Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dizaltı arteriya (lat. Arteria poplitea) — bud arteriyasının ardı olub, dizaltı çuxurda yerləşmişdir. Yaxınlaşdırıcı kanalın aşağı dəliyi səviyyəsində başlayara

Dizaltı arteriya

  • Ana Səhifə
  • Vikipediya
  • Dizaltı arteriya

Dizaltı arteriya (lat. Arteria poplitea) — bud arteriyasının ardı olub, dizaltı çuxurda yerləşmişdir. Yaxınlaşdırıcı kanalın aşağı dəliyi səviyyəsində başlayaraq dizaltı əzələnin və diz oynağının kapsulunun arxa səthi ilə aşağıya doğru gedir və dizaltı əzələnin aşağı kənarına çatır. Dizaltı arteriya dizaltı çuxurda vena və sinirlərə nisbətən ən dərində yerləşmişdir. Dizaltı vena — lat. V. poplitea dizaltı arteriyanın bayır və arxa tərəfində, qamış siniri — lat. N. tibialis isə bir az səthdə və bayır tərəfdə yerləşmişdir. Belə ki, səthdən getsək, əvvəlcə bayır tərəfdə və səthdə qamış sinirinə, bir az içəri tərəfdə və dərində dizaltı venaya və ondan da bir az dərində və içəri tərəfdə dizaltı arteriyaya rast gəlinir.

Dizaltı arteriya
Şəkil
Şəkil
Dizaltı çuxurda yerləşmiş dizaltı arteriya
Şəkil2
Şəkil2
Dizaltı çuxurun limfa düyünləri
Latınca Arteria poplitea
Qrey subyekt 159 632
Təchizatı Diz oynağı
Başlanır Bud arteriyası
Şaxələri Ön qamış arteriyas, dal qamış arteriyas.
Əzələ şaxələri.

Dizaltı arteriyanın oynaq şaxələri:

  1. Dizin bayır yuxarı;
  2. Dizin içəri yuxarı;
  3. Dizin orta;
  4. Dizin bayır aşağı;
  5. Dizin içəri aşağı.
Vena Dizaltı vena
MeSH Popliteal+Artery
Dorlands/Elsevier     12155539
  • bax
  • müzakirə
  • redaktə

Mündəricat

Şaxələri

Uc şaxələri

Dizaltı arteriya dizaltı əzələnin aşağı kənarında iki uc şaxəyə bölünür:

  • Ön qamış arteriyas — lat. a. tibialis anterior;
  • Dal qamış arteriyas — lat. a. tibialis posterior.

Dizaltı arteriya uc şaxələrdən başqa dahaiki növ: əzələ və oynaq şaxələri verir.

Əzələ şaxələri

Əzələ şaxələri özlüyündə iki qrupa bölünür: yuxarı və aşağı. Yuxarı əzələ şaxələri baldırı bükücü əzələlərin, budu yaxınlaşdırıcı böyük əzələnin və enli əzələnin aşağı uclarını qidalandırır və lat. aa. perforautes ilə anastomozlaırlar. Aşağı əzələ şaxələri isə (lat. aa. surales) dizaltı əzələni, baldırın üçbaşlı əzələsinin yuxarı hissəsini, dizaltı çuxur fassiyasını və dərini qidalandırır.

Oynaq şaxələri

Dizaltı arteriyanın oynaq şaxələri beşdir:

  1. Dizin bayır yuxarı arteriyası — lat. arteria genus superior lateralis;
  2. Dizin içəri yuxarı arteriyası — lat. arteria genus superior medialis;
  3. Dizin orta arteriyası — lat. arteria genus media;
  4. Dizin bayır aşağı arteriyası — lat. arteria genus inferior lateralis;
  5. Dizin içəri aşağı arteriyası — lat. arteria genus inferior medialis.

Bu damarlar diz oynağı kapsulunda şaxələnərək bir-birilə anastomozlaşırlar və diz oynağı torunda iştirak edirlər.

Klinik əhəmiyyəti

Təcili surətdə qanaxmanı saxlamaq üçün dizaltı arteriya əl ilə dizaltı çuxurun ortasına sıxılır, ya da dizaltı çuxura tampon qoyduqdan sonra qıç diz oynağında bükülmüş vəziyyətdə sarınır. Dizaltı arteriyada nəbzi təyin edərkən baldır bir qədər bülülməlidir. Cərrahi müdaxilə zamanı dizaltı arteriyanı əldə etmək məqsədilə kəsik dizaltı çuxurun boylama oxu üzrə vertikal istiqamətdə 10-12 sm uzunluğunda aparılmalıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dizaltı arteriya sözünün mənası, dizaltı arteriya haqqında məlumat. dizaltı arteriya nədir? dizaltı arteriya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xuan Musso

  • Fevral 27, 2026

    Salix

  • Mart 03, 2026

    Areta Franklin

  • Fevral 27, 2026

    Dubin-Conson sindromu

  • Mart 01, 2026

    .dk

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst