Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dəmirçidam — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dəmirçidam kənd inzibati ərazi dairəsində kənd.

Dəmirçidam

  • Ana Səhifə
  • Vikipediya
  • Dəmirçidam

Dəmirçidam — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dəmirçidam kənd inzibati ərazi dairəsində kənd.

Dəmirçidam
40°13′15″ şm. e. 46°04′23″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Dəmirçidam xəritədə
Dəmirçidam
Dəmirçidam

Azərbaycanlı şair və aşıq, Aşıq Şəmşir də əslən Dəmirçidamlıdır.

Mündəricat

Coğrafiyası

Kənd Kəlbəcər rayonunun mərkəzindən 28 km şimalda yerləşir. Ən yaxın qonşu kəndlər qərbdə Seyidlər və şimalda Cəmillidir.

Yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Gədəbəy rayonunun Şınıx kəndindən gəlmiş ailələr keçmiş dəmirçi damının (dəmirçixananın) yanında saldıqları üçün belə adlandırılmışdır. Köç yolunun kənarında yerləşən dəmirçixanada dəmirçilər yaylağa qalxan və qışlağa qayıdan elatlara mövsümi xidmət göstərirdilər.

Tarixi

Dəmirçidam kəndi XIX əsrin əvvəllərində indiki Gədəbəy rayonunun Şınıx bölgəsindən olan insanlar tərəfindən salınmışdır. Daha sonra indiki Kəlbəcər rayonunun Ağdaban və Çayqovuşan kəndləri Dəmirçidamdan köçən insanlar tərəfindən təsis edilmişdir.

1933-cü ildə Azərbaycan SSR-in Milli İqtisadiyyat Uçotu İdarəsi tərəfindən hazırlanmış "AzSSR-in inzibati bölgüsü" nəşrinin materiallarına əsasən, 1 yanvar 1933-cü il tarixinə Dəmirçidam Azərbaycan SSR-in Kəlbəcər rayonunun Seyidlər kənd sovetinin kəndlərindən biri idi. Kənddə 256 nəfər əhali (50 təsərrüfat, 110 kişi və 146 qadın) yaşayırdı. Seyidlər kənd sovetinə daxil olan digər yaşayış məntəqələri (Babaşlar, Çaxlı, Camıllı, Lev, Ganlıkənd, Seyidlər – mərkəz, Təkəkaya) ilə birlikdə əhalinin milli tərkibi 99,7% türk (azərbaycanlı) idi.

1960-cı illərin məlumatına görə, Dəmirçidam kəndində Azərbaycanlıların etnoqrafik qrupu olan ayrımlar yaşayırdı.

Qarabağ münaqişəsi zamanı kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.

Kənd işğal edilməzdən əvvəl əhalinin əsas məşğuliyyətləri maldarlıq, arıçılıq və tütünçülük idi. Kənddə orta məktəb, uşaq bağçası, klub, kitabxana, mədəniyyət mərkəzi və tibb məntəqəsi kimi infrastrukturlar mövcud idi.

2020-ci il 9–10 noyabr gecəsi İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış Üçtərəfli Bəyanata görə, kənd Azərbaycanın nəzarətinə qaytarılmışdır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dəmirçidam haqqında məlumat. Dəmirçidam nədir? Dəmirçidam nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Punktuasiya

  • Fevral 27, 2026

    Rubiaceae

  • Fevral 27, 2026

    Vidadi Nərimanbəyov

  • Fevral 14, 2026

    Ekvador

  • Fevral 27, 2026

    Pənahi Makulu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst