Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Deşil Hemmet (27 may 1894[…], Baltimor, Merilend – 10 yanvar 1961[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ yazıçısı. Daha çox qısa hekayələrə və detektiv romanlara ü

Deşil Hemmet

  • Ana Səhifə
  • Vikipediya
  • Deşil Hemmet

Deşil Hemmet (27 may 1894[…], Baltimor, Merilend – 10 yanvar 1961[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ yazıçısı. Daha çox qısa hekayələrə və detektiv romanlara üstünlük vermişdir.

Deşil Hemmet
Samuel Dashiell Hammett
Doğum tarixi 27 may 1894(1894-05-27)[…]
Doğum yeri
  • Baltimor, Merilend, ABŞ
Vəfat tarixi 10 yanvar 1961(1961-01-10)[…] (66 yaşında)
Vəfat yeri
  • Nyu-York, Nyu-York ştatı, ABŞ
Vəfat səbəbi ağciyər xərçəngi
Dəfn yeri
  • Arlinqton milli qəbiristanlığı
Təhsili
  • Baltimor Politexnik İnstitutu[d]
Fəaliyyəti yazıçı, romançı, ssenarist, jurnalist, ədəbi tənqidçi, nasir
Fəaliyyət illəri 1929–1961
Janrlar detektiv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Deşil Hemmet 27 may 1894-cü ildə Merilend ştatının Sent-Meri şəhərində anadan oldu. Gənc yaşlarında qəzet satdı və hamballıq etdi. Daha sonro 1915–1921-ci illərdə Pinkerton Dedektivlik Bürosunda detektivlik etdi, amma sonra bu işindən ayrıldı.

Bundan sonra müxtəlif qəzet və jurnallarda detektiv hekayələri yazmağa başlayan Hemmet ilk iki romanını 1929-cu ildə nəşr etdirdi. 1930-cu ildə "Malta şahini" (The Maltese Falcon) əsərini yazdı. Bu roman əsasında 1941-ci ildə Con Hyuston tərəfindən eyniadlı film çəkildi. Filmdə Sam Speyd rolunda Hamfri Boqart çıxış etdi.

1934-cü ildən etibarən siyasətlə məşğul olmaya başlayan Hemmet insan hüquqlarının qorunması üçün işlər apardı və könüllü olaraq ppİkinci dünya müharibəsi[[nə qatıldı. Prezidenti olduğu Mədəni Hüquqlar Konqresinə maddi kömək edənlərin adını açıqlamağı rədd etdiyi üçün 1951-ci ildə 6 aylıq həbsə atıldı. MakArtinin "Qarı ovu" uyğulamaları zamanı ABŞ Kommunist partiyasına üzv olduğu üçün ABŞ-yə Qarşı Fəaliyyətlər Komitəsi tərəfindən 26 mart 1953-cü ildə sorğuya çəklidi. Komitə üçün işləməyi rədd edən Hemmet qara siyahıya alındı.

1961-ci ildə Nyu York şəhərində ağciyər xərçəngindən vəfat etmişdir.

Kriminal romanları

Hemmetə qədərki dövrdə ABŞ kriminal əsərləri İngiltərə kriminal əsərlərini təqlid edirdi. Hemmet kriminal romanlarda baş verən hadisələri malikanələrdən, kübar yerlərdən barlara, küçələrə daşıdı. İdeallıqdan uzaq, zorba, duyğusuz detektiv obrazları yaratdı. Əsərlərdə gündəlik danışıq sözləri əlavə edərək kriminal romanlara yenilik gətirdi.

"Time" jurnalının 1923–2005-ci illərdə yazılan ən yaxşı 100 roman siyahısına Hemmetin yazdığı "Qırmızı məhsul" romanı da daxil edildi.

Ədəbiyyatda və filmlərdə

1975-ci ildə Con Qrosun "Hemmet" romanı çap olundu. Romana əsasən Uin Uinders tərəfindən "Hemmet" filmi çəkildi. Hammett rolunu Frederik Forest oynadı.

Lauiri Kinqin romanı "Bağlı otaqlar"da Hemmet roman qəhrəmanı olaraq Şerlok Holms və Meri Russelə Russelin uşaqlığı ilə bağlı sirri açmaqda kömək edir.

Kitabları

  • Red Harvest (1929)
  • The Dain Curse (1929)
  • The Maltese Falcon (1930)
  • The Glass Key (1931)
  • The Thin Man (1932)
  • Adventures of Sam Spade (1944)
  • Continental Operator (1945)
  • The Big Knockover (1966)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Deşil Hemmet haqqında məlumat. Deşil Hemmet nədir? Deşil Hemmet nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tariyel Vəliyev

  • Fevral 27, 2026

    İon İliyesku

  • Fevral 27, 2026

    III Mustafa

  • Fevral 24, 2026

    Bursa

  • Fevral 27, 2026

    Kanye Vest

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst