Emil Veniaminoviç Braginski (rus. Эмиль (Эммануэль) Вениаминович Брагинский; 19 noyabr 1921, Moskva – 26 may 1998, Moskva) — ssenarist.
| EMİL BRAGİNSKİ | |
|---|---|
![]() Emil Braginskinin məzarı | |
| Doğum tarixi | |
| Doğum yeri | Moskva, RSFSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Moskva, Rusiya |
| Dəfn yeri | |
| Təhsili |
|
| Fəaliyyəti | ssenarist, dramaturq, nasir |
| Fəaliyyət illəri | 1955-ci ildən |
| Üzvlüyü |
|
| Mükafatları | |
Həyatı
Emil Veniaminoviç Braginski 19 noyabr 1921-ci ildə Moskvada anadan olmuşdur. 1953-cü ildə Moskva hüquq institutunu bitirmişdir. Kinossenarist kimi ilk işi 1955-ci ildə olmuşdur. 1963-cü ildən Emil Braginskinin kinorejissor Eldar Ryazanovla fəaliyyəti başlanır. Bu əməkdaşlığın ilk bəhrəsi 1966-cı ildə ekranlara çıxan "Avtomobildən qorun" filmi olur. Bu filmin uğurundan sonra yaranan "Uğur ziqzaqı", "Qoca quldurlar", "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "Qaraj" kimi filmlər də onların birlikdə işinin nəticəsi idi…
Emil Braginski 26 may 1998-ci ildə vəfat etmişdir.
Filmoqrafiya
- Avtomobildən qorun (film, 1966)
- İtalyanların Rusiyada ağlasığmaz macəraları (film, 1973)
- Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975)
- İşdə məhəbbət macərası (film, 1977)
- Qaraj (film, 1979)
- İki nəfərlik vağzal (film, 1982)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Emil Braginski haqqında məlumat. Emil Braginski nədir? Emil Braginski nə deməkdir?
