Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (13 iyul 1926, Kann – 13 dekabr 2001, Bakı) — Azərbaycan SSR xalq rəssamı.

Vidadi Nərimanbəyov

  • Ana Səhifə
  • Vikipediya
  • Vidadi Nərimanbəyov

Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (13 iyul 1926, Kann – 13 dekabr 2001, Bakı) — Azərbaycan SSR xalq rəssamı.

Vidadi Nərimanbəyov
Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov
Doğum tarixi 13 iyul 1926(1926-07-13)
Doğum yeri
  • Kann
Vəfat tarixi 13 dekabr 2001(2001-12-13) (75 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Fransa Fransa
Azərbaycan Azərbaycan
Atası Fərman bəy Nərimanbəyli
Fəaliyyəti rəssam
Təhsili
  • Tbilisi Dövlət Rəssamlıq Akademiyası
Janr portret
Mükafatları "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 19821982 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 19771977
"Şöhrət" ordeni — 20012001 "Şərəf nişanı" ordeni

Mündəricat

Həyatı

Vidadi Yaqub-Fərman oğlu 1926-cı ildə Fransanın Kann şəhərində dünyaya göz açmışdı. İlk addımlarını da qürbət ölkədə atmışdı. Valideynləri qəriblikdə çox qala bilməyib doğma vətənə qayıtdılar. İkinci Dünya müharibəsi bu ailənin də həyatına təsir etdi. Qorxu, səksəkə yeniyetmə Vidadinin dincliyini, rahatlığını aldı. Dövrün amansızlıqlarına qarşı nifrətini kağız üzərində "Nədir günahımız?" adlı ilk əsərində təsvir etdi. İllər ötüb keçdi. Müharibə əzabları tədricən unuduldu. Vidadi də yaradıcılıq həvəsi ilə düşündü, axtarışlar apardı, eskizlər etdi. Ə. Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib V. Muxin adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində, sonra isə Tbilisi Rəssamlıq Akademiyasında təhsil aldı.

Vidadi bəy 2001-ci ildə vəfat edib.

Yaradıcılığı

V. Nərimanbəyov tələbə ikən "Düşmənin sevinci…" tablosu ilə şöhrət qazandı. Gənc rəssam həmin əsərdə qəribə mənzərə təsvir etmişdi.

Açıq səmanın, Günəşin fonunda qara bulud layları təsvir olunub. Tablonun önündə iki insan obrazı görünür. Onlardan biri yağış, digəri quraqlıq arzulayır. Bu mənzərə o qədər inandırıcı, bədii, gələcəyə inam, ümid həvəsi ilə işlənib ki, seyrçilər əsərə yaradıcı əməyin məhsulu kimi yox, həyat həqiqətinin rəmzi tək baxır, müəllifin fikrini asanlıqla dərk edirlər. Vidadi Nərimanbəyov 1963-cü ildə "Yolda" monumental, irihəcmli tablosu ilə şöhrət qazandı. Əsərin süjeti, kompozisiya quruluşu sadədir, lakin diqqətlə baxanda dərin məntiqi insanı düşünməyə vadar edir. Müəllif az ştrixlə mövzunu açmağa nail olub. Əsər R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi eksponatıdır.

Sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfov görkəmli fırça ustasının yaradıcılığına həsr etdiyi məqalədə vurğulayıb: "Vidadi olduqca səmimi insan, mehriban, qayğıkeş dostdur. Onun sevilməsinin, tanınmasının iki əsas cəhəti var: həddindən artıq zəhmətkeş və işinə məsuliyyətlidir. Bir dəfə də olsun molbert önündə könülsüz dayanmayıb, əlinə fırça almayıb. Axtarıb, arayıb, hələ işıq üzü görməyən əsərini xəyalında canlandırıb. Bəyənibsə, onu kətan üzərində əbədiləşdirib. Rəssamın bütün əsərlərinin mövzusu halal əmək, vətənsevərlik, sadəlik və səmimiyyətdir. Doğrudur, Vidadi Nərimanbəyov təbiəti sevir, ilin fəsillərinə həsr etdiyi mənzərələri var. Lakin insan qüruru, gələcəyə inam onun əsərlərinin əsas qayəsini təşkil edir". 1977-ci ilin payızında V. Səmədova adına sərgi salonunda Vidadinin fərdi sərgisi açılmışdı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev sərgiyə baxmağa gəlmişdi. Səhəri gün qəzetlərdə Vidadi Nərimanbəyovun əməkdar rəssam fəxri adına layiq görülməsi barədə məlumat dərc olundu.

V. Nərimanbəyovun əsərlərinin əsas qəhrəmanı insandır. Tablolarda onların müxtəlif anları, ovqatları əbədiləşib. Çöhrələrindən gah sevinc, fərəh, gah da məyusluq, kədər duyulur. "Xatirələr" əsərində tamaşaçıda gərginlik, həyəcan oyadan elementlər yetərincədir… Ömür-gün yoldaşını cəbhəyə yola salan qadın intizardan incəlib. Küskün, incik günlər yaşayır. Tez-tez atasının nə vaxt qayıdacağını soruşan balasına nə cavab versin, bilmir. Ananın gözləri, baxışları həyat yoldaşının getdiyi yollara zillənib. Rəssam bu nisgili olduqca inandırıcı, bədii, yaddaqalan nüanslarla işləyib, müharibələrə nifrət oyada bilib. Əsər yarandığı gündən dünyanın 107 ölkəsinin sərgi salonlarında uğurla nümayiş etdirilib.

Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstanda, Çexiyada, Bolqarıstanda, Rumıniyada, Əlcəzairdə, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi olmuşdur. Dinindən, dilindən, irqindən asılı olmayaraq, qədirbilən sənətsevərlər fırça ustasının yaradıcılığından mənəvi zövq almış, əsərlərinin hər birini yüksək qiymətləndirmişdilər.

Görkəmli təsviri sənət ustası fəal çalışır, bir-birindən baxımlı mənzərələr, obrazlar yaradırdı. 20 Yanvara həsr etdiyi "Qatillər" tablosu dünyanın bütün sərgi salonlarında nümayiş etdirilmiş, qəddar sovet rejiminə qarşı nifrət oyatmışdı. Milli dəyərləri daim uca tutan rəssam quduzlaşan ermənilərin ümumiləşmiş obrazını yaratmışdı.

Mükafatları

  • Azərbaycan SSR əməkdar rəssamı — 05.12.1977
  • Azərbaycan SSR xalq rəssamı — 01.12.1982
  • "Şöhrət" ordeni — 2001

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vidadi Nərimanbəyov haqqında məlumat. Vidadi Nərimanbəyov nədir? Vidadi Nərimanbəyov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Patriar

  • Fevral 27, 2026

    Mahathir Məhəmməd

  • Fevral 27, 2026

    Aleksandriya (Peterhof)

  • Fevral 28, 2026

    Sarı Tağı

  • Fevral 27, 2026

    Sığorta müqaviləsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst