Aşide sülaləsi — Göytürk xaqanlığında aparıcı sülalələrdən biri. Damğası —
. Təkcə anası Aşide sülaləsindən olan uşaqlar taxta çıxa bilərdi.
Tarixdəki əsas nümayəndələri
- Tonyukuk (çin. 阿史德元珍) — Qapağan xaqanın, Bilgə xaqanın və İlteriş xaqanın məsləhətçisi, sərkərdəsi, Yollıq xaqanın babası.
- Aşide Venfu (çin. 阿史德溫傅) — Aşina Nişufunun üsyanına kömək edən sərkərdə. Daha sonralar Aşina Funianın üsyanına qoşulmuşdur. Lakin 681-ci ildə sonuncu tərəfindən tutularaq imperatora təslim edilmişdir.
- Aşide Fenqçi (çin. 阿史德奉職) — Aşina Nişufunun üsyanına kömək edən sərkərdə, 680-ci ildə Pei Cinqhsian (裴行儉) tərəfindən əsir götürülmüşdür.
- An Luşan (çin. 安禄山) — üsyan başçısı, anası Aşide qəbiləsindən idi.
- Aşide Mimi — Qapağan xaqanın qızı ilə evlənmişdi.
- Aşide Tonq Nizük (çin 阿史德暾泥孰) — Bilgə xaqanın 725-ci ildə Çinə göndərdiyi səfir idi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşide sülaləsi haqqında məlumat. Aşide sülaləsi nədir? Aşide sülaləsi nə deməkdir?