Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Diatom yosunlar (lat. Bacillariophyta). Bu tipə tək, nadir hallarda qonur rəngli (piqmenti — fukoksantin) mikroskopik (0,75 mkm – 2 mm) kolonial orqanizmlər dax

Diatom yosunlar

  • Ana Səhifə
  • Vikipediya
  • Diatom yosunlar

Diatom yosunlar (lat. Bacillariophyta). Bu tipə tək, nadir hallarda qonur rəngli (piqmenti — fukoksantin) mikroskopik (0,75 mkm – 2 mm) kolonial orqanizmlər daxildir. Diatom yosunlar planktonda geniş, daha az miqdarda dəniz və şorsu hövzələrinin bentosunda, bəziləri torpaqda məskunlaşırlar; müasir diatom yosunlar qütb dairəsinə yaxın və əsasən arktik hövzələrdə yayılmışdır. Hüceyrə ikitaylı silisium qabıq içərisində yerləşir, qabıq iki elementdən ibarətdir; bunlardan kiçiyi qapaq kimi həmişə digər tayı örtür. Sonuncunun içərisində dairəvi lövhə (tayın özülü) və kəmərcik (yan tərəflər) ayrılır.

Diatom yosunlar
Dəniz diatomları
Dəniz diatomları
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Diatom yosunlar
Beynəlxalq elmi adı
Bacillariophyta
Vikinövlərin loqotipi
Vikinövlərdə
sistematika
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  2286
NCBI  2836
EOL  3685

Lövhənin formasına görə diatom yosunlar tipi iki sinifə ayrılır: pennatlar və sentriklər. Pennat diatom yosunlar ikitərəfli simmetriyalı olub, formaları uzunsov oval (yumurtavari), iynəşəkilli olur, adətən, qabığın ortasında yarıqşəkilli dəlik (tikiş xətti) yerləşir. Sentrik diatom yosunlar radial simmetriya ilə səciyyələnir, formaca dairəvi, üçbucaq, ulduz şəkillidir. Bütün diatomeaların kəmərcik tərəfdən görünüşü çubuqşəkillidir (uzunsov-düzbucaqlı) ki, bu da tipin ikinci adını – Bacillariophyta (lat. bacillus — çubuq) təyin etmişdir. Qabığın taylarında çoxsaylı hamar və ya qabarıq nazik haşiyəli iri və xırda dəliklər vardır.

Diatom yosunlar 300-ə qədər cinsi və 1200-dən çox müasir və fossil növləri məlumdur. Cinsi və qeyri-cinsi yolla artırlar. Süxur əmələgətirən orqanizmlərdir; bitkilər məhv olduqdan sonra dibə çökərək (çox vaxt bir-birindən ayrılmış tayalar şəklində) silisium lillərini, qazıntı halında isə silisium süxurlarını (diatomitlər, trepellər, opokalar və b.) əmələ gətirirlər. Diatom yosunlar — sentriklər təbaşirdə (yura tapıntıları haqqında məlumatlar mübahisəlidir), pennatlar isə paleogendə meydana gəlmişdir; orta paleogenin şirinsu hövzələrində yaşamağa uyğunlaşmışdır, buna qədər isə təmamilə dənizlərdə məskunlaşmışlar. Cavan çöküntülərin (neogendən başlayaraq) zonal bölgülərinin əsaslandırılmasında diatom yosunlar böyük əhəmiyyəti vardır. Fatsiya göstəricisi (göl, çay və b.) kimi diatom yosunlar olduqca əhəmiyyətlidir. Təbaşir — müasir.  

Xəzərdə 292 növü qeyd edilmişdir, onlardan planktonda 165 növ, bentosda isə 129 növü yaşayır. Chaetoceros, Thalassiosira, Coscinodiscus və Rhizosolenia cinsləri Xəzərin planktonunda və fitoplanktonunda mühüm rol oynayır.

Mündəricat

Sıraları

  • Thalassiosirales
  • Coscinodiscales
  • Melosirales
  • Chaetocerotales
  • Fragilariales
  • Tabellariales
  • Achnanthales
  • Cymbellales
  • Naviculales
  • Bacillariales
  • Surirellales

Həmçinin bax

  • Kolonial orqanizmlər
  • Plankton
  • Bentos
  • Bitkilər
  • Təbaşir dövrü
  • Yura dövrü
  • Paleogen dovrü
  • Neogen dövrü
  • Adlafia

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Diatom yosunlar haqqında məlumat. Diatom yosunlar nədir? Diatom yosunlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dağıdıcı Konan

  • Fevral 27, 2026

    Tamerlan Qarayev

  • Fevral 12, 2026

    Vahid Əhmədov

  • Fevral 27, 2026

    Qorqonalar

  • Fevral 27, 2026

    Siyasi komissar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst