Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sütun 1805-ci ildə Trafalqar döyüşündə həlak olan Horatsio Nelsonun şərəfinə 1840–1843-cü illərdə tikilmişdir. 46 metrlik sütunun üzərində Nelsonun 5.5 metrlik

Nelson sütunu

  • Ana Səhifə
  • Vikipediya
  • Nelson sütunu

Nelson sütunu — (ing. Nelson's Column) — Londonda Trafalqar meydanının mərkəzində yerləşən abidə.

Trafalqar meydanı

Mündəricat

Tikintisi və dizaynı

Sütun 1805-ci ildə Trafalqar döyüşündə həlak olan Horatsio Nelsonun şərəfinə 1840–1843-cü illərdə tikilmişdir. 46 metrlik sütunun üzərində Nelsonun 5.5 metrlik heykəli yerləşir. Heykəl cənub tərəfə — Admirallıq və Portsmut tərəfə baxır. Burada Nelsonun flaqmanı olan Kral hərbi-dəniz donanmasına məxsus "HMS Victory" gəmisi durub.

Abidənin kvadrat piedestalı fransız toplarından əridilərək hazırlanmış dörd ədəd panellə bəzədilmişdir, bu panellərdə Nelsonun dörd məşhur qələbəsi təsvir olunmuşdur. Layihə memar Uilyam Reylton tərəfindən hazırlanmış və Peto & Grissell şirkəti tərəfindən tikilmişdir. Abidənin 1:22 miqyaslı modeli Qrinviçdə yerləşən Milli dəniz muzeyində sərgiyə qoyulmuşdur. Ümumilikdə abidə 47 500 funtsterlinqə başa gəlmişdir ki bu da indiki məzənnəylə təxminən 3.5 mln funtsterlinq edir. Edvin Landsir tərəfindən yaradılan və sütunun aşağı hissəsində yerləşən dörd şir isə sonradan — 1867-ci ildə əlavə olunmuşdur.

Abidə 20-ci əsrdə

Sütun haqqında olan şəhər əfsanələrindən birinə görə, şotlandiyalı fırıldaqçı Artur Ferqyuson 1925-ci ildə abidəni sadəlövh amerikalılara satmışdır.

Sütun Adolf Hitler üçün də simvolik əhəmiyyət daşıyırdı. O, Böyük Britaniyanı işğal etdikdən sonra onu Berlinə aparmağı planlaşdırırdı.

BBC kanalında uşaq verilişinin aparıcısı Con Nuks 1970-ci ildə kolonnaya dırmaşmışdır. Teleaparıcı Harri Vilmot isə 1989-cu ildə sütuna çıxmağı bacarmışdır.

Bərpa işləri

Bərpa işləri zamanı

Sütun 2006-cı ildə yenidən qurulmuşdur. Bərpadan öncə aparılan lazer müayinəsi müəyyən etmişdir ki, sütunun hündürlüyü əslində öncədən bilindiyi kimi 56 metr yox 51.5 metrdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nelson sütunu haqqında məlumat. Nelson sütunu nədir? Nelson sütunu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sidr

  • Fevral 27, 2026

    İnstrumental

  • Fevral 27, 2026

    Boris Barnet

  • Fevral 27, 2026

    İslam Səfərli

  • Fevral 27, 2026

    GRIN

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst