Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Codi Foster (ing. Alicia Christian «Jodie» Foster; 19 noyabr 1962, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası.

Codi Foster

  • Ana Səhifə
  • Vikipediya
  • Codi Foster

Codi Foster (ing. Alicia Christian «Jodie» Foster; 19 noyabr 1962, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası.

CODİ FOSTER
ing. Jodie Foster
Doğum adı Alicia Christian Foster
Doğum tarixi 19 noyabr 1962 (63 yaş)
Doğum yeri Los-Anceles, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Fəaliyyəti aktrisa, rejissor
Fəaliyyət illəri 1968-ci ildən
Təhsili
  • Yel Universiteti (1980–1985),
  • Yel Kolleci,
  • The Center for Early Education[d],
  • Yel Universiteti
Boyu 1,6 m
Mükafatları Saturn Award for Best Actress — 1997 Golden Globe Award for Best Actress – Miniseries or Television Film — 2025 Dram janrında ən yaxşı qadın roluna görə Qızıl qlobus mükafatı — 1988 Golden Globe Award for Best Supporting Actress – Motion Picture — 2021 Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı — 1989 Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı — 1992
IMDb ID0000149
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Hollivudun məşhur aktrisalarından olan Alişa Kristian Codi Foster 1962-ci ilin 19 noyabrında ABŞ-nin Kaliforniya ştatının, Los-Anceles şəhərində anadan olub. Codi aktrisalıq fəaliyyətinə hələ üç yaşında olarkən reklam çarxlarına və teleseriallara çəkilməklə başlayıb. 1970-ci illərdə isə "Volt Disney" studiyasının bir neçə filmlərində çəkilib. Aktrisanın böyük kinoda ilk rolu "Napoleon və Samanta" (1972) filmi ilə başlayır. 1974-cü ildə rejissor Martin Skorsezenin "Alisa artıq burada yaşamır" filmində rol alır. Daha sonra isə elə bu rejissorun "Taksi sürücüsü" (1976) filmində yüngül həyat tərzli yeniyetməni canlandıran aktrisa 14 yaşında ilk dəfə Oskar-a nominant olur. Məhz bu filmdən sonra onu uzun müddət izləyən Con Hinkli adlı bir şəxs sonradan 1981-ci ildə ABŞ prezidenti Ronald Reyqanı öldürməyə cəhd etmişdir. O, bu addımıyla Codi Fosterin xoşuna gəlmək istədiyini bildirmişdir. Xatırladaq ki bu filmin ssenarisinə əsasən filmdə Travis Bickle-ı oynayan Robert De Niro da prezidentliyə namizədə sui qəsd edir. 1985-ci ildə Jodie "ədəbi tənqid" ixtisası üzrə Yel Universitetini bitirir. Aktrisa böyük kinoya 1988-ci ildə "The Accused" filmində oynadığı baş rolla qayıdır və bu rolu ona "Oskar" gətirir. Üstündən üç il keçdikdən sonra "Quzuların səssizliyi" (1991) filmində ifa etdiyi rola görə ikinci dəfə "Oskar"-a layiq görülür. 1995-ci ildə "Nell" filmindəki roluna görə Jodie yenidən bu mükafata nominant olur, amma bu dəfə heykəlcik başqa aktrisanın qisməti olur. Amma hər halda dünya kinosu tarixində yalnız Codi Foster və Hillari Svenk 30 yaşınadək iki "Oskar" qazanmış aktrisalardır. Codi daha sonralar "Maverik" (1994), "Kontakt" (1997), "Anna və kral" (1999), rejissor Deyvid Finçerin "Panika otağı" (2002), "Flightplan" (2005), "Inside Man" (2006), "The Brave One" (2007), "Nimin Adası" (2008) kimi filmlərdə və 2011-ci ildə ekranlara çıxan, özünün də rejissoru olduğu "Qunduz" filmində rol almışdır. "17744 Jodiefoster" asteroidi aktrisanın şərəfinə belə adlandırılıb. Foster fransızca sərbəst danışır və bəzi filmləri fransız dilinə özü dublyaj edir. Codi Foster 2014-cü ilin aprelində qadın fotoqrafçı Aleksandra Hedisonla ailə həyatı qurmuşdur.

Seçilmiş filmoqrafiyası

  1. Alisa artıq burada yaşamır (film, 1974) / Alice Doesn't Live Here Anymore
  2. Quzuların səssizliyi (film, 1991) / The Silence of the Lambs
  3. Anna və kral (film, 1999) / Anna and the King

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, codi foster sözünün mənası, codi foster haqqında məlumat. codi foster nədir? codi foster nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Skuderiya Ferrari

  • Mart 02, 2026

    Əlibala Hacızadə

  • Mart 06, 2026

    Desentralizasiya

  • Fevral 27, 2026

    Böhran

  • Fevral 27, 2026

    Gərginlik

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst