Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ərazidə turizm fəaliyyətinin davamlı olması üçün atılan addımları əhatə edərək, turizm resurslarından hərtərəfli və məqsədyönlü şəkildə istifadəni stimullaşdırı

Dayanıqlı turizm

  • Ana Səhifə
  • Vikipediya
  • Dayanıqlı turizm

Ərazidə turizm fəaliyyətinin davamlı olması üçün atılan addımları əhatə edərək, turizm resurslarından hərtərəfli və məqsədyönlü şəkildə istifadəni stimullaşdırır. Dayanıqlı turizmin əsasında turizm resurslarından maksimum səmərəli istifadə dayanır. Buna görə də, dayanıqlı turizm həm də "davamlı turizm" adlanır. Müasir dövrdə bir çox ölkələr təbiət, cəmiyyət, iqtisadi inkişaf və ekoloji vəziyyət arasında dayanıqlı əlaqələr yaratmağa çalışır. Planetdə insan sayının və mədəni tələbatların artması ilə bərabər, eyni zamanda, ehtiyatların məhdudluğu da turizmdə dayanıqlı inkişafın təkcə bir region üçün deyil, bütün dünya üçün vacib olduğunu ortaya qoyur.

Turizmin dayanıqlığının təmin olunması turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması və s. fəaliyyətləri nəzərdə tutur.

Dayanıqlı turizmin həll etmək istədiyi ən vacib problem turizm resurslarından səmərəli istifadə etməklə yanaşı, bu resursları gələcək nəsillər üçün qoruyub saxlamaqdır. Bundan başqa, dayanıqlı turizm seçilmiş ərazidə turizm fəaliyyətinin mövsümi deyil, daimi səciyyə daşımasını hədəfləyir.

Dünya üzrə neft sənayesinin zəifləməsi ölkəmizi yeni gəlir mənbələrinə yönəlməyə məcbur edir. Qeyd etmək lazımdır ki, turizm neft və maşınqayırmadan sonra dünya üzrə ən gəlirli 3-cü sahədir.

Turizmin dayanıqlığına hesablanmış addımlar

  • Turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə 6 dekabr 2016-cı il tarixində "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiq edilməsi ilə ölkəmizin turizm sənayesi üçün yeni mərhələnin başlanğıcı qoyuldu. Sənəddə göstərilir ki, 2025-ci ilə qədər Azərbaycan regionun ən cəlbedici turizm mərkəzlərindən birinə çevrilməlidir
  • "Strateji Yol Xəritəsi"nə uyğun olaraq, Bakı şəhərinin dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi məqsədilə Milli Turizm Təbliğat Bürosu yaradıldı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dayanıqlı turizm haqqında məlumat. Dayanıqlı turizm nədir? Dayanıqlı turizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Rauf Süleyman

  • Fevral 24, 2026

    Aymaralar

  • Mart 01, 2026

    İosif Orbeli

  • Fevral 27, 2026

    Ncamena

  • Fevral 28, 2026

    Mehdi (xəlifə)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst