Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Durban (afrik. Durban, Dyurban; ing. Durban; zulu eThekwini) — CAR-ın Yohannesburq və Keyptaundan sonra üçüncü ən böyük əhalisi olan şəhəri, turizm mərkəzi.

Durban

  • Ana Səhifə
  • Vikipediya
  • Durban

Durban (afrik. Durban, Dyurban; ing. Durban; zulu eThekwini) — CAR-ın Yohannesburq və Keyptaundan sonra üçüncü ən böyük əhalisi olan şəhəri, turizm mərkəzi.

Durban
Bayraq Gerb
Bayraq Gerb
29°51′30″ c. e. 31°01′30″ ş. u.HGYO
Ölkə
  •  CAR
Tarixi və coğrafiyası
Əsası qoyulub 1835
Sahəsi
  • 225,91 km²
Mərkəzin hündürlüyü 22 m
Saat qurşağı
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 595.061 nəf. (2011)
Rəqəmsal identifikatorlar
Telefon kodu +27 31
Poçt indeksi 4001, 4000
Digər
durban.gov.za
Durban xəritədə
Durban
Durban
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Arxeoloji tapıntılar göstərir ki, yüz min il bundan əvvəl mövcud Durban ətrafı koysan xalqlarına məxsus olan kiçik ovçular və yığıcılar tərəfindən məskunlaşmışdı. Bizim eranın ikinci minilliyin əvvəlində onlar şimaldan köç edən bantu tayfaları tərəfindən tamamilə məhv edildi.

İngilis fəhlələri Durbanda

1497-ci ildə Portuqaliya bir ekspedisiya bu yerləri ziyarət edərək, Vasko da Qamanın başçılığı altında Avropadan Hindistana bir dəniz yoluaxtarırdı. O, bu ərazini portuqalca "Natal" yəni "Milad" adlandırmışdır.

1824-cü ildə ilk dəfə "ağ əhali", yəni leytenant Frensis Faruell başçılıq etdiyi 25 ingilis Natal Körfəzinin şimal sahilində düşərgə saldılar. Müharibənin başlanğıcında Zulu qəbilələri tərəfindən məhv edilmək təhlükəsi altında idi, lakin sonra Faruell peyklərindən biri olan Henri Finnə göndərdi, Zulu başçısı Çukça döyüşdə aldığı yarasını müalicə etməklə yoldaşlıq edə bildi. 23 iyun 1835-ci ildə daha 35 kolonist buraya gəlib rəsmi olaraq burada məskunlaşdı.

1838-ci ildə burlar və zulular arasında Durban yaxınlığında münaqişə başladı, kolonistlərin afrikalılar ilə münasibətləri pisləşdi və bu, kolonistlərin getməsi ilə şəhərin boşaldılmasına gətirib çıxardı.

Əhalisi

Əhalinin 68,3% -i qara dərililər, təxminən 20% -i şəkər plantasiyalarındam işləyən ingilis dilli nəsildən olan hindlilər, 9% -i ağ dərililər, 2,8% -i isə "müxtəlif rənglilər"dir. Ən geniş yayılmış dillər zulu dili (63,04%), 30% ingilis dili 3,4% xosa dili, 1,4% isə afrikaans dilidir. Əhalinin 68%-i xristian, 11% hinduist, 3% isə müsəlmandır.

Durban gənc şəhərdir (əhalinin yalnız 2,4%-i 65 yaşdan yuxarı, 48,9% -i isə 24 yaşlı gənclərdir). İşsizlərin sayı 27,9% -dir. Şəhərdə nisbətən yüksək təhsil səviyyəsinə malik iki universitet var.

Coğrafiyası və iqlimi

Şəhərin və şəhərətrafı ərazilərin əksəriyyəti kifayət qədər yüksək (700 metrədək) və dik təpələrdən ibarətdir, düz sahələr yalnız sahildədir.

Durban, uzun, isti və yağışlı bir yay, qısa və isti qış ilə subtropik okean iqlim zonasında yerləşir. Şaxta çox nadir hallarda və yalnız şəhərin qərb təpə hissəsində baş verir.

İqtisadiyyat

Durban aqlomerasiyası güclü sənaye, turizm, nəqliyyat və maliyyə sektorları ilə inkişaf etmiş şaxələndirilmiş iqtisadiyyata malikdir. Sahil yerləri və böyük liman şəhərə ölkənin daxili yerlərində yerləşən Cənubi Afrika (Yohannesburq, Pretoriya və Blumfonteyn) iqtisadi mərkəzlərindən üstünlük verir. Bölgədəki turizmin inkişafı üçün subtropik iqlim, isti dəniz hövzəsi və əhalinin mədəni müxtəlifliyi də üstünlük təşkil edir.

Nəqliyyat

Durban hava limanı

Şəhər, 4.7 milyondan çox sərnişin dövriyyəsi (2012) olan, kral Çaki adına Beynəlxalq Hava Limanı mərkəzindən 35 kilometr şimalında yerləşən şəhərdə xidmət göstərir. 2010-cu ildə açılan aeroportdan Cənubi Afrikanın bütün böyük şəhərlərinə, həmçinin Dubay, Maputu, Lusaka, Harare və Mavrikiyə beynəlxalq reyslər var. 2014-cü ildə, daha əvvəl köhnə Durban hava limanından fəaliyyət göstərən London, Sinqapur və Mumbaya uçuşların bərpa edilməsi planlaşdırılır.

İdman

Ən nüfuzlu marafonlardan biri — The Comrades (Yoldaşlar), hər il Durbanda keçirilir. 2010 FİFA Dünya Kubokunun bir çox oyunları şəhərin "Mozes Mabida" stadionunda keçirilmişdir.

Vətəndaş cəmiyyəti

Durbanda yerləşən bir sıra görkəmli qeyri-hökumət təşkilatları var. Bunlara: Abahlali basemjondolo, Diakonia Kilsələr Şurası, Right Know Kampaniyası, Cənubi Durban İcma Ekoloji Alyansı və Cənubi Afrikalı İşsiz Xalqlar Hərəkatı daxildir. 1892-ci ildə Durban İncəsənət Qalereyası yaradılmışdır.

Qardaşlaşmış şəhərlər

Durban aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhərdir:

  • Çikaqo, İllinoys, ABŞ ABŞ (1997)
  • Bremen, Almaniya Almaniya
  • İsgəndəriyyə, Misir Misir
  • Antverpen, Belçika Belçika
  • Kvanju, Cənubi Koreya Cənubi Koreya
  • Bulavayo, Zimbabve Zimbabve
  • Eylat, İsrail İsrail
  • Quançjou, Çin ÇXR
  • Le Port, Reyunyon
  • Lids,  Böyük Britaniya
  • Maputu, Mozambik Mozambik
  • Nant, Fransa Fransa
  • Nyu-Orlean, Luiziana, ABŞ ABŞ
  • Oran, Əlcəzair Əlcəzair
  • Rotterdam, Niderland Niderland

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Durban haqqında məlumat. Durban nədir? Durban nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Bəylərbəyi

  • Fevral 23, 2026

    Bax

  • Fevral 23, 2026

    Anadolu

  • Fevral 24, 2026

    Qibti dili

  • Fevral 24, 2026

    Fallo tetradası

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst