Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mühasirə — uzun müddət davam edən hərbi əməliyyat; daha çox şəhər, yaxud qalaların hərbi blokada formasıdır. Mühasirə zamanı mühasirə edilən obyekt mühasirə edə

Mühasirə

  • Ana Səhifə
  • Vikipediya
  • Mühasirə

Mühasirə — uzun müddət davam edən hərbi əməliyyat; daha çox şəhər, yaxud qalaların hərbi blokada formasıdır. Mühasirə zamanı mühasirə edilən obyekt mühasirə edənlər (silahlı qüvvələr, əsgərlər və s.) tərəfindən üzük qaşı kimi əhatəyə alınır. Azərbaycan ədəbiyyatında çox vaxt "mühasirə" sözü "hərbi blokada" ifadəsinin sinonimi kimi işlədilir. Məsələn, A.Çakovskinin Leninqradın blokadasından bəhs etdiyi məşhur rus. "Блокада"" romanı azərbaycan dilinə "Mühasirə" adı ilə tərcümə olunmuşdur.

  • Azərbaycan Sovet Ensiklopediyasında mühasirə haqqında yalnız bunlar yazılmışdır:
" “ MÜHASİRƏ (hərbidə) – düşmənin (rəqibin) müəyyən qruplaşmasını məhv etmək və ya əsir almaq məqsədi ilə onun digər qoşunlardan təcrid edilməsi. Mühasirə geri çəkilən rəqibi təqib etdikdə, əks-hələ və əks-zərbə vurduqda, yaxud sahilboyu əməliyyatlarda həyata keçirilə bilər. Əlverilişli şəraitdə qüvvələrin bərabər olduğu təqdirdə mühasirə mümkündür. Bax həmçinin Hərbi blokada”. "
  • "Azərbaycan dilinin izahlı lüğəti"ndə (1983) isə "mühasirə" sözü belə izah edilir:
" “ MÜHASİRƏ, isim, (ərəb mənşəli söz). Hər tərəfdən əhatə olunma, araya alınma; dövrələnmə. Düşmənin mühasirəsini yarmaq. mühasirədən çıxmaq.”
    • Mühasirə etmək– hər tərəfdən əhatə etmək, dövrələmək, araya alıb başqaları ilə əlaqəsini kəsmək. Hadisədən yarım saat keçmədən Atabəy sarayını Azərbaycan qoşunları mühasirə etdi, M.S.Ordubadi.

Düşmənlər duyuq düşüb aldılar üstümüzü;
Etdilər mühasirə dörd yandan kəndimizi. S.Rüstəm.

    • Mühasirəyə almaq− b a x mühasirə etmək. Düşmən qoşununu mühasirəyə almaq. – (Tərlan:) Bilmirəm haradasa almanlar bizim üç alayı mühasirəyə alıb top atəşinə tütmuşdular. H.Seyidbəyli”.
"

Həmçinin bax

  • Hərbi blokada
  • Kobani blokadası;
  • Leninqradın mühasirəsi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mühasirə haqqında məlumat. Mühasirə nədir? Mühasirə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Sünnə

  • Fevral 23, 2026

    Kirmanşah ostanı

  • Fevral 23, 2026

    Qarabağ müharibəsi

  • Fevral 25, 2026

    22 aprel

  • Fevral 24, 2026

    Mürəkkəb ədəd

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst