Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ncamena (fr. Ndjamena, ərəb. نجامين‎ Nijāmīnā "istirahət yeri"), 1973-cü ilə qədər Fort-Lami (fr. Fort-Lamy)) — Çadın paytaxtı, Şari-Bağirmi nahiyəsinin inzibat

Ncamena

  • Ana Səhifə
  • Vikipediya
  • Ncamena

Ncamena (fr. Ndjamena, ərəb. نجامين‎ Nijāmīnā "istirahət yeri"), 1973-cü ilə qədər Fort-Lami (fr. Fort-Lamy)) — Çadın paytaxtı, Şari-Bağirmi nahiyəsinin inzibati mərkəzi. Şari çayının sağ sahilində, Loqon çayı tökülən yerdə yerləşir. Qonşu ölkə Kamerunun Kousseri şəhəri ilə körpüylə birləşir. Ncamena Çadın 22 regionundan biridir və "arrondisment" adı verilən şəhərdən daha kiçik 10 inzibati vahidə bölünür. Ncamenanın xüsusi idarə statusu var.

Ncamena
N’Djaména
انجمينا
Gerb
Gerb
12°06′36″ şm. e. 15°03′00″ ş. u.HGYO
Ölkə
  •  Çad
Tarixi və coğrafiyası
Əsası qoyulub 29 may 1900
Sahəsi
  • 100 km²
Mərkəzin hündürlüyü 298 m
Saat qurşağı
  • UTC+01:00
Əhalisi
Əhalisi
  • 1.092.066 nəf. (2012)
Xəritəni göstər/gizlə
Ncamena xəritədə
Ncamena
Ncamena
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Görməli-gəzməli yerləri

Ncamenanın əsas prospektləri Şarl de Qol və Feliks Eboue prospektləridir. Həmin prospektlərdə "Ncamena Milli Katedralı" (kilsəsi) və "Milli Muzeyi" yerləşir. Həmçinin, şəhərdə "Böyük Ncamena Məscidi", "Liberasiya və Başnazirlik Sarayı" və "Zakouma Təbii Parkı" kimi görməli yerlər var.

Əhalisi, dil və din

2009-cu il siyahıyaalmaya görə 993 492 nəfər əhalisi var. Əsas əhali müxtəlif etnik qruplara aiddir, qalanları ərəblər və avropalılardır. Rəsmi dillər fransız və ərəb dilləridir. Bunlardan başqa məişət səviyyəsində nil-saxar, afraziya və niger-kardofan dillərində danışırlar. Əsas əhali islam dininə sitayiş edir, xristianlar bir qədər azdır. Əhalinin bir hissəsi yerli dinlərə sitayiş edirlər.

Mədəni vəziyyəti

Şəhərin yetkin əhalisinin yarıdan çoxu savadsızdır. Müəllimlərin və xidmət sahələri qulluqçularının əksəriyyəti fransızlardır. Buna baxmayaraq şəhərdə Ncamena Universiteti, Zootexnika və Veteraniya İnstitutu, Humanitar Elmlər Milli İnstitutu, Tropik Ölkələrin Heyvandarlıq və Veteneariya İnstitutu, Pambıqçılıq İnstitutu, Milli Administrasiya Məktəbi, Milli Muzey fəaliyyət göstərir.

Əhalisi

Əhalinin illərə görə artımı aşağıda verildiyi kimidir:

  • 1937: 9 976
  • 1940: 12 552
  • 1947: 18 375
  • 1968: 126 483
  • 1993: 529 555
  • 2005: 721 000

Qardaş şəhərlər

  • Fransa Fransa, Tuluza (1980-ci ildən bəri)
 Çad ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
  1. ArchINFORM (alm.). 1994.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ncamena haqqında məlumat. Ncamena nədir? Ncamena nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Çaylı (Tərtər)

  • Fevral 27, 2026

    Ektoderma

  • Fevral 27, 2026

    Kremlin

  • Fevral 27, 2026

    Kil

  • Fevral 27, 2026

    Kalium

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst