Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Duomi xaqan (çin. 多彌可汗, Pinyin: Duōmí Kèhán; v. 646) — Seyanto xaqanı. Əsl adı Bacuo olub, tam titulu İl Küllüg Şad Duomi xaqan (頡利俱利薛沙多彌可汗) idi.

Duomi xaqan

  • Ana Səhifə
  • Vikipediya
  • Duomi xaqan

Duomi xaqan (çin. 多彌可汗, Pinyin: Duōmí Kèhán; v. 646) — Seyanto xaqanı. Əsl adı Bacuo olub, tam titulu İl Küllüg Şad Duomi xaqan (頡利俱利薛沙多彌可汗) idi.

Duomi xaqan
Bacuo (拔灼)
Seyanto xaqanı
Əvvəlkiİncu xaqan
SonrakıYitevuşi xaqan
Şəxsi məlumatlar
Vəfat tarixi 646
Dini Tenqriçilik

Mündəricat

İncu xaqan dövründə

Atasının ilk övladı deyildi, lakin bir kəniz yerinə xatundan doğulduğu üçün daha çox hörmət görürdü. 638-ci ildə artıq atası İncu xaqan onu cənub tayfalarının valisi kimi təyin etmişdi. Tan sülaləsinin imperatoru Taiçonq isə onun və qardaşının arasında rəqabət yaratmaq üçün onu hətta kiçik xaqan kimi də tanımışdı. Daha sonra atası onu Si Yabqu titulu ilə qərb hakimi kimi təyin etmişdi.

Hakimiyyəti

Atasının 645-ci ildəki ölümündən sonra böyük qardaşı Yemanq ilə hakimiyyət uğrunda mübarizəyə başladı. Yemanq Bacuo tərəfindən tutularaq həbs edildi. Bacuo özünü xaqan elan edərək həmin il hakimiyyətə başladı.

Çinlə müharibə

Duomi xaqanın Çinə qarşı münasibəti müsbət deyildi. Tan sülaləsinin Koquryoya qarşı müharibəsindən istifadə edərək Çinin Hsia (夏州) prefekturasına qarşı hücuma keçdi. Taiçonqun geridə qoyduğu sərkərdələr Çişi Sili (執失思力) və Tian Renhui (田仁會) isə bu hücuma qarşı yaxşı müdafiə olundular. 646-cı ildə Aşina Şeer, Li Daoçonq (李道宗), Hsüe Uançe (薛萬徹), Sonq Cunminq (宋君明) və Hsüe Quvu (薛孤吳) kimi Çin sərkərdələri Seyantoya qarşı hərəkətə keçdilər və həmin ilin payızında məğlub etdilər.

Uyğurlarla müharibə

Duomi bu müddətdə Uyğurlarla da münasibətləri korladı və çoxunu dövlət hakimiyyətindən kənarlaşdırdı. Yağlakar sülaləsindən Tumidu (吐迷度) Duomiyə qarşı üsyana qalxıb Bügüt və Tonqra tayfalarını başına toplayaraq onu böyük məğlubiyyətə uğratdı. Həmin arada Seyanto sərkərdəsi Apa şad və Çin sərkərdəsi Yuven Fa (宇文法) Mançuriyada təsadüfən qarşılaşaraq döyüşdülər və Seyanto xalqında Çinin hücuma keçməsi təəssüratı yaratdılar. Panikaya düşən Duomi xaqan Aşide tayfasına pənah gətirsə də uyğurlar tərəfindən tutularaq öldürüldü. Seyantoların torpaqlarının çoxu uyğurların əlinə keçdi. Seyantoların yerdə qalan torpaqlarında Duominin əmisioğlu Yitevuşi xaqan taxta çıxdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Duomi xaqan haqqında məlumat. Duomi xaqan nədir? Duomi xaqan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kamakura

  • Fevral 27, 2026

    Emosional qırılma

  • Fevral 27, 2026

    Zəfəran

  • Fevral 27, 2026

    Maqsud mirzə

  • Mart 01, 2026

    Norilsk

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst