Aharon Katsir-Kaçalski (ivr. אהרן קציר; 15 sentyabr 1913, Lodz, Varşava general-qubernatorluğu[d] – 30 may 1972, Ben-Qurion Beynəlxalq Hava Limanı, Mərkəz dairəsi) — biopolimerlərin elektrokimyası üzrə tədqiqat aparan ilk İsrail alimi. 1972-ci ildə Lod Hava Limanında qırğın zamanı həlak olub.
| Aharon Katsir | |
|---|---|
| ivr. אהרון קציר | |
| |
| Doğum adı | Aharon Katchalsky |
| Doğum tarixi | 15 sentyabr 1913 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 30 may 1972 (58 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Elm sahəsi | fiziki kimya |
| Elmi dərəcəsi | |
| İş yerləri |
|
| Təhsili |
|
| Üzvlüyü |
|
| Mükafatları | |
Həyatı
1914-cü ildə Polşanın Lodz şəhərində anadan olan Aharon Katsir 1925-ci ildə Fələstinə köçür. Burada Yerusəlim Yəhudi Universitetində təhsil alır və ivrit dilində Katsir soyadını götürür. Rexovotda Veysman Elmi İnstitutunun, eləcə də Berkli Kaliforniya Universitetinin tibbi fizika və biofizika departamentinin əməkdaşı kimi fəaliyyət göstərir.
1972-ci ildə Ben-Qurion Hava Limanında 26 nəfərin ölümü, 80 nəfərin yaralanması ilə nəticələnmiş terror aktında həlak olur.
Kiçik qardaşı Efrayim Katsir 1973-cü ildə İsrail Prezidenti seçilmişdir.
Mükafatları və xatirəsi
- 1961-ci ildə tələbəsi Ora Kedem ilə birlikdə İsrail Mükafatına (təbiət elmləri üzrə) layiq görülmüşdür.
- İsrail dövləti Katsirin xatirəsinə poçt markası buraxmışdır.
- Ayda Kaçalski krateri onun şərəfinə adlandırılmışdır.
- Veysman Elmi İnstitutundakı mərkəz Aharon Katsirin adını daşıyır.
- İsrailin Müdafiə Nazirliyinin təsis etdiyi təqaüd proqramı Katsirin adını daşıyır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aharon Katsir haqqında məlumat. Aharon Katsir nədir? Aharon Katsir nə deməkdir?
