Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Camal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Camal Xaşuqci (ərəb. جمال خاشقجي‎; 13 oktyabr 1958, Mədinə – 2 oktyabr 2018, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş K

Cəmal Qaşıqçı

  • Ana Səhifə
  • Vikipediya
  • Cəmal Qaşıqçı

Camal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Camal Xaşuqci (ərəb. جمال خاشقجي‎; 13 oktyabr 1958, Mədinə – 2 oktyabr 2018, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu[d]) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var.

Camal Qaşıqçı
ərəb. جمال خاشقجي‎
Doğum tarixi 13 oktyabr 1958(1958-10-13)
Doğum yeri
  • Mədinə, Əl-Mədinə[d], Səudiyyə Ərəbistanı
Vəfat tarixi 2 oktyabr 2018(2018-10-02) (59 yaşında)
Vəfat yeri
  • Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu[d], İstanbul, İstanbul ili, Türkiyə
Təhsili
  • İndiana Dövlət Universiteti[d] (–1982),
  • İndiana Universiteti
Fəaliyyəti jurnalist, siyasi publisist[d]
jamalkhashoggi.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və təhsili

Camal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi. Orta məktəbi Səudiyyədə bitirən Camal Qaşıqçı ali təhsil almaq üçün İndiana Dövlət Universitetinə daxil olur. 1982-ci ildə təhsilini bitirdikdən sonra isə vətənə geri dönür.

Fəaliyyəti

1991-ci ildən 1999-cu ilə qədər "Əl-Mədinə" qazetinin baş redaktoru olaraq fəaliyyət göstərib. Bu dövrdə Əfqanıstan, Küveyt, Sudan kimi ölkələrdə müxbirlik edib. 1987–1995-ci illər arasında Üsamə bin Ladendən bir neçə dəfə müsahibə alıb. 1999-cu ildən 2003-cü ilə qədər Səudiyyə Ərəbistanının Arab News ingilis dilli qazetində yazı işləri üzrə müdir müavini olaraq fəaliyyət göstərib. Bundan sonra isə 2 ay Əl Vətən qazetində redaksiya müdiri olaraq fəaliyyət göstərən Qaşıqçı Səudiyyə Ərəbistanının dini quruluşu haqqında tənqidi yazılar yazdığına görə vəzifəsindən çıxarıldı. Buna görə ölkəni tərk edərək Londonda səfir olan Şahzadə Türki Əl Fəysəl Əl Səudun məsləhətçisi olaraq fəaliyyət göstərir.

2007-ci ilin aprel ayında ikinci dəfə Əl Vətən qazetinin redaksiya müdiri təyin olunur. 2010-cu ilin may ayında yenidən yazdığı tənqidi məqaləyə görə vəzifəsindən istefa vermək məcburiyyətində qalır.

2010-cu ildə Əl Vətən qazetindən istefa verdikdən sonra Əl-Valid bin Talal tərəfindən Bəhreyndə yerləşən Al-Arab News Channel kanalına baş redaktor təyin olundu. Bundan başqa BBC və Əl Cəzirə kimi kanallarda siyasi şərhçi kimi çıxışlar edir.

2016-cı ilin dekabr ayında Donald Trampı açıq şəkildə tənqid etdiyinə görə ona jurnalistika ilə məşğul olmaq qadağan edilir. Məcburiyyətdən ölkəni tərk edir və 2017-ci ilin sentyabr ayından ABŞ-də yaşamağa başlayır. Burada o, Vaşinqton Post qazetində jurnalist olaraq fəaliyyət göstərir. Vaşinqton Post qazetindəki yazılarında o Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salmanı daha çox tənqid etməyə başlayır.

İtkin düşməsi

2 oktyabr 2018-ci ildə Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbulda yerləşən baş konsulluğuna gedir. O buradan nikah üçün sənədlər almalı idi. Nişanlısı Xədicə Çingizə isə konsulluğa daxil olmağa icazə vermirlər. O, Qaşıqçını gecə yarısına qədər gözləyir lakin o konsulluqdan çıxmır. Günlərlə jurnalistin harda olması ilə bağlı dəqiq bir məlumat alınmır. Səudiyyət rəsmiləri onun konsulluqdan çıxmasını iddia etsələr də Türkiyə rəsmiləri onun konsulluqdan çıxmadığını elə orada itkin düşməsini bildiriblər.

Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın mövzu ilə bağlı 3 oktyabrda verdiyi açıqlamada, əldə olan məlumatlara görə, Camal Qaşıqçının hələ də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda olduğunu bildirmişdi.

Məsələ ilə əlaqədar Səudiyyə Ərəbistanının Ankara səfiri Vəlid bin Əbdülkərim əl-Hireyci oktyabrın 3-də Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər naziri müavini Yavuz Səlim Sına görüş zamanı səfir V.Hireycidən səudiyyəli jurnalistin aqibətini soruşub. O deyib:

" Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğu konsulluq binasına girib-çıxdıqdan sonra jurnalist Camal Qaşıqçı itkin düşüb. Həqiqətin ortaya çıxarılması üçün Türkiyə rəsmilərilə birlikdə çalışılır. "

Türkiyə hüquq-mühafizə orqanları tanınmış türk əsilli səudiyyəli jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyünü güman edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəmal Qaşıqçı haqqında məlumat. Cəmal Qaşıqçı nədir? Cəmal Qaşıqçı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Malik İbrahim

  • Fevral 27, 2026

    Allium amplectens

  • Fevral 25, 2026

    Ud

  • Mart 01, 2026

    İshaq Paşa

  • Fevral 27, 2026

    PAŞA Bank

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst