Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dmitri Kryukov (rus. Дмитрий Витальевич Крюков; d. 8 oktyabr 1960, Ulyanovsk, RSFSR, SSRİ – ö. 14 aprel 2009, Moskva, Rusiya) — internet axtarış sistemlərindən

Dmitri Kryukov

  • Ana Səhifə
  • Vikipediya
  • Dmitri Kryukov

Dmitri Kryukov (rus. Дмитрий Витальевич Крюков; d. 8 oktyabr 1960, Ulyanovsk, RSFSR, SSRİ – ö. 14 aprel 2009, Moskva, Rusiya) — internet axtarış sistemlərindən biri olan "Rambler"in yaradıcısı

Dmitri Kryukov
rus. Дмитрий Витальевич Крюков
Doğum tarixi 8 oktyabr 1960
Doğum yeri SSRİ SSRİ, RSFSR, Ulyanovsk
Vəfat tarixi 14 aprel 2009 (48 yaşında)
Vəfat yeri Rusiya Rusiya, Moskva
Vəfat səbəbi beyin qansızması[d]
Təhsili
  • Moskva Dövlət Cihazqayırma və İnformatika Universiteti
Fəaliyyəti proqramçı, sahibkar

Mündəricat

Həyatı

Dmitri Kryukov 8 oktyabr 1960-cı ildə Rusiyanın Ulyanovsk şəhərində riyaziyyatçı ailəsində dünyaya göz açıb.

1964-cü ildə ailəsi Ulyanovskdan Moskva ətrafı akademiya şəhərciyinə, Puşinoya köçür. 1987-ci ildə Moskva Cihazqayırma İnstitutunun Cihazqayırma və radioelektronika fakültəsini bitirərək radio elektron aparaturanın konstruktor-texnoloqu ixtisasına yiyələnir.

O, 1990-cı ildə Berlində proqramçı və sistem administratoru sertifikatlarını alır.

1994-2005-ci illərdə Rusiya Elmlər Akademiyasının Puşino Biokimya və Mikroorqanizmlərin Fiziologiyası İnstitutunda Hesablama Texnikası Mərkəzində aparıcı proqramçı işləyib.

1991-ci ildə Sergey Lısakovun rəhbərliyi altında Puşino şəhərində "Stek" (ing. "Stack") telekommunikasiya şirkətinin əsası qoyulur. Şirkətdə onun 4 kolleqası - Dmitri Kryukov, Viktor Voronkov, Vladimir Samoylov və Yuri Yerşov çalışırdı.

Dmitri burada işləyərək "Rambler" axtarış sistemini hazırlayır. Axtarış sisteminin yaradılması üzrə iş "Stek" şirkətinin daxili resursları hesabına maliyyələşdirilirdi.

Dmitri ilk gündən "Rambler"nin vitse-prezidenti vəzifəsini tuturdu, həmçinin Rusiyanın bir sıra internet layihələrində iştirak edirdi.

"Rambler" yaradıcısı Ümumrusiya İnternet Akademiyasının akademiki və Rusiya İnternet Akademiyasının üzvü idi.

Dmitri Kryukov 14 aprel 2009-cu ildə Moskvada, öz şirkətinin ofisində ürək tutması nəticəsində vəfat edib.

Barəsində

İnternet tarixinin parlaq nümayəndələrindən biri olan Dmitri qeyri-adi şəxsiyyət və istedadlı proqramçı kimi qəbul olunurdu. Kolleqaları Dmitri Kryukovu belə xarakterizə edirlər:

"Dmitri Kryukov Runetin formalaşması dövrünün titanıdır. O, təvazökar, təmənna güdməyən və ağıllı insan idi. O qədər təvazökar ki, onun üstünlükləri və istedadı ilk baxışda gözə çarpmırdı. Onunla ünsiyyət saxlamaq çox xoş idi və onunla münaqişə etmək mümkün deyildi, o, əsəbiləşə bilmirdi".

Həmçinin bax

  • Rambler

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dmitri Kryukov haqqında məlumat. Dmitri Kryukov nədir? Dmitri Kryukov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Şiə

  • Fevral 25, 2026

    Rene Dekart

  • Fevral 17, 2026

    16 fevral

  • Fevral 26, 2026

    Yaroslavl

  • Fevral 25, 2026

    Braunşveyq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst