Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elturan Vəli oğlu Avalov (20 avqust 1940, Bakı) — azərbaycanlı rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1991), professor (2003). Şərq Ölkələri Beynəlxalq

Elturan Avalov

  • Ana Səhifə
  • Vikipediya
  • Elturan Avalov

Elturan Vəli oğlu Avalov (20 avqust 1940, Bakı) — azərbaycanlı rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1991), professor (2003). Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Elturan Avalov
Doğum tarixi 20 avqust 1940(1940-08-20) (85 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti rəssam, vizual incəsənət rəssamı, memar, qrafika ustası[d], illüstrasiyaçı[d]
Təhsili
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
Janrlar rəssamlıq, qrafika
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Mündəricat

Həyatı və fəaliyyəti

Elturan Avalov 1940-cı ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1973-cü ildə "Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması" mövzusunda dissertasiya yazaraq onu müdafiə edib. Sonradan ərsəyə gətirdiyi "Şuşa" adlı qrafik silsilədə Pənahəli xanın qəsrini, Gəncə qapısını, Qaraböyük xanım sarayını, İbrahim Xəlil xanın sarayını, Xan sarayını, Saatlı məscidi, Mehmandarovların mülkünü, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini, Xurşidbanu Natəvanın tikdirdiyi karvansaranı, Xan qızı bulağını, Molla Pənah Vaqifin məqbərəsini və ümumilikdə 50-ə qədər abidəni tuş-pero texnikası ilə təsvir edib.

"Şuşanın memarlığı" (1977), "Elturan" (1986), "Memarın gözü ilə" (1978) adlı kitabların müəllifidir. 1991-ci ildə Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi adına layiq görülüb. 30-dan çox sərginin iştirakçısıdır. Bakıda (1985, 1994, 2005), Moskvada (1986), Türkiyədə (1999) fərdi sərgiləri keçirilib. 1985-ci ildə Moskvada rəssamın Azərbaycanda professional musiqinin banisi Üzeyir Hacıbəylinin 100 illiyinə həsr olunmuş fərdi sərgisi keçirilib. Ekspozisiyada onun 100 qrafika əsəri nümayiş etdirilib. 2003-cü ildə professor adı verilib. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Təsviri incəsənət" kafedrasının müdiridir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin, FECO-nun Azərbaycan qrupunun üzvüdür. Bundan başqa o, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbaycan Memarlar İttifaqının da üzvüdür.

Azərbaycanın memarlıq və incəsənət tarixinin problemlərinə dair 60-dan çox elmi kitabça və məqalə dərc etdirib, Bakı, Vilnüs, Daşkənd, Kiyev, Moskva, Kazan, Riqa və Strasburqda onun 500-dən çox qrafika əsəri çap olunub.

Azərbaycan klassiklərinin əsərlərinə illüstrasiyalar, xalq mahnılarına qrotesk karikaturalar çəkib. Realistik üslubda işlədiyi "Hacı Murad", "Bəstəkar Fikrət Əmirov", "Sevil", "Neftçilər" portretləri də əsərləri arasında xüsusi seçilir. Bundan başqa Üzeyir Hacıbəylinin "Arşın mal alan" və "O olmasın, bu olsun" operettalarına da rəsmlər çəkib.

2020-ci il oktyabrın 12-də Şuşa qalasının 270 illiyi münasibətilə Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Elturan Avalovun Şuşa ilə bağlı çəkdiyi qrafik silsilənin virtual sərgisi açılıb..

Kitabları

  • "Şuşanın memarlığı" (1977)
  • "Memarın gözü ilə" (1978)
  • "Elturan" (1986)

Ailəsi

Atası Vəli Avalov məhsəti türküdür. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda dərs deyib.

Anası Məhbubə İsmayılova Azərbaycanın əməkdar mühəndisi olub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elturan avalov sözünün mənası, elturan avalov haqqında məlumat. elturan avalov nədir? elturan avalov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    OPEK

  • Fevral 27, 2026

    Kristallar

  • Mart 04, 2026

    Bataviya

  • Fevral 27, 2026

    Taxo çayı

  • Mart 06, 2026

    Mem

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst