellner; 9 dekabr 1925[…], Monruj – 5 noyabr 1995[…], Praqa) — Britaniya və Çexiya filosofu, sosial antropoloqu. "The Daily Telegraph" tərəfindən dünyasını dəyişdiyi zaman dünyanın ən güclü ziyalılarından biri, "The Independent" tərəfindən isə "tənqidi rasionalizm üçün birnəfərlik səlibçi" adlandırılmışdır.
| Ernest Gellner | |
|---|---|
| ing. Ernest Gellner | |
| |
| Doğum tarixi | 9 dekabr 1925[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 5 noyabr 1995[…] (69 yaşında) |
| Vəfat yeri | |
| İstiqaməti | Tənqidi rasionalizm |
| Əsas maraqları | siyasi fəlsəfə, elmin fəlsəfəsi, sosial antropologiya, sosiologiya |
Onun ilk kitabı olan "Sözlər və şeylər" (1959) "The Times"da onun dil fəlsəfəsinə hücumu ilə əlaqədar məktublar səhifəsində bir ay davam edən yazışmalara səbəb olmuşdur. 22 il London İqtisadiyyat Məktəbində fəlsəfə, məntiq və elmi metod professoru kimi, səkkiz il Kembric Universitetində Vilyam Vayz sosial antropologiya professoru və Praqada milliyyətçiliyin tədqiqi üzrə yeni mərkəzin rəhbəri olmuşdur. Gellner bütün yazılarında, tədrisində və siyasi fəallığında qapalı düşüncə sistemləri kimi gördükləri şeylərə, xüsusən də kommunizmə, psixoanalizə, relyativizmə və azad bazar diktaturasına qarşı mübarizə aparmışdır. Sosial düşüncədəki digər məsələlərlə yanaşı, modernləşmə nəzəriyyəsi və milliyyətçilik onun mərkəzi mövzularından ikisi idi. O, milliyyətçilik məsələsi üzrə aparıcı nəzəriyyəçilərdən sayılır.
Seçilmiş əsərləri
- Words and Things, A Critical Account of Linguistic Philosophy and a Study in Ideology, London: Gollancz; Boston: Beacon (1959).
- Thought and Change (1964)
- Populism: Its Meaning and Characteristics (1969). With Ghiță Ionescu [ro]. New York: Macmillan.
- Saints of the Atlas (1969)
- Contemporary Thought and Politics (1974)
- The Devil in Modern Philosophy (1974)
- Legitimation of Belief (1974)
- Spectacles and Predicaments (1979)
- Soviet and Western Anthropology (1980) (editor)
- Muslim Society (1981)
- Nations and Nationalism (1983)
- Relativism and the Social Sciences (1985)
- The Psychoanalytic Movement (1985)
- The Concept of Kinship and Other Essays (1986)
- Culture, Identity and Politics (1987)
- State and Society in Soviet Thought (1988)
- Plough, Sword and Book (1988)
- Postmodernism, Reason and Religion (1992)
- Reason and Culture (1992)
- Conditions of Liberty (1994)
- Anthropology and Politics: Revolutions in the Sacred Grove (1995)
- Liberalism in Modern Times: Essays in Honour of José G. Merquior (1996)
- Nationalism (1997)
- Language and Solitude: Wittgenstein, Malinowski and the Habsburg Dilemma (1998)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ernest Gellner haqqında məlumat. Ernest Gellner nədir? Ernest Gellner nə deməkdir?
