Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cənubi Georgiya (ing. South Georgia, isp. Isla Georgias del Sur) — Eyni adlı arxipelaqın ən iri adasıdır. Sahəsi 3528 km² təşkil edir (arxipelaqın sahəsi 4100 k

Cənubi Georgiya

  • Ana Səhifə
  • Vikipediya
  • Cənubi Georgiya

Cənubi Georgiya (ing. South Georgia, isp. Isla Georgias del Sur) — Eyni adlı arxipelaqın ən iri adasıdır. Sahəsi 3528 km² təşkil edir (arxipelaqın sahəsi 4100 km²). Atlantik okeanın cənubunda, subantarktik qurşaqda yerləşir. Britaniya dəniz ərazilərinə daxil olan Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir

Cənubi Georgiya
ing. South Georgia,
Ümumi məlumatlar
Sahəsi 3528 km²
Uzunluğu
  • 160 km
Eni 30 km
Hündür nöqtəsi 2934 m
Əhalisi 23 nəfər (2001-ci il)
Yerləşməsi
54°19′00″ c. e. 36°41′00″ q. u.HGYO
Ölkə  Cənubi Georgiya və Cənubi Sandviç adaları
Akvatoriya
  • Atlantik okean
[[Fayl:|280px|class=notpageimage noviewer|Cənubi Georgiya xəritədə]]
Cənubi Georgiya
Cənubi Georgiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənubi Georgiya və Cənubi Sandviç adaları inzibati cəhətdən müstəqil region olsa da Folklend adaları general qubernatorları tərəfibdən idarə olunur. Belə ki, Folklend adalarının general qubernatoru həm də Cənubi Georgiya və Cənubi Sandviç adalarının komissarı vəzifəsini daşıyır.

Mündəricat

Ümumi məlumat

Cənubi Georgiya qayalıqlardan ibarət olan adadır. Vulkan məşəllidir. Tundra ilə örtülü olur. Yüksəklik əraziləri buzlaqlarla örtülüdür. Ən hündür nöqtəsi Peycet dağıdır (2934 m). Sahillərində suitilər və pinqivinlərin düşərgələri vardır. İqlimi subantarktikdir. Orta aylıq temperatur −1,5°S (iyul-avqust) və + 5,3°S (fevral) arasında dəyişir. İllik yağıntının miqdarı 1400–1500 mm arasında dəyişir. Hər zaman güclü küləklər müşahidə edilir. Geoloji baxımından Cənubi Sandviç adaları, Cənubi Şetland adaları, Cənubi Orkney adaları və qayalıqların geniş yayıldığı Cənubi Antil silsiləsi eynidir.

Cənubi Georgiya arxipelaqı və qayalıqlar:

№Ada/Qayalıq (az.)Ada/Qayalıq (en.)Sahəsi,
km²
Hündür nöqtəsi,
m
Koordinatlar
Adalar
1Annenkov adasıAnnenkov Island14,9365054°29′ c. e. 37°05′ q. u.HGYO
2Berd adasıBird Island3,9Roçer piki (365)54°00′ c. e. 38°03′ q. u.HGYO
3Velkom adalarıWelcome Islands8853°58′ c. e. 37°29′ q. u.HGYO
4Qrass adasıGrass Island0,26554°09′ c. e. 36°40′ q. u.HGYO
5Kuper adasıCooper Island3,041654°48′ c. e. 35°47′ q. u.HGYO
6Pikersqill adalarıPickersgill Islands54°37′ c. e. 36°45′ q. u.HGYO
7Triniti adasıTrinity Island54°00′ c. e. 38°10′ q. u.HGYO
8Uillis adalarıWillis Islands54°00′ c. e. 38°11′ q. u.HGYO
9Cənubi GeorgiyaSouth Georgia3528Peycet dağı (2934)54°15′ c. e. 36°45′ q. u.HGYO
Qayalıqlar
10Blək qayalıqlarıBlack Rocks54°08′ c. e. 36°38′ q. u.HGYO
11Blək qayasıBlack Rock53°39′ c. e. 41°48′ q. u.HGYO
12Klerk qayalıqlarıClerke Rocks55°01′ c. e. 34°41′ q. u.HGYO
13Şaq qayalıqlarıShag Rocks0,27553°38′ c. e. 41°48′ q. u.HGYO

XX əsrin əvvəllərində adaya Şimal maralı gətirilmişdir. Onların sayı kütləvi şəkildə artmışdır. Ancaq maralçılıq ekosistemə ağır zərbə vurmuşdur. 2012-ci ildə Böyük Britaniya ekoloqları norveçlilərə müraciət etmişlər. Bunun nəticəsində 3 min maralın ovlanması qərara alınmışdır.

Tarix

Ada ilk dəfə ingilis taçiri Antoni de la Roşe tərəfindən 1675-ci ildə kəşf edilmişdir. Adaları ilk dəfə 1775-ci ildə Ceyms Kuk tərəfindən araşdırma aparılır. Adanın cənub-qərbi Faddey Bellinshauzen və Mixail Lazaryev tərəfindən araşdılırır (Annenkov adası, Poryadin burnu və b.).

XVIII və XIX əsrlərdə adada Britaniya və amerikalı suiti və balina ovcularının yaşayış məntəqələri olmuşdur.

Folklend adaları və Cənubi Sandviç adalarıda daxil olmaqla Cənubi Georgiya adasına iddia edir. 1905–1950 illərdə adada meteoloji stansiya fəaliyyət göstərirdi. Ada 1982-ci ildə Folklend müharibəsi zamanı bir necə günlüyünə Argentina tərəfindən ələ keçirilmişdir.

Əhalisi

Hal-hazırda Qryotvikendə daimi olaraq cəmi 23 nəfər, üstəlik qütb stansiyasında da daimi olmasa da insanlar yaşayır. Yay ayları onların sayı 50 nəfəri keçir. 1982–2001 illərdə adada hərbi qarnizon fəaliyyət göstərmişdir.

Mədəniyyət və iqtisadiyyat

Keçmiş balina ovçu mərkəzi hazırda turistik mərkəz rolunu oynayır. Qryotvikendə muzey fəaliyyət göstərir. Ernest Şelktonun qəbri burada yerləşir.

Qalereya

  • Ernest Şelktonun qəbri
    Ernest Şelktonun qəbri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cənubi georgiya sözünün mənası, cənubi georgiya haqqında məlumat. cənubi georgiya nədir? cənubi georgiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 07, 2026

    Timotesubani monastırı

  • Fevral 27, 2026

    Ejen Delakrua

  • Fevral 27, 2026

    E.ə. 450

  • Fevral 27, 2026

    Tuti Bikə

  • Fevral 27, 2026

    Əməliyyat sistemləri

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst