Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vahid Qazməmməd oğlu Əhmədov (2 aprel 1947, Qonaqkənd, Qonaqkənd rayonu) — Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Ali Sovetinin deputatı (1990–1995); Az

Vahid Əhmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Vahid Əhmədov

Vahid Qazməmməd oğlu Əhmədov (2 aprel 1947, Qonaqkənd, Qonaqkənd rayonu) — Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Ali Sovetinin deputatı (1990–1995); Azərbaycan Respublikası Milli Məclisinə 52 saylı Quba seçki dairəsindən seçilmiş III,IV, V və VI çağırış millət vəkili. Azərbaycan SSR-in əməkdar mühəndisi; texnika elmləri doktoru.

Vahid Əhmədov
Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V və VI çağırış deputatı
Vəzifədədir
2005-ci ildən
    Seçki dairəsi2005, 2010, 2015, 2020 — 52 saylı Quba
    ƏvvəlkiVəzifə təsis edildi.
    Azərbaycan Respublikası baş nazirinin birinci müavini
    16 may 1992 – 6 yanvar 1994
    Baş nazirRəhim Hüseynov (1992-1993)
    Pənah Hüseyn (1993)
    Surət Hüseynov (1993-1994)
    ƏvvəlkiFeyruz Mustafayev
    SonrakıFuad Quliyev
    Azərbaycan Respublikası baş nazirinin müavini
    23 aprel 1992 – 16 may 1992
    Baş nazirFeyruz Mustafayev (1992)
    Rəhim Hüseynov (1992-1993)
    ƏvvəlkiAydın Əzizbəyov
    SonrakıFirudin Cəlilov
    Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
    1990 – 1992
    Seçki dairəsi53 nömrəli "Gənclik"
    Şəxsi məlumatlar
    Doğum adı Vahid Qazməmməd oğlu Əhmədov
    Doğum tarixi 2 aprel 1947(1947-04-02) (78 yaş)
    Doğum yeri
    • Qonaqkənd, Qonaqkənd rayonu, Azərbaycan SSR, SSRİ
    Partiya
    • bitərəf
    Təhsili
    • Azərbaycan Politexnik İnstitutu (1965–1971)
    Fəaliyyəti siyasətçi

    Təltifləri "Şöhrət" ordeni — 20172017"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
    "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 19911991Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Vahid Əhmədov 2 aprel 1947-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olmuşdur.

    1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirmişdir. 1965–1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, mühəndis-energetik ixtisasına yiyələnmişdir.

    1989–1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülmüşdür.

    1967–1971-ci illərdə Şmidt (indiki Səttərxan adına) maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışmışdır.

    1971–1972-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra, yenidən maşınqayırma zavoduna qayıdaraq orada 1972–1977-ci illərdə sex rəisi vəzifəsində işləmişdir. 1977-ci ildə Bakı Radio zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir.

    1981–1983-cü illərdə Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis vəzifəsində çalışmışdır.

    1983–1986-cı illərdə "Bakı fəhləsi" adına maşınqayırma zavodunun, 1986-cı ildə Keşlə maşınqayırma zavodunun, 1989-cu ildə "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru olmuşdur.

    Ailəsi

    Ailədə 9 uşaq olublar. 33 yaşında ailə həyatı qurmuşdur. İki övladı — 1 oğlu və 1 qızı var. Övladlarının hər ikisi hüquqşünasdır.

    Siyasi fəaliyyəti

    1980-ci illərin sonlarında Azərbaycan Kommunist Partiyası Nizami rayon təşkilatnın büro üzvü olmuşdur.

    1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının hazıqlanmasında iştirak etmiş, Azərbaycanın müstəqilliyinin lehinə səs vermişdir. 1991-ci ildə SSRİ-nin saxlanmasına qarşı səs vermiş 43 istiqlalçı deputatdan biri olmuşdur.

    Alma-Ata Memorandumunun və İcevan Protokolunun həyata keçirilməsini təmin etmək məqsədilə 10 sentyabr 1992-ci ildə yaradılmış Alma-Ata Memorandumunu və İcevan Protokolunu həyata keçirən Qərargahın üzvü olmuşdur.

    Nazirlər Kabinetində

    Azərbaycan Respublikası Prezidentinin 23 aprel 1992-ci il tarixli 694 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir. 16 may 1992-ci ildə həmin vəzifədən azad edilərək, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini təyin edilmişdir. 18 may 1992-ci ildə həmin vəzifəyə yenidən təsdiqlənmişdir. 29 aprel 1993-cü ildə də yenə həmin vəzifəyə təsdiqlənmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1993-cü il tarixli 56 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi 6 yanvar 1994-cü ildə Vahid Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad olunmasına razılıq vermişdir.

    Parlamentdə

    Ali Sovetdə

    1990-cı ildə Bakı şəhərinin Nizami rayonu 53 nömrəli "Gənclik" seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat, 2005 və 2010-cu illərdə 2 dəfə 52 saylı Quba seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilmişdir.

    26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. 30 iyun 1992-ci ildə Milli Məclisində təşkil olunmuş İqtisadi siyasət komissiyasına üzv təsdiq edilmişdir.

    Milli Məclisdə

    2005-ci il parlament seçkiləri ərəfəsində, 13 iyul 2005-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır. YeS-in vahid siyahısından 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə sabiq baş nazir Əli Məsimli deputat seçilmişdir.

    13 dekabr 2005-ci ildə Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü seçilmişdir. Milli Məclisin komissiyaları komitələrə çevrildikdən sonra, 14 aprel 2009-cu ildə İqtisadi siyasət komitəsinin üzvü seçilmişdir.

    13 dekabr 2005-ci ildənAzərbaycan—Almaniya, Azərbaycan—Xorvatiya, Azərbaycan—Rusiya, Azərbaycan—Türkmənistan, 27 fevral 2007-ci ildənAzərbaycan—Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində fəaliyyət göstərmişdir.

    7 dekabr 2010-cu ildə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü seçilmişdir.

    Əhmədovun Mehman Hüseynova verdiyi müsahibədə səsləndirdiyi fikirlər Milli Məclisdə müzakirələrə səbəb olmuşdur.

    Elmi fəaliyyəti

    Vahid Əhmədov texnika doktorudur. 300-ə yaxın elmi məqalənin müəllifidir. Müəllifi olduğu 72 səhifəlik "Sahibkar-menecment" kitabı 2000-ci ildə Bakıdakı "Qanun" nəşriyyatında Azərbaycan dilində nəşr olunmuşdur.

    Mükafatları

    • SSRİ 1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirmişdir.
    • Azərbaycan SSR Prezidentinin 29 yanvar 1991-ci il tarixli 150 nömrəli Fərmanı ilə ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.
    • Azərbaycan Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
    • Azərbaycan Azərbaycan Respublikasının Şöhrət ordeni

    Haqqında

    İmaməddin Zəkiyev onun barəsində 2001-ci ildə "Qonaqkənddən başlanan yol" adlı sənədli povest yazmışdır.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vahid Əhmədov haqqında məlumat. Vahid Əhmədov nədir? Vahid Əhmədov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 20, 2026

      Rusiya gerbi

    • Fevral 23, 2026

      Uqo Çaves

    • Fevral 23, 2026

      Estoniya Respublikası

    • Fevral 24, 2026

      Macarlar

    • Fevral 23, 2026

      Mikroorqanizmlər

    Trend Mahnılar
    • Fevral 20, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst