Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fallo tetradası — tez-tez rast gəlinən göy tip – sianotik anadangəlmə ürək qüsuru olub, patanatomiyası Mədəciklərarası çəpərin qüsuru, ağciyər arteriyasının dar

Fallo tetradası

  • Ana Səhifə
  • Vikipediya
  • Fallo tetradası

Fallo tetradası — tez-tez rast gəlinən göy tip – sianotik anadangəlmə ürək qüsuru olub, patanatomiyası Mədəciklərarası çəpərin qüsuru, ağciyər arteriyasının daralması – stenozu, sağ mədəcik çıxacağının obstruksiyası: infundibulyar (25%), valvular (15%) və ya qarışıq (60%) sağ mədəciyin hipertrofiyası və aortanın dekstrapozisiyası – sağa yerdəyişməsi əlamətlərilə səciyyələnir.

XBT-10 təsnifatı
Fallo tetradasının morfoloji qurluşunun təsviri
Fallo tetradasının morfoloji qurluşunun təsviri

Fallo tetradasının morfoloji qurluşunun təsviri
A ağciyər arteriyasının daralmasıB aortanın sağ vəziyyəti- dekstrapozisiyasıC Mədəciklərarası çəpərin qüsuru D sağ mədəciyin hipertrofiyası və ya əzələsinin qalınlaşması
A ağciyər arteriyasının daralması
B aortanın sağ vəziyyəti- dekstrapozisiyası
C Mədəciklərarası çəpərin qüsuru
D sağ mədəciyin hipertrofiyası və ya əzələsinin qalınlaşması

A ağciyər arteriyasının daralması
B aortanın sağ vəziyyəti- dekstrapozisiyası
C Mədəciklərarası çəpərin qüsuru
D sağ mədəciyin hipertrofiyası və ya əzələsinin qalınlaşması
Q21.3Fallo tetradası
Mədəciklərarası çəpərin qüsuru və ağciyər arteriyasının daralması, aortanın sağ vəziyyəti- dekstrapozisiyası və sağ mədəciyin hipertrofiyası və ya əzələsinin qalınlaşması
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası)
Etyen-Lui Fallo

Mündəricat

Tarix

1846 İngilis həkimi Tomas Pikok (Thomas Bevill Peacock) xəstənin – anadan olduqdan 3 ay sonra sianoz simptomları büruzə verən 2 il 5 aylıq uşağın atopsiyası zamanı yazırdı: "Bu halda mədəciklərarası çəpərin qüsuru ilə yanaşı ağciyər arteriyasının nəzərə çarpacaq dərəcədə daralması və aortanın qismən sağ mədəciyə doğru yerdəyişməsi müşahidə olunur."
1888 Fransız həkimi Etyen-Lui Fallo (Etienne-Louis Fallot) ilk dəfə "göyərmə xəstəliyinin" izahını vermişdir. O, qeyd edirdi ki, bu xəstəliyə diaqnozu xəstənin ölümündən sonra yarılması zamanı müəyyən edilmiş 4 anatomik qüsur komponentləri əsnasında qoymaq olar.
1944 Amerika cərrahı Alfred Blelok (Alfred Blalock) kardioloq Helen Bruk Taussiqlə əməkdaşlıq edərək dünyada ilk dəfə olaraq tetrada fallo diaqnozlu 15 aylıq qız uşağı üzərində müvəffəqiyyətlə əməliyyat apararaq sol körpücükaltı arteriyanı sol ağ ciyər arteriyasına tikərək birləşdirmişdir. Bu anastomozun köməyilə col mədəcikdən venoz qarışıqlı qan kiçik qan dövranına ötürülmüş olur. Bu əməliyyat sonralar Blelok-Taussiq anastomozu adlandırılmışdır.
1962 Alman həkimi Klinner sol körpücükaltı arteriyası ilə sol ağ ciyər arteriyası arsına protez damar qoyulmasını təklif edərək onu təkmilləşdirmişdir. Sonralar bu əməliyyat təkmilləşdirilmiş Blelok-Taussiq anastomozu adlandırılmışdır.

Patafiziologiyası

Əsas çatmamazlıq ağciyər arteriyasının daralması nəticəsində ağciyərlərə gələn qanın miqdarının azalması və sağ-sol şuntun hesabına meydana çıxır. Venoz qan sağ mədəcikdən ağciyər arteriyasından yan keçməklə bir başa mədəciklərarası çəpərin qüsurundan və ya mədəciklərarası dəlikdən sol mədəciyə daxil olaraq oradan aorta sisteminə – böyük qan dövranına daxil olması hipoksemiyaya (oksigen azlığı)na, mərkəzi sianoza sabəb olur.

Ağciyərlərin qan təchizatı bir sıra faktorlardan asılıdır:

  • sağ mədəcik çıxacağının obstruksiya dərəcəsindən,
  • sağ mədəcik daxili təzyiqdən ,
  • periferik qan damarlarının müqavimətindən.

Sağ mədəciyin işi artmış olduğundan onun əzələ qatı qalınlaşır – hipertrofiyalaşır: sağ mədəcik çıxacağının obstruksiyası – daralması və sağ-sol şuntu getdikcə artır. Nəticə etibarilə ağciyərlərə gələn qanın azalması bronxial və aortapulmonal kollateral damarların inkişafına səbəb olur.

Diaqnostikası

Fallo tetradası "göy tip"
Fallo tetradası: çəkmə şəkilli ürək rentgenoloji müayinə, "holland başmağı"
Fallo tetradası: əl barmaqlar formasını dəyişərək baraban çubuğu formasını alır

Sianoz – göyərmə fallo tetradasının əsas əlamətidir. Lakin bu əlamət gizlin qalaraq özünü göstərməyə də bilər. Belə ki, ağciyər arteriyasının daralma və aortanın yerdəyişmə dərəcəsindən asılı olaraq fallo tetradası sianozsuz – "ağ tip" və sanozlu – "göy tip" klinik formalarına bölünür. Digər əlamətlər əsasən 1 yaşınadək get-gedə artan sianoz əlamətləri, çəki artımının olmaması və yüngül iş gərginliyinə dözümsüzlükdən ibarətdir. Bu əlamətlər əsasən 2–5 yaşlarında öz kritik həddinə çatır və göyərmə tutmaların tezliyi artmış olur. Sonraki dövrlərdə əl barmaqlar formasını dəyişərək baraban çubuğu formasını alır.

Labarator müayinə:
Arterial qanda oksigenin parsial təzyiqi (PaO2) 15 mm Hg qədər olur. Arterial qanın oksigenlə zənginlik dərəcəsi (SaO2) 25% qədər düşmüş olur. Kompensator olaraq Hematokrit (Ht) 60–70%-ə qalxmış olur. Hemoqlobinin yöksək olması isə hipoksiyaya qarşı kompensator olaraq yetişməmiş yəni eritropoyez prosesi tamamlanmadan nüvəli eritrositlərin qan sisteminə daxil olmasıdır. Bu da kəmiyyət baxımından hemoqlobin göstəricisinin yüksək olmasına səbəb olur.
Adətən qan sistemində nüvəli eritrositlər soyuqqanlı heyvanlarda xüsusən suda-quruda yaşayanlarda təsadüf edilir.
Qanın plazma hissəsinin azalması onda olan laxtalanma faktorlarının da azalmasına gətirib çıxartmış olur ki, bu da öz növbəsində qanın laxtalanma keyfiyyətini aşağı salmış olur.

EKQ müayinəsi:
Ürəyin sağ şöbəsinin böyüməsi və onun sağa yerdəyişməsi müəyyən olunur.
Döş qəfəsinin rengenoloji müayinəsi:
Sağ mədəciyin hipertrofiyası, ağciyərlərin damar sisteminin intensivliyinin zəif olması, ürəyin corab və ya taxta holland çəkmşsi, ya ayaqqabısı formasında görünməsi.
Ürəyin invaziv kateter müayinəsi:
Sağ mədəcik və sistem təzyiqlərinin bərabərləşməsi, ağciyər arteriyasının təzyiqinin normal və ya normadan az olması, Sol mədəcikdə qanın oksigen zənginliyinin kəskin aşağı olması müəyyən edilir. Angioqrammada kontras maddənin köməyilə mədəciklərarası çəpərin qüsurundan sağdan sola axını (şunt); ağciyər kötüyünün və arteriyalarının daralmış görüntülərini izləmək mümkündür.

Cərrahi müalicəsi

Radikal korreksiya (sxem)

Xəstəliyin yeganə müalicəsi cərrahi yolladır. Cərrahi müdaxilə bir və iki mərhələli ola bilər. Bir mərhələli əməliyyat tam və ya radikal korreksiya olub, açıq ürəkdə süni qan dövranı və hipotermiya şəraitində aparılır. Bu zaman bütün qüsurlar, əsasən ağciyər arteriyasının daralmış hissəsinə və mədəciklərarası çəpərin qüsuruna perikard vasitəsilə yamaq qoyularaq radikal konstruksiya aparılmaqla aradan qaldırılır, eyni zamanda sağ mədəciyin qalınlaşmış – hipertrofiyalaşmış hissəsi kəsilib götürülür. İki mərhələli müdaxilə zamanı birinci mərhələ poliativ xarakter daşıyır. Bu zaman güsurlar olduğu kimi qalır amma kiçik və böyük qan dövranı sistemləri arasında körpü (şunt) və ya anastamoz qoyulur ki, burada məqsəd qarışıq qanın ağciyərlərdən keçirməklə təkrari oksigenasiyanı təmin etmək və arterial sistemdən daxil olan yüksək təzyiqli qanın cərəyanının hesabına ağciyər arteriyasının divarının elasikliyini artırmaqla bir qədər genişlənməsinə sərait yaratmaqdır. Poliativ əməliyyatdan sonra göyərmə tutmaları, tənginəfəslik halları aradan qalxır, uşağın çəkisi artır, işgötürmə qabiliyyəti bir qədər yaxşılaşmış olur. Lakin çəki və orqanizmin təlabatı artdıqca simptomlar təzədən qabarıq şəkildə özünü göstərməyə başlayır və əməliyyatın ikinci radikal korreksiya mərhələsinə ehtiyac yaranmış olur.

Həmçinin bax

  • Ürək
  • Süni qan dövranı aparatı
  • Eyzenmenger sindromu
  • Kardiogen şok

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fallo tetradası haqqında məlumat. Fallo tetradası nədir? Fallo tetradası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Marathi dili

  • Fevral 23, 2026

    Baş nazir

  • Fevral 15, 2026

    Türkmənistan

  • Fevral 23, 2026

    Myanma

  • Fevral 24, 2026

    E.ə. 138

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst