Darun-Nədvə (ərəb. دار الندوة; azərb. əsilzadələr məclisi) — Qureyş qəbiləsinin vacib məsələləri müzakirə edib, qərar qəbul etdikləri toplantı məkanının adı.
| Darun-Nədvə | |
|---|---|
| دار الندوة | |
![]() Darunnədvənin qədim təsviri | |
| Ümumi məlumatlar | |
| Ölkə | Səudiyyə Ərəbistanı |
| Şəhər | Məkkə |
| Təxmini tamamlanma | 440 |
| Bağlanılıb | 630 |
| Sahibi | Qusayoğulları və Qureyş |
İnşası
Təqribən 440-cı ildə Qusay Kəbənin şimalında, təvafə başlanılan yerin arxa tərəfinə Darun-Nədvə adlanan toplantı yerini inşa etdirdi və qapısını da Kəbəyə doğru açdırdı.
Mərasim və toplantıların məzmunu
Darun-Nədvədə yetkinliyə giriş ayini, sünnət, müharibə etmək və sülh bağlamaq, evlilik mərasimi kimi mühüm mərasim və toplantılar keçirilirdi. Bundan əvvəl isə bütün bu mərasim və toplantılar Qusayın edində keçrilərdi. Darun-Nədvədə icra olunan ayin və mərasimlərdə yalnız 40 yaşında olan kişilər iştirak edə bilərdilər. 40 yaşından kiçiklərin isə Darun-Nədvəyə giriş qadağan idi.
Vəzifə bölgüsü
Darun-Nədvədə müxtəlif vəzifələr vardı və (VIII əsrdə) bunlar aşağıdakı kimi bölüşdürülmüşdü:
Əbu Cəhl — toplantılara başçılıq edirdi.
Əbu Süfyan — Darun-Nədvədə müdafiə işlərinə başçılıq edirdi.
Qübbə — müharibədə çadır qurulması və müharibə üçün maddi vəsaitin toplanması vəzifəsi idi.
Əinnə — müharibədə Qureyş süvarilərinə başçılıq edərdi. Bu vəzifəni sonradan müsəlman olmuş Xalid ibn Vəlid yerinə yetirirdi.
Sifarət — diplomatik vəzifə idi.
Əysar — bu vəzifəni yerinə yetirən şəxs, bir işə başlamazdan əvvəl oxlarla fala baxardı. Səfvan ibn Üneyyə bu işi yerinə yetirirdi.
Məşurə — məsləhətçi idi. Yezid ibn Zəma bu işə baxırdı.
Hukumə — bütlərə nəzir verilmiş malların saxlanması vəzifəsi. Bu vəzifəni Haris ibn Qeys yerinə yetirirdi.
Darun-Nədvədə qərarlar səsvermə yolu ilə qəbul edilirdi. Bütün bunlar Darun-Nədvənin hökümət kimi çalışdığını sübut edir.
Darun-Nədvəyə işarə edən ayələr
Bəzi təfsirçilərə görə Quranda bir neçə ayədə Darun-Nədvəyə eyham vurulur.
- Muminun surəsi, 67-ci ayə:
| Həm də onunla (o Kəbə ilə) təkəbbürlük edir, gecələr toplanıb yaramaz sözlər danışırdınız. |
- Ələq surəsi, 17-18 ayələr:
| Qoy öz yığnağını çağırsın. Biz də əzab mələklərini çağıracağıq. |
Məhəmməd peyğəmbər və Raşidi xilafəti dövrü
Bu dövrdə Darun-Nədvənin hansı məqsədlə istifadə olunduğu haqqında bir məlumat yoxdur.
Əməvilər və Abbasilər dövrü
I Muaviyə Darun-Nədvəni Əbdüluzzanın nəvəsi Hakimdən yaxud da İkrimədən satın alaraq, Əməvi xəlifələri üçün həcc iqamətgahı etmişdir.
Harun ər-Rəşid dövründə həcc iqamətgahını "darul-imarə" olaraq adlandırılan daha böyük bir binaya köçürülmüşdür.
897-ci ildə Mötəzid Billah Darun-Nədvəyə sütunlar əlavə edərək, buranı Məscidül-Hərama birləşdirmişdir.
Dövrümüzdə Darun-Nədvə
Bu gün isə Darun-Nədvə sökülmüş və Məscidül-Həramda təvaf olunan əraziyə əlavə edilmişdir.
Darun-Nədvədən bəhs edən avropalı şərqşünaslar
- Tomas Hantr Vir (1865 – 1928),
- Paret Rudi (1901 – 1983).
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Darunnədvə haqqında məlumat. Darunnədvə nədir? Darunnədvə nə deməkdir?
