Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cərrahiyyə (cərrahlıq) — tibbdə xəstəliklərin açıq cərrahi üsulları ilə müalicəsi, habelə tibb elmində mövcud xəstəliklərin əməliyyat yolu ilə müalicə üsulların

Cərrahiyyə

  • Ana Səhifə
  • Vikipediya
  • Cərrahiyyə

Cərrahiyyə (cərrahlıq) — tibbdə xəstəliklərin açıq cərrahi üsulları ilə müalicəsi, habelə tibb elmində mövcud xəstəliklərin əməliyyat yolu ilə müalicə üsullarından bəhs edən şöbəsi.

Cərrahlar əməliyyat vaxtı

Mündəricat

Etimologiya

Bəzi dilçilər "cərrah" sözünün ərəb dilindən gəldiyini və ərəbcə "cırma, yırtma, kəsmə" anlamına gəldiyini yazır. Ancaq "cır- / yar- / yırt-" kökü bütün türk dillərində də mövcuddur.

Tarix

Azərbaycanda kliniki cərrahiyyənin ilk inkişaf tarixi Bakı Universitetinin və onun tibb fakültəsinin yaradılması (1920) ilə əlaqədardır. Universitetin təşkilində böyük əməyi olan professor V. İ. Razumovski Rusiyanın görkəmli klinisist cərrahı idi. Təhsil ocağına ilk tələbə qəbulu 25–30 nəfər olmuşdu. Cərrahiyyə üzrə təhsil isə 1922–1923-cü illərdə başlamışdır. Həmin dövrdə milli kadrlar olmadığından yaradılmış cərrahiyyə kafedralarının müdirləri Rusiyadan dəvət olunmuşdular (professorlar Okinşeviç, B. Finkelşteyn və s). Hospital cərrahiyyəsi kafedrasında (müdiri B. Finkelşteyn) birinci assistent azərbaycanlı M. Mirqasımov olmuşdur. İlk illər universitetin kliniki bazalarının yararsızlığı və eləcə də peşəkar cərrah kadrlarının azlığı geniş cərrahi xidmətin yaradılmasına imkan verməmişdir. Aparılan əməliyyatlar əsasən xroniki və kəskin kor bağırsağına və yırtıqlara görə olmuşdur. Mədə və öd yollarında icra edilən əməliyyatlar isə palliativ xarakter daşımışdır.

1930-cu ildə müstəqil Tibb İnstitutu və Bakı kliniki xəstəxanaların cərrahiyyə şöbələrinin yaradılması, onların cərrahiyyə kafedralarından kliniki bazalar kimi istifadə olunması bu sahənin inkişafına təkan verdi. Həmin dövrdə M. Mirqasımov və M. Topçubaşov artıq tibb elmləri doktorları idilər. İstər M. Mirqasımov, istərsə də M. Topçubaşov Azərbaycanda cərrahiyyənin inkişaf tarixində böyük xidmətləri olan alim-cərrahlardırlar.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya və nevrologiya kafedralarının müdiri, akademik M. Cavadzadənin, ATU-nun II cərrahi xəstəliklər kafedrasının müdiri akademik B. Ağayevin, Moskva Stomatoloji İnstitutunun Travmatologiya kafedrasının müdiri professor A. İmaməliyevin cərrahiyyədə ilk praktik fəaliyyətə başlamaları da institutun qeyd olunan Hospital cərrahiyyə kafedrasında olmuşdur.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranır və onun ilk prezidenti professor Mirəsədulla Mirqasımov seçilir. M. Topçubaşov isə akademiyanın 16 həqiqi üzvündən biri olur. Azərbaycan Tibb İnstitutunun 2 professor-cərrahının respublika Elmlər Akademiyasına prezident və həqiqi üzv seçilmələri o dövrdə tibbin, habelə cərrahiyyənin yüksək səviyyədə olmasının göstəricisi idi.

1970-ci illərdə Tibb İnstitutunda cərrahiyyənin inkişaf sahələrinə uyğun olaraq onkologiya, urologiya, travmatologiya, neyrocərrahiyyə və anesteziologiya kafedraları yaradıldı.

Cərrahiyə bölmələri

Hieronymus Fabricius, Operationes chirurgicae, 1685

Cərrahiyyənin 12 əsas istiqaməti var:

  • Ümumi cərrahiyyə
  • Damar cərrahiyyəsi
  • Ürək cərrahiyyəsi
  • Köks cərrahiyyəsi
  • Qarın cərrahiyyəsi
  • Urologiya
  • Ginekologiya
  • Travmatologiya və Ortopediya
  • Neyrocərahiyyə
  • Uşaq cərrahiyyəsi
  • Plastik və gözəllik cərrahiyyəsi
  • Göz cərrahiyəsi

Həmçinin bax

  • Cərrahiyyə əməliyyatı
  • Operativ cərrahiyyə
  • Debridement
  • Cərrahi kəsiklər
  • İrinli cərrahiyyə
  • Oftalmik cərrahiyyə
  • Torakal cərrahiyyə
  • Bariatrik cərrahiyyə
  • Kolorektal cərrahiyyə
  • Regenerativ cərrahiyyə
  • Hərbi cərrahiyyə
  • Neyroplastik cərrahiyyə
  • Reduksiya (ortopedik cərrahiyyə)
  • Hipnoz cərrahiyyə
  • Nəzəri cərrahiyyə
  • Abdominal cərrahiyyə
  • Rekonstruktiv cərrahi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cərrahiyyə haqqında məlumat. Cərrahiyyə nədir? Cərrahiyyə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Siyasi azadlıq

  • Fevral 27, 2026

    Pernambuku

  • Fevral 27, 2026

    Məktəb avtobusu

  • Fevral 26, 2026

    Kapital

  • Fevral 27, 2026

    Kəmər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst