Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elm fəlsəfəsi — elmin fələsəfə üzərində sistematik inikası, dövrün sosial-mədəni kontekstində mövcud elmin nailiyyətlərinin nəzərə alınması (qeyd edilməsi) fəls

Elmin fəlsəfəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Elmin fəlsəfəsi

Elm fəlsəfəsi — elmin fələsəfə üzərində sistematik inikası, dövrün sosial-mədəni kontekstində mövcud elmin nailiyyətlərinin nəzərə alınması (qeyd edilməsi) fəlsəfi və xüsusi biliklərin sintezinin həyata keçirilməsi. Həmçinin "Elm fəlsəfəsi" biliklərin xüsusi sahəsi kimi bəşəri mədəniyyətin birliyini təmin edən mühüm inteqrasiya funksiyasını yerinə yetirir. Elmin fəlsəfəsi fəlsəfə ilə elm arasında zəruri əlaqə formalarından biri kimi onların qarşılıqlı inteqrasiyasına və zənginləşməsinə xidmət edir.

Elm fəlsəfəsinin inkişafında həm fəlsəfə, həm də xüsusi elmlər maraqlıdır.

"Elm fəlsəfəsi"nin problemlərinə elm üzərində fəlsəfənin inikası, elmin strukturunun inkişafı və məzmununun ayrıca elmi fənn kimi, bütövlükdə elm kimi öyrənilməsi daxildir.

Mündəricat

Kateqoriyaları

"Elm fəlsəfəsi" fənninin üç mühüm səviyyəsini ayırmaq mümkündür:

  • Bütövlükdə fəlsəfə;
  • Ayrı-ayrı elm sahələrinin fəlsəfəsi (təbiətşünaslıq, humanitar elmlər). Bu da iki yerə bölünür.
  • Ayrı-ayrı elmlər, fənlər (mexanika, astronomiya, tarix, sosiologiya, kitabxanaşünaslıq, filologiya, dilçilik və s.).

Elm fəlsəfəsini, onun strukturunu, predmetini öyrənərkən ayrı-ayrı elmlərin klassik fəlsəfə tərəfindən öyrənilməsini, onların irəli sürdüyü ideyaları, gəldiyi nəticələri öyrənmək, onlara isnad etmək hər bir tədqiqatçı üçün zəruridir.

Hegelin nəzəriyyəsi

Belə fəlsəfi əsərlər içərisində görkəmli alman filosofu Hegelin "Hüquq fəlsəfəsi", "Tarix fəlsəfəsi", "Dinin flsəfəsi" böyük maraq doğurur. Hegelin bu məşhur fəlsəfi əsəri ayrı-ayrı elmlərin fəlsəfəsini öyrənmək üçün məhək daşı, elmi-nəzəri metodoloji bazadır. Hegel bu əsərdə hüquq haqqında fəlsəfi elmin predmetindən bəhs edərkən yazır: "Hüquq haqqında fəlsəfi elmin predmeti hüquq ideyasıdır, hüquq anlayışı və onun gerçəkləşməsidir. Hüquq haqqında elm fəlsəfəsinin bir hissəsidir. Odur ki, o predmetin təfəkkürü, zəkası kimi ideyanı anlayışdan inkişaf etdirməli və ya predmetin özünün immanent inkişafını müşahidə etməlidir. Fəlsəfənin hissəsi kimi hüquq haqqında elmin müəyyən çıxış nöqtəsi və həqiqətindən və bunun sübutundan ibarət olmalıdır".

Hegel hüquqşünaslığı, onun anlayışlarını, qanunlarını və hüquq nəzəriyyələrini hüquq fəlsəfəsinin predmeti kimi müəyyən etməklə yanaşı, onun vəzifələrini izah edərək yazır: "Hüquq haqqında fikir hər kəsin bilavasitə malik olduğu şey deyildir; yalnız düzgün təfəkkür predmetin dərki və onun haqqında bilik ola bilər, ona görə də idrakımız elmi olmalıdır".

Hegelin "Hüquq fəlsəfəsi"nin əsas xüsusiyyətlərindən biri də tarixilik prinsipidir. Hegel hüququn inkişafında iki aspekti irəli çəkir: birincisi, hüququn tarixi əsaslar üzərində inkişafı, ikincisi, onun öz anlayışlarından irəli gələn inkişafı. Hegel fəlsəfəyə gətirdiyi tarixilik prinsipindən özünün bütün fəlsəfi araşdırmalarında olduğu kimi hüquq fəlsəfəsi tədqiqatlarında da ardıcıl olaraq istifadə edir.

Beləliklə, "Elmin fəlsəfəsi"nin öyrənilməsində görkəmli filosof Hegelin "Hüquq fəlsəfəsi" əsəri böyük elmi-nəzəri və metodoloji əhəmiyyətə malik olmaqla, ayrı-ayrı elmlərin öyrənilməsi yolunu işıqlandırır, onu düzgün elmi istiqamətə yönəldir.

Ayrı-ayrı elmlərin fəlsəfi problemlərində hüquq fəlsəfəsinə oxşar cəhətlər olduqca çoxdur. Hüquq fəlsəfəsinin öyrənmə üsulları və metodlarını bütün elmi araşdırmalara tətbiq etmək və ondan istifadə etmək, fəlsəfi tədqiqatların səmərəliliyini artırar və elmlərin fəlsəfə elminin əsas müddəalarına əsaslanaraq inkişaf etməsinə gətirib çıxarar.

Müasir dünyada "Elmin fəlsəfəsi"nin inkişafı onun predmetinin və vəzifələrinin müəyyənləşdirilməsini, bu sahədə qiymətli əsərlərin meydana çıxması, ayrı-ayrı elmlərin fəlsəfəsinin öyrənilməsi üçün şərait yaratdı və mühüm elmi mənbə rolunu oynadı. "Elm fəlsəfəsi" fənninin elmi fənn kimi formalaşması başqa elmlərlə yanaşı olaraq kitabxanaşünaslıq fəlsəfəsinin yaranıb inkişaf etməsinə böyük kömək etdi. Kitabxanaşünaslıq fəlsəfəsini öyrənmək və onu formalaşdırmaq üçün hər şeydən əvvəl terminoloji məsələləri həll etmək qaçılmazdır. Son zamanlar kitabxanaşünas alimlər, mütəxəssislər bu termini müxtəlif formada işlədirlər.

Həmçinin bax

  • Fəlsəfə
  • Elm Tarixi (jurnal)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elmin fəlsəfəsi haqqında məlumat. Elmin fəlsəfəsi nədir? Elmin fəlsəfəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mətlə

  • Fevral 27, 2026

    79 (ədəd)

  • Fevral 27, 2026

    Tyallinq Kupmans

  • Fevral 27, 2026

    Zol-Göyəç

  • Fevral 25, 2026

    Zalsburq

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst