Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dilarə Bağır qızı Seyidzadə (25 oktyabr 1939, Bakı) — Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi (1999–2019), Azərbaycan Respublikası Prezidentinin köm

Dilarə Seyidzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Dilarə Seyidzadə

Dilarə Bağır qızı Seyidzadə (25 oktyabr 1939, Bakı) — Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi (1999–2019), Azərbaycan Respublikası Prezidentinin köməkçisi (1997–1998, 1999–2019), 1-ci dərəcə dövlət müşaviri (2004), tarix elmləri doktoru.

Dilarə Seyidzadə
Azərbaycan Respublikası Prezidentinin köməkçisi
16 noyabr 1999 – 29 noyabr 2019
PrezidentHeydər Əliyev
İlham Əliyev
1 sentyabr 1997 – 25 aprel 1998
PrezidentHeydər Əliyev
Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi
16 noyabr 1999 – 29 noyabr 2019
PrezidentHeydər Əliyev
İlham Əliyev
ƏvvəlkiEldar Namazov
SonrakıBəylər Eyyubov
Şəxsi məlumatlar
Doğum tarixi 25 oktyabr 1939(1939-10-25) (86 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Atası Bağır Seyidzadə

Təltifləri "Şərəf" ordeni — 20192019 "Şöhrət" ordeni — 20092009 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Dilarə Seyidzadə 1939-cu il oktyabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir.

1961–1978-ci illərdə Azərbaycan EA-nın Tarix İnstitutunda Baş laborant, kiçik elmi işçi, 1978–1983-cü illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasnda Baş müəllim, 1983–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda Baş elmi işçi, aparıcı elmi işçi, 1993–1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində Böyük məsləhətçi, 1997–1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, 1998–1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəisinin müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.

Dilarə Seyidzadə Dövlət qulluğunda xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 24 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunub.

5 dekabr 2024-cü ildə İnsan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dilarə Seyidzadə haqqında məlumat. Dilarə Seyidzadə nədir? Dilarə Seyidzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Keçili

  • Fevral 27, 2026

    Argiya (okeanida)

  • Fevral 27, 2026

    İntonasiya

  • Mart 01, 2026

    Rocer Ebert

  • Fevral 27, 2026

    Əşrəfoğulları bəyliyi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst