Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elton Rasim oğlu Quliyev (28 fevral 1956, Ağdam – 16 dekabr 2015, Bakı) — Azərbaycan hüquqşünası. 1996-cı ildən etibarən vəkil kimi fəaliyyət göstərmiş, çoxsayl

Elton Quliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Elton Quliyev

Elton Rasim oğlu Quliyev (28 fevral 1956, Ağdam – 16 dekabr 2015, Bakı) — Azərbaycan hüquqşünası. 1996-cı ildən etibarən vəkil kimi fəaliyyət göstərmiş, çoxsaylı siyasi məhbusların və vicdan məhbusu hesab edilən şəxslərin hüquqlarını müdafiə etmişdir.

Elton Quliyev
Doğum tarixi 28 fevral 1956(1956-02-28)
Doğum yeri
  • Ağdam, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 dekabr 2015(2015-12-16) (59 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Milliyyəti azərbaycanlı
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti insan hüquqları fəalı, vəkil

Mündəricat

Həyatı

Elton Quliyev 1956-cı il fevralın 28-də Ağdam şəhərində qulluqçu ailəsində anadan olub. Atası Rasim Quliyev Şuşada papaqçı ailəsindən, anası Kübra xanım isə Şuşa bəylərinin nəslindən gəlirdi. Rasim Quliyev İkinci Dünya müharibəsində iştirak etmiş və müharibədən sonra Ağdamda işləməyə başlamışdı. Elton Quliyev də bu şəhərdə dünyaya gəldi. O, 1962–63-cü illərdə Ağdam şəhər 1 saylı orta məktəbdə, 1963–1972-ci illərdə Bakı şəhərinin 190 saylı orta məktəbində təhsil alıb. 1972-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil oldu. Burada sonrakı həyatında yaxın dostuna çevrilən İsaxan Aşurovla tanış oldu. 1977-ci ildə həmin fakültəni bitirdikdən sonra təyinatla daxili işlər orqanlarına işə götürülmüşdür. 1977–1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışmışdır.

1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb öz ixtisası üzrə işləmişdir. Aydın Məmmədov və Dilarə Əliyevanın Zaqatala-Qax yolunda avtomobil qəzası nəticəsində həlak olduğu işin istintaqı Elton Quliyevin müstəntiq kimi son işi oldu. Məsələnin adi avtomobil qəzası yox, sui-qəsd olduğu düşünülsə də, Elton Quliyev hadisənin yol-nəqliyyat qəzası olduğuna qərar vermişdi. O, 1996-cı ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü idi.

O, 1979-cu ildə Mehbarə Quliyeva ilə evləndi. Quliyevlərin 2 övladı var.

Elton Quliyev bir sıra siyasi məhbusların hüquqlarını müdafiə etmişdir. Onların sırasında sabiq müdafiə naziri Rəhim Qazıyev; Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da daxil olmaqla müharibə veteranları; "Monitor" jurnalının baş redaktoru, qətlə yetirilmiş jurnalist Elmar Hüseynov; bloger Emin Milli; aktivist Nigar Yaqublu; NİDA Vətəndaş Hərəkatının üzvləri; "Azadlıq" qəzetinin əməkdaşı jurnalist Seymur Həzi; hüquq müdafiəçisi İntiqam Əliyev; araşdırmaçı jurnalist Xədicə İsmayıl; həmçinin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev olmuşdur.

O, xərçəng xəstəliyi səbəbilə 16 dekabr 2015-ci ildə vəfat etmiş və həmin gün Yasamal qəbiristanlığında dəfn olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elton quliyev sözünün mənası, elton quliyev haqqında məlumat. elton quliyev nədir? elton quliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    51829 Villimakkul

  • Fevral 28, 2026

    İoann Sənəkərim

  • Mart 01, 2026

    Keşişkənd

  • Fevral 25, 2026

    Viktor Fleminq

  • Mart 01, 2026

    GTunnel

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst