Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dağıdıcı Konan (ing. Conan the Destroyer) — 1984-cü ildə istehsal olunmuş ABŞ filmi. Baş rolda Arnold Şvartsenegger iştirak edir. Filmə Universal Studios, Orion

Dağıdıcı Konan

  • Ana Səhifə
  • Vikipediya
  • Dağıdıcı Konan

Dağıdıcı Konan (ing. Conan the Destroyer) — 1984-cü ildə istehsal olunmuş ABŞ filmi. Baş rolda Arnold Şvartsenegger iştirak edir. Filmə Universal Studios, Orion Pictures və Metro-Goldwyn-Mayer kimi film istehsal edən məşhur kompaniyalar distribütorlik etmişdir. Film Robert İrvin Hovardın "Barbar Konan" əsəri əsasında çəkilmişdir.

Dağıdıcı Konan
ing. Conan the Destroyer
Janr Döyüş filmi
Rejissor Riçard Fleyşer
Prodüserlər Raffaella De Laurentis
Edvard Pressman
Dino De Laurentis
Stiven Kesten
İcraçı prodüser Dino de Laurentis
Əsərin müəllifi Robert İrvin Hovard
Ssenari müəllifləri Stenli Menn
Roy Tomas
Cerri Konvey
Baş rollarda Arnold Şvartsenegger
Qreys Cons
Operator Cek Kardiff
Bəstəkar Ceyms Horner
Rəssamlar Pyer Luici Basile
Xose Mariya Alarkon
Kevin Fipps
Con Blumfild
İstehsalçı Dino De Laurentiis Company
Distribütor Universal Pictures, Netflix
İlk baxış tarixi 1984, 19 oktyabr 1984, 29 iyun 1984
Müddət 101 dəqiqə
Büdcə $18 milyon (qiymətləndirməylə)
Gəlir $100,042,035
Ölkə ABŞ ABŞ
Dil İngilis dili
İl 1984
Əvvəlki film Barbar Konan
Rəng rəngli[d]
IMDb ID0087078

Mündəricat

Məzmun

Xəbərdarlıq Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Baş verən hadisələr «Barbar Konan» hekayəsinin ardını davam etdirir. Konan və onun köməkçisi oğru olan Malek, Şadizaranın kraliçası Taramisin himayədarlığı altına keçirlər. Taramis Konanı Şahzadə Cennanı və onun cangüdəni Bombaatanı qorumaq üçün vəzifələndirir. Kraliça onları sehrli kristal və Daqotun buynuzunu axtarmaq üçün göndərir. Bunun əvəzində isə Taramis Konanın sevgilisi Valeriyanı yenidən həyata qaytaracaqdır. Lakin bu müddətdə Taramis Bombaataya, tapşırığın sonunda Konanı öldürməyi tapşırır. Yol boyu onlara zənci qadın döyüşçüsü Zula və Konanın köhnə dostu sehrbaz Akiro qoşulur.

Onlar cadugər Tot-Amonun sehrli məbədinə daxil olmaq qərarına gəlirlər. Bu qəsrdə sehrli kristal saxlanılır. Cadugər Şahzadə Cennanı oğurlayır və qəsrinə aparır. Qəhrəmanlar Şahzadəni axtararaq qəsrə çatırlar. Bu zaman Konan bədheybətə dönən Tot-Amonla mübarizə aparmağa məcbur olur. Konanın qələbəsindən sonra Şahzadə Cenna sehrli kristalı məbəddən götürür. Ardınca onlar Daqotun buynuzunun axtarışına yollanırlar.

Qəhrəmanlar yeraltında yerləşən ovsunlu mağaraya sehrli kristalın sayəsində daxil olurlar və burada Daqotun buynuzunu tapırlar. Akiro divarlarda köhnə yazıları oxuyur və onlara buynuzun köməyi ilə Daqotun dirilməsi, dünyaya ziyan verəcəyini bildirir. Lakin Konan Valeriyanı diriltmək məqsədi ilə buynuzu götürür. Bu zaman yeraltı mağaranın döyüşçüləri onlara hücum edir və qəhrəmanlar tunel vasitəsi ilə buradan qaçmağa məcbur olurlar. Bombaata ona kraliçanın verdiyi tapşırığını yerinə yetirməyə başlayır. Bombaata tuneli arxasınca dağıdaraq, qəhrəmanları özündən uzaq salmağı bacarır və Şahzadə Cenna ilə birlikdə Şadizaraya yollanır.

Artıq onları kraliça Şadizarda gözləyərək, mərasim hazırlamışdır. Daqotun dirilməsi üçün buynuz onun qarşısına qoyulmuşdur. Daqot dirilən zaman Şahzadə Cenna onun üçün qurban getməlidir. Çünki Skelos kitabında yazılanlara görə əks halda dünya məhv ola biləcək vəziyyətə gələ bilər. Bu mərasim zamanı Konan dostları ilə birlikdə saraya daxil olur. Konan Bombaata ilə döyüşür və onu məğlub edir. Bu müddətdə Daqot artıq dirilmək üzrədir və Şahzadə Cenna qurban getməlidir. Zula Şahzadə Cennanı öldürməyə çalışan kahini məğlub edir. Daqot dirilmişdir və ona qurban aparmadıqlarına görə bədheybətə dönmüşdür. Daqot kraliçanı öldürür. Konan isə Daqot ilə mübarizə aparır və onun buynuzunu çıxarmağı bacarır. Bu zaman Daqot məhv olur.

Kraliça öldüyünə görə Şadizarın kraliçası Şahzadə Cenna olur. Şahzadə Cenna Zulanı döyüşçülərinin başçısı, Maleki təlxək və Akironu məsləhətçisi təyin edir. Konana isə onunla evlənərək, Şadizarın kralı olması təklifini verir. Lakin Konan onun təklifini qəbul etmir və yeni macəralarına hazırlaşaraq, səyahətə yollanır.

Xəbərdarlıq Xəbərdarlığın sonu.

Rollarda

Aktyor/aktrisaRolQeydlərİstifadə etdiyi silah növü
Arnold ŞvartseneggerKonanDöyüşçüQılınc
Qreys ConsZulaSərt döyüşçü olmasına baxmayaraq, siçovullardan qorxur
Uilt ÇemberlenBombaataŞadizar mühafizəçilərinin kapitanı
Mako İvamatsuAkiroKonanın dostu olan sehrbaz
Treysi VolterMalekKonanın dostu olan oğruİki kiçik xəncər
Sara DuqlasKraliça TaramisŞadizarın kraliçası
Oliviya D'AboŞahzadə CennaŞadizarın şahzadəsi
Ceff KoriBöyük VəzirKraliça Taramisin cadugərdi
Pet RoeçTot-Amonalmaz cəvahiratın sahibi olan sehrbaz
Sven-Ole TorsenToqraŞahzadə Cennnanın cangüdəniQılınc
André the GiantDaqotYuxulu tanrı

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dağıdıcı Konan haqqında məlumat. Dağıdıcı Konan nədir? Dağıdıcı Konan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Levitasiya

  • Fevral 21, 2026

    10 yanvar

  • Fevral 24, 2026

    Abbas Zəryab

  • Fevral 25, 2026

    Əyyubilər sülaləsi

  • Fevral 27, 2026

    Əlhambra sarayı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst