Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsa Həsən oğlu Musayev (27 noyabr 1912, Naxçıvan – 8 fevral 1976, Naxçıvan) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1960).

İsa Musayev

  • Ana Səhifə
  • Vikipediya
  • İsa Musayev

İsa Həsən oğlu Musayev (27 noyabr 1912, Naxçıvan – 8 fevral 1976, Naxçıvan) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1960).

İsa Musayev
Doğum tarixi 27 noyabr 1912
Doğum yeri Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 8 fevral 1976 (63 yaşında)
Vəfat yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Fəaliyyəti teatr aktyoru və rejissoru
Fəaliyyət illəri 1929–1976
Təhsili Bakı Teatr Məktəbi
Amplua dram, faciə, komediya
Teatr Naxçıvan Dövlət Musiqili Dram Teatrı,
Quba Dövlət Dram Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19601960 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
"Şərəf nişanı" ordeni

Mündəricat

Həyat və yaradıcılığı

İsa Musayev 27 noyabr (bəzi mənbələrə görə 25 dekabr) 1912-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Yeddinci sinfi bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olmuş, lakin 1927-ci ildə təhsilini yarımçıq qoyaraq Bakıya gəlmiş, burada Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsil almışdır. Təhsilini bitirdikdən sonra yenidən Naxçıvana qayıtmış və teatrda aktyorluq fəaliyyətinə başlamışdır.

İsa Musayev teatrda ilk dəfə Səməd Mövləvinin rejissorluğu ilə hazırlanmış "Sabirin məhkəməsi" pyesində Sabir obrazını yaratmışdır. 1930–1940 və 1943–1976-cı illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktyorlarından olmuşdur. O, 1940–1943-cü illərdə təyinatla Abbasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında aktyor və rejissor işləmişdir.

İsa Musayev 1942-ci ildən ÜİK(b)P üzvü olmuş, 1943-cü ildən Naxçıvan MSSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi işləmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir.

Peşəkar aktyorluq fəaliyyəti dövründə dramatik, faciə, həm də komediya rollarının ifaçısı kimi tanınan İsa Musayev 8 fevral 1976-cı ildə Naxçıvanda vəfat etmişdir.

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 24 may 1960[⇨]
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943[⇨]
  • "Naxçıvan MSSR əməkdar artisti" fəxri adı
  • "Şərəf nişanı" ordeni

İfa etdiyi əsas rollar

  • "Hacı Qara", Mirzə Fətəli Axundov — Hacı Qara
  • "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundov — Məstəli şah
  • "Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov — Fəxrəddin
  • "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev — Qurban
  • "Nadir şah", Nəriman Nərimanov — Nadir şah
  • "Ölülər", Cəlil Məmmədquluzadə — İsgəndər
  • "Eşq və intiqam", Süleyman Sani Axundov — Çingiz və Əlimərdan
  • "Fitnə", Abdulla Şaiq — Bəhram şah
  • "Vətən", Abdulla Şaiq — Bilici baba
  • "Sevil", Cəfər Cabbarlı — Balaş
  • "Od gəlini", Cəfər Cabbarlı — Elxan
  • "Aydın", Cəfər Cabbarlı — Aydın
  • "Oqtay Eloğlu", Cəfər Cabbarlı — Oqtay
  • "Şeyx Sənan", Hüseyn Cavid — Şeyx Sənan
  • "Səyavuş", Hüseyn Cavid — Səyavuş
  • "Vaqif", Səməd Vurğun — Vaqif
  • "Xosrov və Şirin", Səməd Vurğun — Fərhad
  • "Qatır Məmməd", Zeynal Xəlil — Qatır Məmməd
  • "Atayevlər ailəsi", İlyas Əfəndiyev — Xostov Atayev
  • "Həyat", Mirzə İbrahimov — Süleyman
  • "Çiçəkli dağ", Məmmədhüseyn Təhmasib — Həkim
  • "Yağışdan sonra", Bəxtiyar Vahabzadə — Qədim bəy

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsa Musayev haqqında məlumat. İsa Musayev nədir? İsa Musayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Anadolu yaylası

  • Fevral 27, 2026

    Beyin xərçəngi

  • Fevral 28, 2026

    Chlamydomonadales

  • Fevral 27, 2026

    Vidadi Həsənov

  • Fevral 27, 2026

    Delfin

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst