Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dmitri Alekseyeviç Orlov (belar. Дзмітрый Аляксеевіч Арлоў; 13 (26) sentyabr 1903, Moskva – 18 iyun 1969) — sovet teatr və kino aktyoru, rejissor, teatr pedaqoq

Dmitri Orlov

  • Ana Səhifə
  • Vikipediya
  • Dmitri Orlov

Dmitri Alekseyeviç Orlov (belar. Дзмітрый Аляксеевіч Арлоў; 13 (26) sentyabr 1903, Moskva – 18 iyun 1969) — sovet teatr və kino aktyoru, rejissor, teatr pedaqoqu, Belorusiya SSR xalq artisti (1941).

Dmitri Orlov
belar. Дзмітрый Аляксеевіч Арлоў
Doğum tarixi 13 (26) sentyabr 1903(1903-09-26)
Doğum yeri
  • Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 18 iyun 1969(1969-06-18) (65 yaşında)
Dəfn yeri
  • Şərq qəbiristanlığı[d]
Fəaliyyəti aktyor, teatr rejissoru, teatr pedaqoqu[d]
Təhsili
  • Rusiya Teatr Sənəti Universiteti[d] (–1925)
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni — 1940 "Qırmızı əmək bayrağı" ordeni — 1948 "Şərəf nişanı" ordeni — 1955 "Şərəf nişanı" ordeni — 1967 "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945
Belorusiya SSR xalq artisti — 1940
IMDb ID1254073

Mündəricat

Həyatı

Dmitri Orlovun Minskin Şərq qəbiristanlığındakı məzarı

Dmitri Orlov 13 (26) sentyabr 1903-cü ildə anadan olmuşdur. 1925-ci ildə Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdir. 1929-cu ildə Peşəkar Birliklərinin Ümumittifaq Mərkəzi Şurasının Moskva Teatrında çalışmağa başlamışdır. 1934-cü ildən fəaliyyətini Moskva Realist Teatrında davam etdirmişdir. 1936-cı ildə Mogilyov şəhərinə köçmüş, burada Rus Dövlət Teatrının truppasına qoşulmuş, bu teatrın tamaşalarında rol almışdır. 1939-cu ildə həmin teatrın bədii rəhbəri olmuşdur.

Dmitri Orlov oynadığı rollarda qəhrəmanlarının daxili aləmlərinin dərinliklərinə qədər enməyi bacaran, öz obazlarını lirizmlə bəzəyən sənətkar idi. Onun komediya rolları incə yumoru və səmimiliyi ilə seçilirdi.

1934-cü ildən rejissor kimi də fəaliyyət göstərməyə başlamışdır.

1948-ci ildən Belorusiya Bədii Teatr İnstitutunda dərs deməyə başlamış, 1952-ci ildə isə aktyor ustalığı kafedrasının müdiri olmuşdur.

Ona ən böyük uğuru Vilhelm fon Kaunits (almanların işğal etdiyi Belorusiyanın hauleyteri Vilhel Rixard Paul Kubenin proobrazı) rolu gətirmişdir. O, belarus xalqının cəlladının mənfi obrazını ustalıqla yarada bilmişdir.

Mükafatları

  • Belorusiya SSR Xalq artisti (1941).

Yaradıcılığı

Teatr rolları

Moskva Realist Teatrı

  • "Aristokratlar" (Nikolat Poqodin) — Kostya-kapitan
  • "Cəsur əsgər Şveyk" (Yaroslav Qaşek) — Şveyk

Rus Dövlət Teatrı (Mogilyov)

  • "Qlebovun qalstuku" — Lobzik
  • "Balzaminovun evliliyi" (Aleksandr Ostrovski) — Balzaminov
  • "Müfəttiş" (Nikolay Qoqol) — Müfəttiş
  • "Zirehli qatar 14–69" (Vsevolod İvanov) — Vaska-papiros kötüyü
  • "Dəmir necə bərkidi" (Nikolay Ostrovski) — Pavel Korçagin
  • "Narahat qocalıq" (Leonid Raxmanov) — Polejayev
  • "Anna Karenina" (Lev Tolstoy — Karenin
  • "Müdaxilə" (Slavin) — Selesten
  • "Kreml kurantları" (Nikolay Poqodin) — Vladimir İliç Lenin
  • "Çar Fyodor İoanoviç" (Aleksey Tolstoy) — çar Fyodor İoanoviç
  • "Ağlasığmaz pullar" — Telyatyev
  • "Rus məsələsi" (Konstantin Simonov) — Merfi
  • "Vanya dayı" (Anton Çexov — Voynitski

Teatr quruluşları

  • 1934 — "Altı istəkli" (Aleksey Arbuzov)
  • 1937 — "Kəndli xanım" (A. S. Puşkin)
  • 1937 — "Daş qonaq" (A. S. Puşkin)
  • 1939 — "Samanlıqdakı it" (Lope de Veqa)

Filmoqrafiya

  • 1958 — Saat gecəyarısı dayandı — Vilhelm fon Kaunits (almanların işğal etdiyi Belorusiyanın hauleyteri Vilhel Rixard Paul Kubenin proobrazı)
  • 1960 — Yaz tufanları
  • 1961 — Bizim küçə (film, 1961) — rol: Kurts
  • 1963 — Diqqət! Şəhərdə sehrbaz var! — əczanəçi
  • 1966 — Gör neçə vaxtdır görüşmürük!
  • 1967 — Damlar altındakı müharibə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dmitri Orlov haqqında məlumat. Dmitri Orlov nədir? Dmitri Orlov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nitra diyarı

  • Fevral 27, 2026

    Prokariot

  • Fevral 26, 2026

    An-2

  • Fevral 25, 2026

    Sosial psixologiya

  • Fevral 27, 2026

    Xocasən

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst