Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nazim Nadir oğlu Zeynalov (26 oktyabr 1937, Bakı) — televiziya rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989).

Nazim Zeynalov

  • Ana Səhifə
  • Vikipediya
  • Nazim Zeynalov

Nazim Nadir oğlu Zeynalov (26 oktyabr 1937, Bakı) — televiziya rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989).

Nazim Zeynalov
Doğum tarixi 26 oktyabr 1937(1937-10-26) (88 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Atası Zakir Zeynalov
Fəaliyyəti rejissor
Təhsili Azərbaycan Dövlət Teatr İnstitutu
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1989

Mündəricat

Həyatı

Nazim Nadir oğlu Zeynalov 26 oktyabr 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə Maksim Qorki adına Ağdaş rayon rus orta məktəbini bitirmişdir.

Nazim Zeynalov 1957–1961-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsində ali təhsil almışdır.

Nazim Zeynalov Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsində ali təhsilini başa vuranda 2 (iki) diplom tamaşasında iştirak etmişdir. Diplom tamaşaları Dövlət Dram Teatrında olmuşdur. Tələbə yoldaşları bir rol oynadığı halda o, 2 (iki) baş qəhrəman rolu oynamışdır. Eyni gündə iki müxtəlif obraz — biri komediya, digəri isə dram. N. V. Qoqolun "Müfəttiş" komediyasında Xlestakov rolunu, Vilyam Şekspirin "Veronalı iki centilmen" dramında Protey obrazını ifa etmişdir. Diplom tamaşasından sonra onu Dövlət Dram Teatrında aktyor işləməyə dəvət etmişlər.

Nazim Zeynalov televiziya və kino rejissoru Arif Babayevin təklifi ilə 26 oktyabr 1961-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Verilişləri Komitəsi Uşaq Verilişləri Baş Redaksiyasında rejissor köməkçisi vəzifəsinə işə qəbul olunmuşdur. O, az vaxtda televiziya texnikasını mənimsəmiş və müstəqil verilişlər hazırlamağa başlamışdır. Dövlət əhəmiyyətli tədbirlərin əksəriyyətinin daimi iştirakçısı, həmin tədbirlərin translyasiya edilməsinin daimi təşkilatçısı və efir rejissoru olmuşdur.

7 avqust 1969-cu ildə "Dzerjinski" adına klubda partiya və təsərrüfat fəallarının yığıncağında Heydər Əliyevin ilk canlı çıxışının yayımını, olduqca məsuliyyətli bir işi gənc rejissor Nazim Zeynalova həvalə etmişlər. O, bu imtahandan uğurla çıxdığına görə, dövlət əhəmiyyətli tədbirlərin hazırlanmasında yaxından iştirak etmişdir.

Nazim Zeynalov 1980-ci ildən 1990-cı ilədək "Yeni il bayram verilişləri"nin ideya rəhbərlərindən, ssenari müəlliflərindən, təşkilatçılarından və quruluşçu rejissorlarından biri olmuşdur.

Nazim Zeynalov 2006-cı ilin dekabr ayında, 70 yaşında təqaüdə çıxmışdır.

Mükafatları

Nazim Zeynalov fədakar əməyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Respublikada Televiziyanın inkişafı sahəsində uzun illər səmərəli fəaliyyətinə görə 30 dekabr 1981-ci ildə Azərbaycan Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülmüşdür. 4 may 1989-cu ildə Respublika Kütləvi İnformasiya Vasitələrinin inkişafında xidmətlərinə görə Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti onu Fəxri Fərmanla və "Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi" fəxri adı ilə təltif etmişdir. Azərbaycan Jurnalist Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin 14 fevral 1996-cı il tarixli qərarı ilə ona "Nailiyyət" Jurnalist Mükafatı, "Kamil Sənətkar" Diplomu verilmişdir.

AzTv-də hazırladığı verilişlər

  • Axtaran tapar
  • "Bilik" jurnalı
  • "Gəlin, a dostlar
  • Kamillik verilişi
  • "Axtaran tapar
  • Gəlin, a dostlar
  • "Sınaq
  • yaranmışdır).
  • "Məktəblilərin rəqs salonu" (Bu veriliş 12 il davam edib. Nəticədə Azərbaycanda Xalq Rəqs Studiyaları yaranmışdır).
  • "Gənclik estradası" (Bu veriliş də uzunömürlü olub. Azərbaycanda instrumental ansamblların yaranmasına təkan vermişdir).
  • "Ekspromt" verilişi (Aparıcısı Çingiz Mustafayev olmuşdur).
  • "Telemarafon" — Qarabağa yardım (8 saat canlı verilişin aparıcısı Ələddin Əlizadə olmuşdur)
  • "Telemarafon" — Uşaqlar dünyanın sevincidir (8 saat canlı verilişdə Ümummilli Lider Heydər Əliyev iştirak etmişdir. Nazim Zeynalov bu verilişin təşkilatçısı, verilişin pult arxasında rejissoru olmuşdur.
  • "Gəl səhərim" — 1997–2000.
  • "Sən bir nəğmə" — 1998 – 2001
  • "Bir yerdə olaq" — 1998 – 2002
  • "Nəğmə dolu ürəklər" — 2002 –
  • "Ulduzlu gecə" — 2003 – 2004

Ailəsi

Atası Nadir Mahmud oğlu Zeynalov (1910–1980) Şuşa şəhərindəndir. Tibb İnstitutunu bitirmişdir. İkinci Dünya müharibəsi illərində Ağdam şəhərində hərbi qospitalın yaradılmasında və fəaliyyət göstərməsində yaxından iştirak etmişdir. Tərtərdə, Ağdaşda, Bakıda müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

Anası Hökumə Məmmədrahim qızı Zeynalova (1915–1982) Bakıda tacir ailəsində böyümüşdür. Tibb İnstitutunu bitirmişdir. İkinci Dünya müharibəsi illərində Ağdam şəhər hərbi qospitalında həkim işləmiş, sonralar Ağdaş rayon tibb texnikumunun direktoru vəzifəsində çalışmışdır.

Ədəbiyyat

  • История настоящего телевизионщика. 1news.az, 29 oktyabr 2014-cü il
  • Работа всегда была для меня самым важным в жизни. "Gallery" jurnalı, mart 2016-cı il
  • Günay Novruz. "Teleman" — 78 yaşlı, ruhən cavan rejissor dostum. "525-ci qəzet", 23 fevral 2016-cı il

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nazim Zeynalov haqqında məlumat. Nazim Zeynalov nədir? Nazim Zeynalov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Amazonlar

  • Fevral 27, 2026

    Ardenlər

  • Mart 01, 2026

    Marlon Brando

  • Fevral 28, 2026

    Delphinieae

  • Mart 01, 2026

    Operativ cərrahiyyə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst