Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cavadzadə Mirməmməd Cavad oğlu (18 may 1927, Lənkəran, Lənkəran qəzası – 7 avqust 2008, Bakı) — Görkəmli uroloq-alim və pedaqoq, dövlət mükafatları laureatı, əm

Mirməmməd Cavadzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Mirməmməd Cavadzadə

Cavadzadə Mirməmməd Cavad oğlu (18 may 1927, Lənkəran, Lənkəran qəzası – 7 avqust 2008, Bakı) — Görkəmli uroloq-alim və pedaqoq, dövlət mükafatları laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru. SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı olub. O, həm də Azərbaycanda uroloji məktəbin yaradıcısı idi.

Mirməmməd Cavadzadə
Şəxsi məlumatlar
Doğum tarixi 18 may 1927(1927-05-18)
Doğum yeri
  • Lənkəran, Lənkəran qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 7 avqust 2008(2008-08-07) (81 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR
Azərbaycan Azərbaycan
Təhsili
  • Azərbaycan Tibb Universiteti,
  • Lənkəran şəhər 1 nömrəli tam orta məktəb
Fəaliyyəti uroloq, həkim, cərrah
Elmi fəaliyyəti
Elm sahəsi urologiya, tibb, cərrahiyyə
Elmi dərəcəsi
  • tibb elmləri doktoru
Elmi adları
  • professor,
  • professor[d]
Təltifləri "Lenin" ordeni — 1987 "Oktyabr inqilabı" ordeni — 1981 "Şərəf nişanı" ordeni "İstiqlal" ordeni — 2007 "Şöhrət" ordeni — 1997
SSRİ Dövlət mükafatı Azərbaycan SSR Dövlət mükafatı — 1974 SSRİ Nazirlər Sovetinin mükafatı — 1986

Mündəricat

Həyatı

Mirməmməd Cavadzadə 1927-ci il mayın 18-də Lənkəran şəhərində anadan olmuşdur. 1943-cü ildə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbini, 1948-ci ildə ADTI-nin müalicə-profilaktika fakültəsini bitirmişdir. 1951-ci ildə II Moskva Tibb İnstitutundakı urologiya kafedrası aspiranturasında oxumuş, 1954-cü ildə "Sidik axarının daşları" mövzusunda namizədlik dissertsiyası müdafiə etmişdir. 1954-cü ildən 1957-ci ilə qədər Krım Tibb Institutunda assistent, sonra urologiya üzrə dosent olmaqla, Krım Vilayətinin baş uroloqu işləmişdir. 1962-ci ildə "Böyrəklərin polikistozu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adı almışdır. 1963-cü ildə Bakıya dəvət olunmuş və müsabiqə yolu ilə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nefrologiya kafedrasına müdir seçilmişdir. Doğma Azərbaycana qayıtdıqdan sonra o, yüksək səviyyəli elmi-klinik müəssisə yaratmış və bununla da müasir klinika məktəbinin və urologiya elmində yeni istiqamətin təməlini qoymuşdur. M. Cavadzadənin rəhbərliyilə bir neçə xəstəxananın urologiya şöbələri birləşdirilmiş və respublikada urologiya və onunla əlaqədar elmlərin inkişafına təkan verilmişdir.

Mirməmməd Cavadzadə əmək fəaliyyətinə 1948-ci ildə Astara rayonunda cərrah kimi başlamışdır. O, 1949–1950-ci illərdə Astara birləşmiş rayon poliklinikası və xəstəxanasında baş həkimin müavini, 1950–1951-ci illərdə Lənkəran şəhər xəstəxanasında cərrah olmuşdur. 1954-cü ildə Moskvada aspiranturanı bitirdikdən sonra 1957-ci ilədək Krım Tibb İnstitutunda assistent və dosent vəzifələrini tutmuş, 1957–1963-cü illərdə isə İkinci Moskva Dövlət Tibb İnstitutunda işləmişdir. 1963-cü ildə vətənə qayıdan Mirməmməd Cavadzadə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri vəzifəsində çalışmağa başlamışdır. 1974-cü ildə görkəmli alim həmin institutun rektoru təyin olunmuş və ömrünün sonunadək bu instituta rəhbərlik edərək, qırx beş il ərzində tibb kadrlarının hazırlanması və təkmilləşdirilməsi işinə öz layiqli töhfəsini vermişdir. M. Cavadzadə 1954-cü ildə namizədlik, 1962-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, urologiyanın problemlərinə həsr edilmiş 34 monoqrafiya və dərs vəsaitinin, 700-dən artıq elmi məqalənin müəllifidir. Alimin əsərləri respublikamızda və onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Onun rəhbərliyi altında 17 elmlər doktoru, 73 elmlər namizədi, yüzlərlə yüksək ixtisaslı uroloq-həkim yetişmişdir. 1966-cı ildə məhz onun təşəbbüsü və iştirakı ilə Bakıda Respublika Klinik Uroloji Xəstəxana yaradılmışdır. Qısa müddət ərzində urologiya sahəsində elmi və praktik fəaliyyətin mötəbər mərkəzinə çevrilən bu xəstəxana Azərbaycan səhiyyə sistemində xüsusi yer tutur.1964-cü ildən professor, 1967-ci ildən Azərbaycan SSR əməkdar elm xadimidir. AMEA-nın həqiqi üzvüdür.

M. C. Cavadzadənin elmi tədqiqatları xarici ölkələrdə geniş şöhrət tapmış, 20 dəfədən artıq ölkəmizin urologiya elmini təmsil etmiş, beynəlxalq elmi forumlarda çıxışlar etmişdir.

Mirməmməd Cavad oğlu Cavadzadə Mirməmməd Cavadzadə respublikada ictimai xadim kimi də yaxşı tanınırdı. O, 9–12-ci çağırışlar Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş, Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin, Azərbaycan Uroloqlar Cəmiyyətinin, digər ictimai birlik və qurumların sədri kimi fəaliyyət göstərmişdir. Mirməmməd Cavadzadənin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.

Mirməmməd Cavadzadə 2008-ci il avqust ayında vəfat etmişdir. I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Məşhur aktirsa Nəsrin Cavadzadənin babasıdır.

Respublika Kliniki Uroloji Xəstəxanasına Mirməmməd Cavadzadə adı verilmişdir .

Xatirəsi

1984-cü ildə Vasif Babayev tərəfindən Mirməmməd Cavadzadə və onun Bakıdakı urologiya klinikası haqqında Həqiqətin anı adlı qısametrajlı sənədli televiziya filmi çəkilmişdir.

Ədəbiyyat

  • M. C. Cavadzadə (Biblioqrafiya) Bakı-1987, "Elm" nəşriyyatı. İB N: 1950. 4000 nüsxə.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mirməmməd Cavadzadə haqqında məlumat. Mirməmməd Cavadzadə nədir? Mirməmməd Cavadzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Müvəqqəti nikah

  • Fevral 25, 2026

    Əfrasiyab Bədəlbəyli

  • Fevral 27, 2026

    Naziat surəsi

  • Fevral 27, 2026

    Visual Basic

  • Fevral 27, 2026

    Hipparxiya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst