Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İerro (isp. El-Hierro) — Kanar adalarında, Atlantik okeanda, Afrika materikinin şimal-şərq sahillərində yerləşən ada. O, adalar qrupunun yeddi böyük adalarından

El Hierro

  • Ana Səhifə
  • Vikipediya
  • El Hierro

İerro (isp. El-Hierro) — Kanar adalarında, Atlantik okeanda, Afrika materikinin şimal-şərq sahillərində yerləşən ada. O, adalar qrupunun yeddi böyük adalarından biri olub ən qərbdə, La Palma adasının cənubunda və La Qomera adasının cənub-qərbində yerləşir.

İerro
El Hierro
Ümumi məlumatlar
Sahəsi
  • 269 km²
Hündür nöqtəsi 1.501 m
Əhalisi
  • 11.806 nəf. (2024)
Yerləşməsi
27°44′ şm. e. 18°03′ q. u.HGYO
Ölkə
  •  İspaniya
İerro xəritədə
İerro
İerro
İerro xəritədə
İerro
İerro
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiya

Kanar adalarının yeddi böyük adasından biri olan İerronun əvvəlki adı Ferro olmuşdur. Belə ki, oykonimin mənası ingilis dilində iron, latın dilində ferrum, portuqal dilində ferro, qalis dilində ferro, fransız dilində fer, ispan dilində hierro kimi səslənən dəmir deməkdir. XVIII əsrdən etibarən adaya portuqlca Ferro, fransızca L'île de Fer, latınca Insula Ferri adları verilmişdir.

Coğrafiya

İerro vulkanik mənşəli adadır. Sahəsi 278 km²–dir. Ən yüksək nöqtəsi Palpaso olub 1.501 metr təşkil edir. Adanın vulkanları aktivdir. Valverdedə olan "Instituto Vulcanológıco de Canarias" seysmik stansiyası 17 iyul 2011-ci il tarixində adada bir sıra zəlzələlər qeydə almışdır. Həmçinin 11 noyabr 2011-ci il tarixdə 4,6 bal gücündə zəlzələ baş verib. Bu barədə İspaniyanın Milli Coğrafiya İnstitutu məlumat yayıb. Zəlzələ nəticəsində adanın mərkəzi avtomobil yolu dağılıb. Zəlzələnin ocağı 17–24 km dərinliyində aşkarlanıb. Bu, iyulun əvvəlindən qeydə alınmış ən güclü yeraltı təkan kimi qeydə alınıb.

Kanar adaları

İnzibati quruluş və əhali

İerro İspaniyanın Kanar adaları Muxtar Birliyinə aid Santa-Kruz da Tenerife əyalətinin bir hissəsidir. Mərkəzi Valverde şəhəridir. Ada əhalisi 2010-cu ilin məlumatına görə 10 960 nəfərdir ki, bunun 5 035 nəfəri ada mərkəzində yaşayır. Valverdedə "Cabildo da El Hierro" (İerro Məclisi) yerli idarəsi var. Adada 3 bələdiyyə fəaliyyət göstərir: La-Frontera, El-Pinar, Valverde.

Bütün Kanar adaları olduğu kimi İerro adası da turistləri cəlb edən turizm mərkəzidir.

İerro bayrağı İerro gerbi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, El Hierro haqqında məlumat. El Hierro nədir? El Hierro nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şah məscidi

  • Fevral 27, 2026

    Konklav

  • Fevral 27, 2026

    Covanni Qronki

  • Fevral 27, 2026

    Axullu

  • Fevral 27, 2026

    Vidin vilayəti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst