Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi

Dirilik (jurnal)

  • Ana Səhifə
  • Vikipediya
  • Dirilik (jurnal)

Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi.

Dirlik
Baş redaktor Əliabbas Müznibi
Növ Siyasi jurnal
Təsisçi Əbülfəzl Mətləbzadə
Təsis tarixi 16 sentyabr, 1914
Qərargah Bakı, Azərbaycan
Dil Azərbaycan dili

Mündəricat

Fəaliyyəti

Jurnalın müdiri Əliabbas Müznib

"Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır. Rus imperiyasının dünyaya hakim olmaq planlarından bəhs edən "Rus imperatoru Böyük Pyotrun vəsiyyətnaməsi" adlı tarixi sənəd də "Dirilik"də dərc olunmuşdur.

Məramı

Gültəkin təxəllüsü ilə şeirlər yazan dövrün maarifçisi Əmin Abid Mütəllibzadə

Məcmuənin ən başlıca məqsəd və məramı Azərbaycan türklərinin siyasi şüurunu formalaşdırmaq, onu milli varlığını qoruyub saxlamaq uğrunda mübarizədə birləşdirmək idi. Jurnalın ilk sayında baş mühərrir Əliabbas Müznibi "Məqsədimiz" adlı məqaləsində bəşəriyyətin son üç-dörd minillik tarixinə səyahət edir, fikirlərini ümumiləşdirir, xalqı bu tarixi imtahanlardan ibrət dərsi almağa səsləyir, fiziki və mənəvi diriliyin ölüm-dirim mübarizəsi ilə əldə edildiyini göstərir. "Dirilik"də XX əsrin əvvəlləri Azərbaycan romantik ədəbiyyatının bir sıra dəyərli nümunələri çap olunmuş, ədəbi-bədii fikrin formalaşmasına xidmət etmişdir. Əmin Abid Mütəllibzadəin, Ümmügülsümün, Rəcəb Əfəndizadənin ədəbi yazılarında vətənə məhəbbət, islam əxlaqına uyğun insani münasibətlər təbliğ olunurdu."Dirilik" bütün fəaliyyəti boyunca Azərbaycan xalqında milli mənlik şüurunun yüksəlişinə xidmət etdi. "Dirilik" Azərbaycan mətbuatı tarixində ideya rəhbəri Əliabbas Müznibin 1911-ci ildə arzu etdiyi "Mətbuatın kəlamı, əsrin kəlamı olmalıdır" şüarı ilə nəşr edildi və tarixləşdi.

Həmçinin bax

  • Əmin Abid Gültəkin
  • Ümmügülsüm
  • Əliabbas Müznib
  • Əbdülxalıq Cənnəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dirilik (jurnal) sözünün mənası, dirilik (jurnal) haqqında məlumat. dirilik (jurnal) nədir? dirilik (jurnal) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əhməd Davudoğlu

  • Mart 01, 2026

    Landtaq

  • Fevral 27, 2026

    Sidrətül-Müntəha

  • Fevral 27, 2026

    Filfla

  • Mart 06, 2026

    Tigrisoma fasciatum

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst