Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abbas Zəryab (13 avqust 1919, Xoy, Qərbi Azərbaycan ostanı – 3 fevral 1995, Tehran) — Azərbaycan əsilli tarixçi, tərcüməçi, ədəbiyyat professoru və İranoloq. O,

Abbas Zəryab

  • Ana Səhifə
  • Vikipediya
  • Abbas Zəryab

Abbas Zəryab (13 avqust 1919, Xoy, Qərbi Azərbaycan ostanı – 3 fevral 1995, Tehran) — Azərbaycan əsilli tarixçi, tərcüməçi, ədəbiyyat professoru və İranoloq. O, bir neçə kitabın müəllifidir. Onun həmçinin Məhəmmədin həyatı və digər mövzular barədə İran ensiklopediyasında məqalələri nəşr edilmişdir. Bu ensiklopediyaya bəzən İranika da deyilir.

Abbas Zəryab
Doğum tarixi 13 avqust 1919
Doğum yeri Xoy
Vəfat tarixi 3 fevral 1995 (75 yaşında)
Vəfat yeri Tehran
Dəfn yeri
  • Behişti-Zəhra
Vətəndaşlığı İran İran
Elm sahələri Tarix
Tərcümə
Ədəbiyyat
Elmi adı Tehran Universiteti Ədəbiyyat bölməsinin rəhbəri
İş yeri
  • Berkli Kaliforniya Universiteti
Təhsili Tehran Universiteti
Mayns Universiteti
Tanınır Tarixçi
Ədəbiyyatçı
Tərcüməçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Abbas Zəryab 1919-cu ilin 13 avqustunda Xoy şəhərində anadan olmuşdur.

Təhsili

Orta məktəbə doğulduğu yerdə getmişdir. Orta məktəbdə istedadına görə seçilən Abbas Zəryab məktəbi bitirdikdən sonra Almaniyada ali təhsil almaq üçün təqaüd qazanmışdır. O, doktorantura təhsilini Mayns Universitetinin Tarix kafedrasında almışdır. Onun elmi işinin mövzusu Əmir Teymurun xələflərinin hakimiyyəti dövrü olmuşdur. O, bu dövrü Rarix-i-Kəbir Cəfəri əsəri əsasında tədqiq etmişdir.

Abbas Zəryab Azərbaycan, ərəb, fars dilləri ilə yanaşı alman, ingilis və fransız dillərini də bilirdi.

Fəaliyyəti

O, İranda Konqres kitabxanasının və Tehran Universitetinin Ədəbiyya kafedrasının rəhbəri olmuşdur.

1962–1964-cü illərdə professor Valter Bruno Henninqin dəvəti ilə Berkli Kaliforniya Universitetində fars dilini və ədəbiyyatını tədris etmişdir. Onu universitetdə daimi olaraq saxlamaq istəsələr də, Abbas Zəryab vətənində yaşamaq istəməsinə görə geri dönmüş və Tehran Universitetində çalışmağa başlamışdır.

Onun yazılarına Franklin Leviz, Carlz Melvill, Maykl Vickens, Xuan Kol, Kamran Ekbal, Lutz Rixter-Bernburq, Jozef van Ess kimi tarixçilər tərəfindən istinadlar verilmişdir. Charles Melville,

Əsərləri

İran ensiklopediyasında dərc edilənlər:

ĀḠĀJĪ BOḴĀRĪ

ĀḠĀJĪ

BOKAYR B. MĀHĀN

Chobanids

EDUCATION v. THE MADRASA IN SHI'ITE PERSIA

IRAQ — FROM THE MONGOLS TO THE SAFAVIDS

Bukayr B. Maham Marvazi

Digərləri:

Der Bericht über die Nachfolger Timurs aus dem Ta'rīḫ-i kabīr des Ğa'farī ibn Muḥammad al-Ḥusainī

Fakhr Razi und die Frage des Seins

Ein Wiederaufgefundnes Werk Abu Hayyan al-Tanhidis

Struggle of Religious sects in the Ilkhanid Court

Farsca

Abbas Zəryab farsca 100-dən çox məqalə nəşr etdirmişdir.

Həmçinin bax

  • İran azərbaycanlılarının siyahısı
  • Cənubi Azərbaycan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abbas Zəryab haqqında məlumat. Abbas Zəryab nədir? Abbas Zəryab nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    12 aprel

  • Fevral 24, 2026

    28 dekabr

  • Fevral 23, 2026

    Bankə

  • Fevral 20, 2026

    Derventa

  • Fevral 23, 2026

    Qrız dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst